Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Etikada obyektivliyin iki qaynağı – Tim Sommers

Doğru olanı etmək istədiyimizdə belə, ediləcək doğru şeyin “həqiqətən” var olub olmadığı haqqında marağımız yaranır. XX əsrin böyük bir hissəsində əksər Anglo-sakson filosof bir baxıma subyektivist idi. Dili diqqət mərkəzinə aldıqları üçün, onu ortaya qoymaq meylləri buna yaxın bir şey idi. Etik ifadələr, doğru və ya yanlış ola biləcək sadə hökmlər kimidir; lakin gerçəklikdə duyğularımız və seçimlərimizin ifadələri
yada izahlarıdır. Məsələn, J.L.Mackienin “xəta nəzəriyyəsi” versiyası “Donald Trump qorxunc bir insandır” dediyimdə əslində “Donald Trumpı sevmirəm” demək istədiyimə eyham vurduğumu qeyd edir. Doğru ya da yanlış, yaxşı ya da pis, ədalətli ya da ədalətsiz olmaq haqqındakı iddiaların hərfiyyən özümüzə məxsus duyğular və arzuların subyektiv izahları olduğuna inansaydıq, o vaxt ortaq ictimai ifadələrimiz (söz) və paylaşdığımız ictimai həyatımız açıq şəkildə çox fərqli görünərdi. Nitsşenin “qorxunc gerçəklərindən” biri  doğru və yanlış haqqında öz düşüncələrimizin çoxusunun göz görə-görə, əvvəl axır yox olacaq olan Xristianlıqdan qalmış olmasıdır. Bizlər bir uçurumun üzərindən keçən, ancaq aşağı baxmadığı üçün yıxılmayan cizgi film obrazıyıq. Hələ ki.

Digər tərəfdən Sam Harrisin bir neçə il əvvəl geniş miqyasda oxunan bir kitabı var idi: Əxlaqi mənzərə:Elm, insani dəyərləri necə müəyyən edə bilər? indi, əgər “elm” insani dəyələri müəyyən edə bilsəydi, bunun necə ediləcəyinə bağlı olaraq, Nitsşe və subyektivliyə qarşı bir cavabımız ola bilərdi. Təəssüf ki, bu kitabı analiz etməyim istənilsəydi, bir dəfəsində yalnız bir kitabın bütün mətnini mötərizə içərisinə alaraq ön tərəfinə “Bu belə deyil” yazıldığı təqdirdə onunla eyni fikirdə olacağını qeyd edən Vitgenşteyni izləmiş olabilərəm. Nümunələrdən sadəcə biri:  Əksər filosof, bir elm ilə elmdən kənar ya da hətta saxta elm arasındakı sərhədləri müəyyən etmək problemi olaraq adlandırılan saxta bir metodoloji fərqləndirmə təmin etmək proyektinin bir işə yaramadığını qeyd edəcəkdir. Yəni, Sam Harrisin “elmin” etikanı qoruyacağı istiqamətindəki əsas iddiası ya taftologiyadır (çünki etika ilə bağlı suallara cavab vermək üçün inkişaf etdirdiyimiz  hər cür obyektiv üsullar nə olursa olsun, yetərincə geniş bir ifadə ilə desək, bir növ elm olacaqdır.) ya da yanlışdır (çünki mövcud formaların heç biri – fizika, kimya və biologiya, çox güman ki etik problemlərə  cavab verməyəcəkdir)

Yenə də Harrisə haqsızlıq edirəm. O, “insan inkişafının” mərkəziyyəti haqqında danışdığı zaman, öz içərisində, etika daxilində tək bir obyektivlik qaynağıdır. Subyektiv etikanın böyük xaç atası olan Devid Hyumun etika sahəsində subyektivliyi dəstəkləmək üçün yaratdığı argumentlərdən biri dünyada heç bir şeyin “yaxşı” və ya “pis” etiketi ilə dəstəklənən ya da seçilən obyektiv xüsusiyyətlər olmadığıdır. Hər hansı bir fəaliyyət, soyğun ya da hücuma şahid olarsam, onun bütün gerçək obyektiv xüsusiyyətlərini heç bir dəyərləndirici olmadan izah edə bilərəm. Ancaq etika xarici dünyada deyildir. Hamısı başınızın içərisindədir..

