Fridrix Nitsşe tarixin ən anlaşılmaz adamlarından biridir. Məncə bütün sirlər anlaşılmaz adamlarda gizlidir. Nitşse xoşbəxtliyi bütün məfhumları – əxlaq, namus, vicdan – məhv edib yenidən yaradmaqda – nihilizmdə görürdü. Onun fikrinə görə insanlar yalnız bu məfhumların əsirliyindən ağlın köməyi ilə qurtulduqları zaman öz “cənnətlərinə” çata bilərlər. Tənqid insanlığın irəliləyiş yolundakı yoldaşı, Nitşse isə tənqidi düşüncənin nirvanasıdır. Onu tam anlamaq mümkünsüzdür, lakin cəhd etmək olar. Bu başa düşülməsi çətin adamı biraz başa düşülən etməyə çalışdım. Gerisi oxuyucunun səyindən asılıdır. Ümid edirəm ki, gələcək zamanlarda Nitşsenin ölkəmizdə çox oxunmağının səbəbi irrasionalistliyi yox tənqidiliyi olar. Xoş mütaliələr.
1. Həqiqi müəllim yalnız tələbələri ilə əlaqəli şeyləri ciddi hesab edər – o şey özü olsa belə.
2. “Bilgi üçün bilgi” əxlaqın qurduğu sonuncu tələ də bu : bununla bir dəfə də tamamilə əxlaqa bulaşırıq.
3. Ona gedən yolda bu qədər çox utancın aşılması gərəkməsəydi , az olardı bilginin cazibəsi də.
4. Ən çox da tanrısına səmimiyətsizdir insan, günah haqqı verməz ona.
5. Onu alçaltmalarına, ondan bir şeylər oğurlamalarına, ona yalan demələrinə və istismar etmələrinə göz yummaq vərdişi bir tanrının ayıbıdır insanlar arasında.
6. Birini sevmək barbarlıqdır, çünki bu digərlərinin zərərinə olar. Tanrı sevgisi də belədir.
7. “Bunu mən etdim” deyir hafizəm. Bunu mən etmiş ola bilmərəm – deyir qürurum və mərhəmətsizcə baxır mənə. Axırda isə təslim olan hafizəm olur.
8. Yaxşı baxmamısınız yaşama, görülməmişsə o “əl”də başını sığallayaraq öldürən.
9. Əgər xarakteri varsa insanın, təkrarlanan tipik yaşantısı vardır.
10. Astroloq müdrikliyi. Ulduzları “sənin üstündə” olan bir şey kimi dərk etdiyin vaxt, bir müdrikin baxışı yoxdur səndə.
11. Duyğunun coşqunluğu yox, daimiliyidir ali insanı yaradan.
12. Hədəflərinə çatanlar , bax o zaman çıxarlar hədəflərinin xaricinə.
13. Bəzi tovuzquşular bütün gözlərdən gizlədər quyruğunu – və qürurum deyər ona.
14. Dahilər dözülməzdir, sahib deyillərsə bu iki şeyə – Şükr etmək və saflıq.
15. Bir insanın cinsəlliğinin dərəcəsi və növü ruhunun son sərhədinə qədər uzanır.
16. Sülh zamanı savaşçılar öz-özlərinə hücum edərlər.
17. Öz vərdişlərinə prinsipləriylə zülm etmək və ya onlara haqq qazandırmaq və ya onları söymək , ya da onları gizlətmək istəyər insan. Eyni prinsiplərə malik iki insan isə bunu etdikdə yəqinki tamamilə fərqli şeyləri istəməkdədirlər.
18. Özündən nifrət edən biri, “nifrət edən” olduğu üçün eyni zamanda hörmət də edər özünə.
19. Sevildiyini bilən amma sevməyən ruhun tortası çıxar. Ən altdakı üzə çıxar.
20. Dərk edilə bilən bir şey artıq maraqlandırmaz bizi. “Özünü dərk et” deyən tanrı nə demək istəmişdi ?! Bəlkə də “ Özünü dərk etməkdən vaz keç ! “ , “ Obyektiv ol ! “ demək idi bu. Bəs kim idi “ Sokrat” və ya “müdrik” insan?!
