Cümə, May 20, 2022

BLOG

“Ümid inqilabı” – Erix Fromm

(2-ci hissə)

ÖZÜNÜ XİLASEDİCİ HESAB EDƏNLƏRİN ÜMİDİ

İnanc, ümid və bu dünyəvi dirilmə, klassik hekayələrini peyğəmbərlərin məsihçi (*xilasedici) uzaqgörənliyində tapmışlar. Onlar, yunan tragediyasındakı “karo” və ya bir Kassandra kimi gələcəyi öncədən xəbər verməzlər; indiki anda mövcud olan reallığı ictimai rəyin və səlahiyyətli olanların gözmuncuğu olmadan görərlər. Peyğəmbər olmaq istəyində deyillər, amma, özlərini hansı ehtimalları gördüklərini demək və insanlara seçimləri göstərmək, onları xəbərdar etmək üçün öz şüurlarının – “bilgi ağıllarının” – səsini dilə gətirmək məcburiyyətində hiss edərlər. Etməyi məqsəd qoyduqları tək şey budur. Onların xəbərdarlığını ciddi hesab etmək və gedişatlarını dəyişdirmək və ya qulaq verməmək – və də əzab çəkmək, insanlara, onları dinləyənlərə qalmış bir şeydir. Peyğəmbəri danışıq hər zaman üçün variantlar, seçimlər və azadlıq dilidir; əsla “nə olursa, olsun” mənasında qərarlılıq dili deyil. Peyğəmbəri seçimçiliyin ən qısa hekayəsi Tövratda, Pentateuch`un 5-ci kitabındakı 2-ci Musa şərhində dilə gətirilib: “Bu gün sənin qarşına həyat və ölümü qoydum, sən həyatı seçdin!“… Peyğəmbərçilikdən sonrakı dövrdə məsihçi ideyasının mənasında bir dəyişiklik meydana gəldi və bu, ilk dəfə e.ə 164-cü ildə Danielin kitabında, ayrıca da Tövrata daxil edilməmiş olan və doğruluğuna inanılmayan Müqəddəs Kitab mətnində əks olundu. Bu mətndə peyğəmbərlərin “üfüqi” tarixi fikrinə qarşı olaraq, “şaquli” qurtuluş fikri işlənmişdir. Burada daha çox fərdin dəyişməsinə və xüsusilə də tarixin, qiyamətin qopmasıyla özünü göstərəcək faciəvi sonuna ağırlıq verilib. Tanrıdan axtarıldığı önə sürülən bu baxış, seçimlər deyil, kəhanətlər (*peyğəmbərlik), azadlıq deyil, zərurilik kəsb etməkdədir. (“You shall be as Gods” (Tanrılar kimi olacaqsınız) adlı kitabımda (1967), peyğəmbəri seçimçiliyin əsasını geniş ölçüdə incələdim. Ayrıca, həmin kitabda azad seçimçi məsihçiliklə ziddlik təşkil edən Musəvi məsihçi düşüncəsindəki hər şeyin Tanrı tərəfindən bildirildiyini qəbuletmə meylini incələmişəm)

Daha sonrakı “Talmud” və ya İbrani ənənəsində, o ilk peyğəmbəri seçimli baxış hökmran idi. Erkən xristian düşüncəsində isə – bir qurum olaraq kilsənin ənənəvi passiv gözləmə vəziyyətinə qarşı olaraq – daha çox, məsihçi düşüncənin, Tanrıdan istənildiyi qəbul edilən formasının böyük təsiri olmuşdur. Amma yenə də “İkinci gəliş” qavramında peyğəmbəri baxış canlı qaldı və xristianlıq inancının peyğəmbəri şərhi, izahını təkrar-təkrar inqilabçı və “heretik” (müxalif) məzhəblərdə tapdı; bu gün müxtəlif qeyri-katolik xüsusiyyətlərin bərabərində Roma Katolik kilsəsindəki radikal qanad peyğəmbəri təmələ, bu təməlin seçimiliyinə və ayrıca mənəvi məqsədlərin siyasi və ictimai zamanlara uyğunlaşmasının zəruri olması mənasına çox dəqiq şəkildə qayıdışın olduğu görülməkdədir. Kilsədən kənarda, marksist ictimaiyyət məsihçi baxışın mənəvi olmayan dildəki ən vacib izahını formalaşdırdıancaq, bu baxış, Marksın kommunistlərcəsinə didişdirilməsi nəticəsində çürüdüldü və məhv edildi. Son illərdəki Marksistlikdəki məsihçi fakt, bir çox ictimai insanpərvərlərdə, xüsusilə də Yuqoslaviya, Polşa, Çexoslavakiya və Macarıstanda səsini eşitdirməyə başladı. Marksistlərlə xristianlar, ortaq bir məsihçi ənənəyə söykənmiş dünya miqyaslı bir alış-verişə girdilər.