Bir şeyin yaxşı ya da pis olmadığını bir anlıq kənara qoyacaq olsanız da, qəti şəkildə bəzi şeylər sizin üçün pis ya da yaxşıdır. Soyğun qurbanının duyğusal sıxıntıları ya da hücuma məruz qalanların yaraları ortaq, obyektiv dünyamızın yetərincə gerçək xüusiyyətləridir. İnsanlar üçün yaxşı və pis olan şeylər tamamilə subyektiv deyildir.

Budur bütün bunlardan xilas olmağın bir yolu. Bir şeyi yaxşı ya da pis edən bir şey sadə bir şəkildə onu seçib seçmədiyimdir. Lakin bu qəti olaraq inandırıcı deyil – rifah iqtisadiyyatında pragmatik bir sadələşdirmə olsada. Əlbəttə, bəzi şeyləri mənim üçün yaxşı ya da pis edən şeylərin bir qismi onları seçib seçməməyimdir. Amma bu heç də hekayənin hamısı demək deyil. Bəzən mənim üçün pis olan şeyləri də seçirəm. Lakin insan rifahına dair bir obyektiv ünsür, ən azından, mənim üçün yaxşı ya da pis olana dair bir obyektiv ünsür varmış kimi görünür. “Rifah” haqqında düşünməyin bir yolu onu “Sağlamlıq” ilə qarşılaşdırmaqdır. Sağlamlıq doktorlar və elm adamları tərəfindən olduqca yaxşı bir şəkildə araşdırılmaqdadır. Hər nə qədər bəzən pis nəticələr haqqında əhatəli biliyə sahib olaraq, sağlam olmayan ehtimalı seçsək də, məhz bu səbəbdən “sağlamlığı” subyektiv bir anlayış olaraq ifadə etməyə cəhd etmirik. İnsanlar heyvandır.  Onlar üçün bəzi şeylər sağlam ya da qeyri sağlamdır. Sağlamlıq ilə əlaqədar hökmlərin bir dəyərləndirmə miqyası vardır. Dağa dırmaşmaq və siqaret çəkmək qeyri-sağlamdır (zərərlidir), çünki bir çox şeyin yanında ölüm riskini də artırır. Siqaret çəkmək və dağa dırmaşmaq sevginiz sizi ölüm riskinə aparacaq qədər böyük ola bilər, ancaq bunlar yenə də obyektiv olaraq sağlamlıq üçün zərərlidir. Rifahı da eyni şəkildə düşünə bilərik. Bəzən bizim yararımıza olmayan şeylər edərik, ancaq bu gerçəklikdə bizə nəyin fayda verdiyinə dair iddialarda tapılacaq tərəfsiz bir məzmunun olmadığını göstərmir. Tam əkinə. Bu, bizim üçün yaxşı ya da pis olanın (ən azından qismən) obyektiv olduğunu intuitiv olaraq hal-hazırda qavradığımızı göstərir. Bunun nəticəsi olaraq, məhz bunun rifah üçün etika daxilindəki obyektivlik qaynağı olduğunu deyə bilərik. Eynilə sağlamlıq kimi ən azından qismən obyektivdir. Bu doğru olsa belə, mənim üçün ən azından yaxşının, yaxşı olan deyil, obyektiv olan olduğunu sübut etdiyini deyə bilərik. Nə Platon, nə də Aristotel bunu bu şəkildə görürlər. Onlar üçün mənim mövqeyimdən yaxşı olan və ümumi olaraq yaxşı olan eyni şeydir. Ancaq çağdaş fəlsəfədə bu iki fikir bir birindən ayrıldı. Əslinə baxsaq, demək olar ki, tamamilə əksini düşünməyə meylliyik. Öz şəxsi maraq dairələrimizdə (bir dərəcəyə qədər) vərdiş etdiyimiz forması ilə gördüyümüz işlərdən fədakarlıq etməyimiz gərəkdiyinin edilməsi lazım olan doğru şey olduğunu düşünürük. Nə üçün belə olduğu çox uzun bir məsələdir. Ancaq nəyin edilməsi haqqında düşüncə ilə nəyin yaxşı olması haqqında düşüncə (reasoning) arasındakı fərqlə əlaqədar nə düşünməliyik?