21. Dəhşətdir dənizin ortasında susuzluqdan ölmək. Məcbursunuzmu susuzluğunuzu bir daha yatıramayacağı qədər duzlamağa “ həqiqətinizi” ?
22. “Hər şeyə mərhəmət” – sənə kobudluq və tiranlıq olardı, canım-gözüm !
23. İnstinkt. Ev yananda yemək belə yaddan çıxar. Düzdür, amma küllərin üstündə yeyilər sonra.
24. Qadın nifrət etməyi öyrənər, cəzb etməyi də – nifrəti unutduğu ölçüdə.
25. Eyni duyğuların kişi və qadındakı təsirləri fərqlidir. Buna görə onların bir-birlərini yanlış anlamalarının sonu gəlməz.
26. Qadınların təkəbbürünün arxasında hələ də şəxsi olmayan alçaltmalar vardır – başqa qadına.
27. Həbs olunmuş qəlb. Azad ruh. Qəlbini qıfıllayıb həbs edənlər, ruhlarına bəzi azadlıqları verə bilərlər. Bunu daha əvvəl söylədiyimə baxmayaraq, inanmırlar bu sözümə. Əgər əvvəlcədən birlməmişlərsə…
28. Çox ağıllı insanlar utanğaclaşdıqlarında onlara etibar etməməyə başlayırıq.
29. Qorxunc yaşantılar onları yaşayanların qorxunc biri olub-olmadığı tapmacasını ortaya çıxararlar.
30. Ağır melankoliklər digərlərini ağırlaşdıran şeylər sayəsində – sevgi və nifrət – yüngülləşərlər, ara-bir üst hissələrə çıxarlar.
31. O qədər soyuq, o qədər buz kimidir ki, barmaqları yanır ona toxunanın! Onu tutan hər əli dəhşət bürüyür ! Elə buna görə də, bəziləri onun atəş olduğunu qəbul edirlər.
32. Kim öz şöhrətini qorumaq üçün ən azından bir dəfə fəda etməmişdir özünü?!
33. Təkəbbürsüzlükdə insandan nifrət etmək yoxdur, amma elə buna görə də onu alçaltmaq vardır.
34. Kişinin yetkinliği uşaq ikən oyun zamanı sahib olunan ciddiyəti yenidən tapmaqdır.
35. “Öz əxlaqsızlıqdan utanmaq” öz əxlaqlılığından utandığı nərdivanın birinci pilləsidir.
36. Odisseyin Nausikaadan[1] ayrıldığı kimi ayrılmalı yaşamdan. Sevdalanmaqdan daha çox kutsayarak[2].
37. Necə? Böyük insan? Mən hələ də hədəfini gerçəkləştirməyə çalışanı görürəm.
38. Öz vicandımızı tərbiyləndirsək, öpər bizi – eyni zamanda dişləyərkən.
39. Məyus olub və danışır, “ Əks-sədaya qulaq verdim və yalnızca tərif eşitdim.
40. Hamımız özümüzlə baş-başa ikən olduğumuzdan daha saf qələmə verərik özümüzü. Beləliklə, dincələrik ətrafımızdakılardan.
41. Günümüzdə müdrik biri asanlıqla tanrının heyvani forması olaraq hiss edə bilər özünü.
42. Sevgisinin qarşılığı olduğunu kəşf etmək, əslində sevdiyi varlıq haqqında oyandırmalıydı sevəni. “ Necə? Hətta səni belə sevə biləcək qədər təvazökardırmı o? Yoxsa o qədər axmaqmı ?
43. Xoşbəxtlikdəki təhlükə. İndi hər şey gözəl görünür mənə, artıq hər talehi sevirəm, kim mənim talehim olmaq istəyər ?
44. İnsan sevgiləri yox, insan sevgisinin zəifliyi mane olur xristianların bizi yandırmasına.
45. İmpia fraus yox, pia fraus daha çox qarşıdırazad ruhluya, bilgi aşiqinə. Buna görə də dərin bir anlayışsızlıq içindədir kilsəyə qarşı “azad ruh” tipinə daxil oluşuyla – ruhun əsarəti olaraq.
46. Musiqi sayəsində ehtiraslar özlərindən həzz alarlar.
47. Qulağı bir dəfə belə qarşı fikirlərə bağlamaq dözümlü xarakterin simptomudur. Eyni zamanda yerinə görə bir axmaqlıqdır.
