Cümə, May 20, 2022

KİTABXANA

Pol Stratern: 90 Dəqiqədə Aristotel

“90 dəqiqədə Aristotel” Bakı Fəlsəfə Akademiyasının sayca dördüncü kitabıdır. “Hər kəs üçün fəlsəfə” ideyasına sadiq qalaraq daha çox oxucunu fəlsəfə ilə tanış etmək, dilimizdəki mənbə məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə kitabı oxucularımıza təmənnasız elektron formada təqdim edirik.

Kitab Bakı Dövlət Universitetini fəlsəfə tarixi ixtisası üzrə doktorantı Araz Əliyev tərəfindən heç bir qarşılıq güdülmədən, təmənnasız olaraq tərcümə edilmişdir. Kitabın tərcümə prosesi ilk öncə türk dilindəki nəşri üzərində başlanılmış, lakin daha sonra bu nəşrdəki çatışmazlıq və xətalar nəzərə alınaraq kitab rus və orjinal ingilis dilli nəşrləri əsasında yenidən tərcümə və korrektə edilmişdir. Tərcümə əsnasında kitabın bədii xüsusiyyətləri, o cümlədən müəllifin yazı üslubu və dili qorunmuş, tərəfimizdən bəzi mübahisəli ifadələrin ayrıca izahı verilmişdir.

Bakı Fəlsəfə Akademiyası olaraq türk dilindən Azərbaycan dilinə tərcümə edilən kitabların böyük əksəriyyətini, həmçinin digər dillərdən qarşılıqsız tərcümə edilən kitabları təmənnasız və ya elektron formada yayımlayacağıq.

Tərcüməçi: Araz Əliyev

Redaktor: Qoşqar Abbas

Korrektor: Aqşin Aşırov

Dizayn və tərtibat: QR

54 səhifə

Kitabı yüklə – Pol Stratern: 90 Dəqiqədə Aristotel

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.