Mərhum, böyük Derek Parfit, öz dərsində nəzəri düşüncə ilə 3 növ praktiki düşüncə arasında fərqliliyi göstərən bir cədvəl təqdim etmişdi. Nəzəri düşüncə nəyə inanılmasının gərəkli olduğu haqqında düşünməkdir. Praktiki düşüncə nə ediləcəyi haqqında düşünmək deməkdir. Vasitəçi praktiki düşüncə isə məqsədlərimizə çatmağın yollarına dair düşünməkdir. Əgər müəyyən bir şəkildə bəzi hədəflər qoysaq, ayrıca bunu necə gerçəkləşdirəcəyimizə dair bir səbəbimiz varsa, vasitəçi düşüncə ilə məşğuluq. (Nəzəri düşüncənin skeletinin məntiq oluğunu düşünmək, vasitəçi düşüncənin skeletinin rasional qərar nəzəriyyəsinin aksiomları olduğunu demək kimidir) Ayrıca nəyə çatacağıma və nəyin arxasınca qaçacağıma dair əvvəlcədən məlumatlı olduğum praktiki düşüncə də vardır. Heç olmasa, seçimlərimi daha çox nəyin yerinə yetiriləcəyini düşünərək çata biləcəyimiz nəticələri qiymətləndirə bilərik: Ayrıca (Parfitin müdafiə etdiyi kimi) daha yaxşı ya da daha önəmli olaraq nəticələnmələri haqqında da düşünə bilərik. Nəhayət, etik praktik düşüncə də vardır: digərlərinin nəticələrinin necə diqqətə alınmasına dair düşünmək. Bu yanaşmaya görə, Etika müəyyən bir növ tərəfsizlik tələb edir və ya hətta eləcə tərəfsizlikdən yaranır. Öz maraq dairələrimi başqalarının maraqlarından daha az önəmli saymıram, ancaq onları da daha önəmli olaraq saymıram.

Bu necə bir düşünmədir?  Ən əsas hissələri yetəri qədər bilinəndir. Kantın dediyi kimi “Etikada subyektiv olmaq müdriklik deyildir”. Ən çox kəmiyyət qarşılığında ən yüksək faydanı gətirəcək hər şeyi etməyimiz gərəkdiyini düşünə bilərik. Çox keçmədən bir sıra qarışıqlıqlar bir-birini izləyir. Lakin hər zaman üçün təsdiq etdiyimiz bu və ya digər prinsiplərin qarışığı nə olursa olsun bunlardan hər hansı birini bir növ düşüncə olaraq düşünmək üçün hər hansı bir səbəbimiz varmı həqiqətən?

Hyum praktiki ağılı bütün yönləri ilə rədd etmişdi.”Dünyanın dağılmasının əvəzinə barmağının qaşınmasını seçmək irrasional deyildir” deyirdi. Lakin həqiqətən elədir. Vasitəçi düşüncə dünyanın dağılması ilə nəticələnəcək şəkildə barmağınızı qaşımağın irrasional olduğunu deyəcəkdir. Çünki, dünyanın dağılması siz və hədəfləriniz üçün barmağınızın qaşınmasından daha pis olacaqdır. Hyumun qeyd etmək istədiyi şey, bir növ düşüncə olmadığı üçün onun irrasional olmadığıdır. Ancaq hədəflərinizə çatmaq üçün vasitələrinizi necə istifadə etmək haqqında bir nəticə əldə etmək, həqiqətən bir düşüncədir.

Bu ilk addım və ən böyük sıçrayışdır. Parfit bunu düşüncə forması olaraq etikaya çatdıran təhlükəli bir prosesin başlanğıcı olduğuna inanırdı. Əgər bu addımı atmanızı təmin edə bilərsək, gerisi daha asan olacaq. Hər hansı bir növ praktiki düşüncə varsa, niyə etikanın bir növ praktiki düşüncə olduğunu inkar edək ki? Daha sonrakı addım məhz budur. Əgər bir növ düşüncə olaraq öz hədəfimizə yönəlmiş davranışları uyğun qəbul edərsək, hədəflərimizi nizamlamaq, onlara təsir etmək və hətta onları qarşılaşdırmaq ən azından bir növ düşüncə olmazmı? Və əgər hansı hədəflərin ən dəyərli olduğu və necə təsirlənəcəyi məsələsində qərar verə bilsək, öz hədəflərimizin hansı yolla digərlərinin hədəflərinin əleyhinə çevrildiyi haqqında nəticə çıxara bilmərikmi?