48. Əxlaqsız fenomenlər yoxdur. Sadəcə fenomenlərin əxlaqi cəhətdən təfsiri var.
49. Günahkar çox vaxt yaraşmaz hərəkətinə, alçalar və ləkələyər onu.
50. Bir cinayətin vəkilləri nadir hallarda məsələni cinayətkarın lehinə çevirə biləcək qədər sənətçidirlər.
51. Təkəbbürümüzü incinməsi qürurumuzun incinməsindən sonra daha da çətinləşər.
52. Özünün inanmaq üçün yox müşahidə üçün yarandığını hiss edənlərə çox səs-küylü və bayağı görünər ötkəm görünər bütün inananlar. Odur ki, inananlardan gözləyərlər özlərini.
53. Onu əldə etmək istəyirsən? O zaman utanğacmış kimi dur qarşısında.
54. Cinsəl eşq üçün olan möhtəşəm gözləyiş və bu gözləyiş zamanı yaranan utanç, hələ ən başından qadınların bütün perspektivərini alt-üst edər.
55. Eşq və nifrətin bir yerdə oynamadığı yerdə qadın miyanə oynayar.
56. Həyatımızın böyük dövrləri ən pis cəhətimizi yaxşı cəhətimiz kimi qəbul edə bilmə cəsarətimizin yarandığı zamanlardır.
57. Bir emosiyanın üstəsindən gəlmək istəyi özü də başqa bir vəya birdən çox emosiyadır.
58. Bir məsumluq var heyran olmaqda. Özünə heyran oluna biləcəyini ağlına gətirməyən insan heyran olar ancaq.
59. “Kir” ə qarşı olan ikrah o qədər böyük ola bilər ki, mane ola bilər təmizlənməyimizə – özümüzü haqlı çıxarmağımıza.
60. Ehtiras çox vaxt eşqin inkişafını tələsdirər, ona görə zəif qalar köklər və asanlıqla yox olub gedər.
61. Tanrının yazar olmaq istədikdə yunanca öyrənməsi böyük lütfdür – eləcə də əməlli-başlı öyrənməməsi.
62. Tərifə sevinmək, daxildən gələn bir zəriflikdir kimilərinə görə. Eyni zamanda bu, ağıldan gələn bir təkəbbürün qarşılığıdır.
63. Tüfeyli sevgi əlaqələri də cırlaşdırılmışdır – evlilik vasitəsilə.
64. Yanarkən sevinc qışqırıqlarına bürünənlər ağrıdan yox, bəlkə də gözlədikləri ağrıları hiss etmədikərinə görə bunu edirlər.
65. Kiminsə haqqında fikrimizi dəyişdirməli olsaq, bizə verdiyi narahatlıqların məsuliyyətini də ona atarıq.
66. Xalq. Təbiətin qarmaşıq dövranı altı ya da yeddi böyük insanı yaratmaq üçündür. Qalanlar isə onların ətrafında fırlanar.
67. Elm bütün əsl qadınların ədəbinə tərsdir. Sanki bununla dərilərinin altına – hətta daha da pisi, paltarlarının və bəzəklərinin altına – baxılırmış kimi gələr onlara.
68. Öyrətmək istədiyiniz həqiqət nə qədər mücərrəd olsa, o qədər çox manipulyasiya etməlisiniz duyğuları.
69. Şeytan tanrı haqqındakı ən geniş perspektivlərə sahibdir, ona görə bu qədər uzaqda qalar onda – bilginin ən qədim dostu olan şeytan.
70. Bir insanın nə olduğu bacarıqlarının azalması ilə ortaya çıxar – nə edə biləcəyini nümayiş etməkdən vaz keçdiyində. Bir bacarıq bir bəzəkdir eyni zamanda, bir bəzək isə bir maska.
71. Cinsiyyətlər bir-birləri haqqında yanılırlar, əslində yalnız öz-özlərini ( daha açıq desək, yalnızca öz ideallarını ) sevərlər. Bu səbəbdən kişilər qadınların mülayim olmasını istəyərlər, halbuki qadın özündə mülayim deyildir, bir pişik kimi mülayimlik rolunu nə qədər yaxşı ifa etsə də.