Etikanın böyük hissəsi, dediyim kimi başqalarının hədəflərinin nə şəkilə hesaba alınacağını ətraflı şəkildə izah etməklə bağlıdır. Etika fərdlərin hədəfləri arasındakı tərəfsizliyin gərçəklikdə nə mənaya gəldiyi ilə bağlıdır. Bununla birlikdə rifahın dünyada gerçəkdən var olduğunu iddia etsəm də bu prinsiplərin hamısı həqəqtən beynimizdədir. Amma onlar subyektiv deyillər, ağlın məhsullarıdır.

Bu ehtimal doğru görünmürsə, hətta mistik görünürsə, riyaziyyatla qarşılaşdırın. Riyaziyyat da tam olaraq bizim beynimizdədir. Şərtlər öz bərabərində sübutlara aparan aksiomları gətirir. Ancaq, nizamlı olmaları və bir-birinə uyğun olmaları üçün intuisiyalar olaraq başlayır. Bütün problemlər daha sonra gəlir. Vasitəçi praktiki düşüncə haqqında daha əvvəl irəli sürdüyüm iddianı nəzərdən keçirək: Hədəflərimizə çatmağımız üçün lazım olan yollarla bağlı düşüncələrimiz haqqında necə düşünəcəyimizə dair sistemləşdirməyə yönəlmiş nizamlar – ən azından rasional qərar nəzəriyəsi və mikroiqtisadiyyat – mövcuddur. Orada bir anlaşmazlıq vardır və rəqib aksiomlar verilir. Ancaq demək olar ki, heç kim vasitəçi düşüncəyə aksiomatik yanaşma sərgiləmənin subyektiv olduğunu düşünmür.

Gorge Stockun “Suallar kitabı”ndan dərslərimdə tez-tez istifadə etdiyim qəribə və bir o qədər də izah edici bir sual. Xarici bir ölkədə 1000 tanımadığınız adamın həyatını xilas etmək, bir təyyarədəki 500 amerikalını ya da özünün ən yaxın dostunun həyatını xilas etmək arasından hansını seçərdiniz? Təcrübələrimə görə, çoxu insan 100 nəfər tanımadığı şəxsi xilas etməyi düşünür. Kiçik, amma önəmli bir qrup insan “ən yaxın dostunu” xilas etməyi düşünür.  Demək olar ki, heç kim 500 amerikalını seçmir. Niyə?  Bəlkə sadəcə olaraq bu yanlış cavabdır. Bizə bu seçimdə yol göstərməsi lazım olan şərtlərlə bağlı tutarlı, düşüncənin əks strategiyaları sizi 1000 nəfərə ya da ən yaxın dostunuza istiqamətləndirən fəaliyyətlərdir. Bunlardan da hansının doğru olduğu çətin və qəribə məsələdir. Ancaq digər ehtimalı dəstəkləyən tutarlı bir prinsipə əsaslanan öz metodunuzu sorğulamaq çətindir. Bu, etikanın asan və “həll oluna bilən” olduğunu göstərmir. Ən azından mənə görə, çox az ya da tamamilə subyektiv olmayacaq şəkildə şərtlər haqqında ətraflıca düşünə biləcəyimiz görüntüsünü verir.

Dolayısı ilə, burada öz etik dəyərlərimizi bildirə biləcək ən azı iki potensial obyektiv qaynaq vardır. Bir tərəfdən insanlar üçün yaxşı və pis olan rifah (ən azından qismən) obyektivdir – “dünyanın əşyalarının” (Quine) bir hissəsi həqiqətən də kənarda var. Digər tərəfdən də nə edilməsinin lazım olması haqqında nəticə çıxarmaq bir növ düşüncədir. Bütün düşüncələr kimi beynimizin içərisindədir, amma hər düşüncə kimi də bunun bir obyektivlik sıxıntısı vardır. Cavab vermədiyimi bir çox sualdan biri: Niyə digər insanalrın hədəfələrini hər zaman önəmsəmək məcburiyyətindəyəm? Niyə sırf mənim üçün yaxşı olanı etmirəm? Hər necə osla da, egoizm etikanın obyektivliyinə deyil, onun məzmununa qarşı bir meydan oxumadır.

Tərcümə: Araz Əliyev

Mənbə: 3 Quarks Daily

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.