72. İnsan ən yaxşı kamilliyinə görə cəzalandırıla bilər.
73. Öz ideallarına gedən yolları tapa bilməyənlər, idealları olmayanlardan daha düşüncəsiz və axmaqca.
74. Hər növ inandırılıcılıq, hər növ vicdan rahatlığı, həqiqətin hər növ zahiri görünüşü hisslərdən əmələ gəlir.
75. Təssübkeşlik yaxşı insanın yozlaşması deyil, yaxşı olmağın ən vacib şərtidir.
76. Biri fikirlərinə bir mamaça axtarar, digəri isə yardım edə biləcəyi birisini. Beləliklə maraqlı söhbətlər əmələ gələr.
77. Müdriklər və sənətkarlarla əlaqə zamanı asanlıqla səhv fikirə yönəlilə bilər. Təqdirəlayiq bir bilginin arxasında miyanə biri , və hətta miyanə bir sənətakarın ardında çox vaxt möhtəşəm bir insan ola bilər.
78. Oyanıq ikən də yuxuda kimiyik biz, əlaqədə olduğumuz insanları əvvəla icad edib uydurarıq, sonra da dərhal yaddan çıxararıq.
79. İntiqamda və eşqdə qadın kişidən daha barbardır.
80. Tövsiyyə tapmaca : bağın qopmursa, əvvəla dişləməlisən onu.
81. Beldən aşağıdır, insanın özünü asanlıqla tanrı qəbul edə bilməyişinin səbəbi.
82. İndiyədək eşitdiyim ən ədəbli söz : ““Dans le veritable amour c’est l’ame qui enveloppe le corps”[3].
83. Təkəbbürümüz biz ən yaxşı etdiyimiz işin bizə ən çətin gələn iş olduğunu qəbul etməyizi istəyər. Bəzi əxlaq anlayışlarının kökü burdandır.
84. Bir qadın müdrikliyə can atırsa, bu, onun “ sonsuz “luğundan xəbər verir. Sonsuzluq belə müəyyən bir “kişi”lik kimi qələmə verilir. Kişi isə, üzr istəyirəm, “ən sonsuz – doğuqan olmayan – heyvandır”.
85. Kişi və qadın müqayisə edilərkən deyə bilər ki, “qadın arxa planda olma instinktinə sahib olmasaydı, bəzənmə dahiliyinə də sahib ola bilməzdi.”
86. Bədheybətlərlə döyüşmək istəsən, özün də bir bədheybətə çevrilməlisən. Uzun müddət uçuruma doğru baxsan, uçurum da sənin içinə doğru baxar.
87. Köhnə Floransiya hekayələrindən, eləcə də yaşamdan : bu ona femmina e mala femmina voul bastone[4], Sacchetti.
88. Yaxınını yaxşı bir fikrə inandırmaq və daha sonra yaxınının bu fikrinə səmimi-qəlbdən inanmaq. Kim bu işi qadınlardan daha yaxşı bacarar.
89. Bir dövrün pis hesab etdiyi şey , əsasən əvvəllər yaxşı hesab olunan bir şeyin zamana qarşı bir artığıdır. Daha köhnə bir idealın atavizmidir.
90. Qəhramanın ətrafındakı hər şey tragediya olar, yarı-tanrının ətrafında hər şey satira olar. Bəs tanrının ətrafındak hər şey necə olar? Bəlkə də “dünya” ?!
91. Bəs deyil bir bacarığa sahib olmaq, sizin icazəniz də gərəklidir. Nə deyirsiniz, dostlarım?
92. “Bilgi ağacının olduğu yer həmişə cənnətdir” , belə deyərlər ən qoca və ən cavan ilanlar.
93. Eşq ilə edilən hər şey xeyrin və şərin ardında reallaşar.
94. Etiraz, yoldançıxma, şən güvənsizlik, istehza sağlamlıq göstəriciləridir. Hər növ mütləqiyyət patologkdir.
95. Tragik olana qarşı həssaslıq ehtiraslılıq ilə birlikdə artar və azalar.
96. Dəlilik fərdlərdə nadirdir. Qruplarda, partiyalarda, xalqlarda və dövrlərdə isə mütləq mövcuddur.
97. İntihar güclü təsəllivericidir. Onun sayəsində asan keçər bəzi kabus kimi gecələr.
98. Ən güclü instinktimizə – içimizdəki tirana – yalnız ağlımız yox, vicdanımız da təslim olar.
99. Qarşılıq vermək lazımdır pisə də, yaxşıya da, lakin niyə məyz bizə pislik və ya yaxşılıq edənə qarşılıq veririk?
100. İnsan bilgisini paylaşdıqda, artıq yetərincə sevməz onu.
101. Şairlər yaşamlarına qarşı utanmazdırlar, istasmar edərlər onu.
102. “Ən yaxınımız qonşumuz deyildir, onun qonşusudur” , belə düşünər hər xalq.
103. Eşq sevdalının ali və gizli keyfiyyətlərini – nadir, istisnai tərəflərini – ortaya çıxarar. Belə olduğu zaman onda nəyin müstəsna olduğu barəsində yanıldır insanı.
104. İsa kölələrinə dedi ki, “ Qanun kölələr üçündür. Tanrıyı mənim kimi – onun oğlu kimi – sevin. Tanrının oğullarının nəyinə lazımdır əxlaq?! “
105. Hər partiyaya aid. Bir çobana həmişə bir dıbır[5] lazımdır, və ya bəzi vaxtlar çoban özü qoyun olmalıdır.
106. Ağız yalan söyləsə belə, görünüşü doğrudur.
107. Tündxasiyyət insanlarda səmimilik bir utancdır – bəzən isə dəyərli bir şey.
108. Xristianlıq içsin deyə zəhər verdi Eros’a. Baxmayaraq ki, ölmədi Eros, lakin yozlaşdı, günaha.
109. Özü haqqında çox danışmaq, bəlkə də özünü gizlətməyin bir yoludur.
110. Tərifdə danlaqdan daha çox bezdiricilik var.
111. Bir müdrikdə mərhəmət gülünc olur, eynilə bir təpəgözdəki zərif əllər kimi.
112. İnsan sevgisiylə bəzən hər hansı bir insan qucaqlanır ( hər kəs eyni anda qucaqlana bilməyəcəyi üçün). Bax bu deyilə bilməz hər hansı bir insana
113. Alçaltdığın zaman nifrət etməzdən, yalnız eyni səviyyə də olsan və yüksəldsən nifrət edərsən.
114. Siz utilitaristlər, siz də faydalı olan hər şeyi öz əməlləriniz üçün bir at arabı – vasitə – olaraq sevirsiniz, əslində siz də təkərlərin səs-küyünü dözülməzmi hesab edirsiniz?
115. İnsan arzulamağı sevər, arzuladığı şeyi yox.
116. Başqalarının təkəbbürlərini yalnız bizim təkəbbürümüzlə təzad təşkil edərsə napak hesab edərik.
117. Ağıllıların axmaqlıqlarına inanılmır. Böyük bir insan haqları itkisi !
118. Əməllərimizin nəticələrindən dərhal faydalanırıq, nəyi “yaxşılaşdırdığımıza” isə biganə qalırıq.
119. Bir səbəbə olan inancımızın işarəsi olan yalanda bir məsumluq vardır.
120. Bəddua edilən yerdə xeyir-dua vermək insani deyil.
121. Üstün olanla səmimilik qəzəbləndiricidir, çünki qarşılığı alına bilməz.
122. “Mənə yalan dediyin üçün yox, sənə artıq inana bilməyəcəyim üçün məyusam”
123. Yaxşılıqda pislik kimi dərk edilən bir təkəbbürlülük vardır.
124. “Xoşlamıram onu”, “Niyə?”, “ Çünki, ona layiq deyiləm”. Bir insanın belə cavab verdiiyi olubmu heç?
Mənbə: Fridrix Nitsşe : “ Xeyrin və Şərin ardında “, IV bölüm (Aforizmlər və Poeziya)
[1] Homeroin Odissey dastanındakı qəhrəmanlar.
[2] Sözün azərbaycan dilində qarşılığı yoxdur
[3] Həqiqi eşqdə bədəni saran ruhdur.
[4] Yaxşı qız da, pis qız da kötək istəyər.
[5] Sürünün başında gedən və sürüyə nəzarət edən qoyun.
Tərcümə: Əliş Nəzərov