Marksın ictimailiyin qaçınılmaz olduğunu söylədiyi zəruri tarixi baxışına sahib olması yolundakı geniş fərziyyəsi, məncə, doğru deyil. Zərurilik təəssüratı öz köklərini çox vaxt Marksın həlledici və elmi tərziylə iç-içə olan propoqandaçı, nəsihətverici tərzli bəzi qaydalarından olmaqdadır.   

Ümidin qırılması

Əgər ümid, inanc və dirənmə gücü həyatla birlikdə var olan faktlardırsa, necə olur da belə çox sayda insan ümid, inanc və dirənmə güclərini itirərək, köləlikləri və asılılıqlarına sarılırlar? Beləcə, insan varlığının təsdiqedici xüsusiyyəti, bu itirmə zəruriliyinin ta özüdür. Başlanğıcda ümid, inanc və dirənmə gücü ilə yola çıxarıq – bunlar, spermayla yumurtanın, onların birləşməsinin, dölün böyüməsinin və doğulmanın şüurdankənar “düşüncə olmayan” xüsusiyyətləri, keyfiyyətləridir. Amma həyat başladıqda, ətrafdakı dəyişiklik yaradıcı hadisələr və təsadüflər, ümid potensialını inkişaf etdirməyə və ya söndürməyə başlayar.

Çoxumuz sevilməyi arzulamışıq – sadəcə bəslənib böyüdülməyi deyil, başa düşülməyi, diqqətə alınmağı, sayğı göstərilməyi gözləmişik. Uşaq ikən, o insan kəşfi olan yalanı hələ bilmirdik – sadəcə sözlərlə söylənən yalanı deyil, səslə, mimikalarla, gözlərlə, üz ifadələriylə söyləməkdən də xəbərsizdik. Bir uşaq əvvəldən-axıradək insan yaradıcılığının nəticəsi olan bu şeyə – yalana necə hazırlanacaq? Əksərimiz bəzən bir qədər daha az, bəzən də bir qədər daha çox qaba bir şəkildə gözümüzü açmış, insanların çox vaxt söylədikləri şeyi demək istəmədikləri və ya demək istədiklərinin əksini söylədiklərinin şahidi olmuşuq. Üstəlik, sadəcə “insanların”, onun-bunun deyil də, ən çox güvəndiyimiz insanların – anamızın, atamızın, müəllimlərimizin, liderlərimizin belə münasibət daxilində olduğunu anlamışıq.

İnkişaf müddəti ərzində bu və ya digər məqamda ümidlərinin boşa çıxdığı – bəzən bütünlüklə qırılması taleyindən qurtulan çox az insan var. Bu, bəlkə də, yaxşı şeydir. Əgər insan, ümidinin boşa çıxması təcrübəsini yaşamasaydı, ümidi necə daha güclü və basdırılmaz vəziyyət alardı? Xeyirxah bir xəyalpərvər olama təhlükəsindən necə qaça bilərdi? Ancaq, digər yandan, ümid çox vaxt əvvəldən-axıradək elə qırılır ki, insan heç bir vaxt onu təkrar toparlaya bilmir. Marksın təlimini, bəlkə də, ən şəffaf analiz edənlərdən olan Roza Lüksemburq “İctimaiyyətçilik və Barbarlıq seçimi” ifadəsindəki seçimçi baxışı vurğulayıb. Əslində ümidin qırılmasına verilən reaksiya və cavablar, bir çox səbəbə bağlı olaraq, böyük fərqliliklər ehtiva etməkdədir. Bu səbəblər belə sıralana bilər: tarixi, fərdi, psixoloji və struktural (*törənmiş). Çox insan, bəlkə də, böyük bir çoxluq, sadəcə yaxşı olanın başa gəlməyəcəyini deyil, hətta, bəlkə də ən pis olanın başa gələ biləcəyini qəbuletmə zəhmətinə qatlanmadan ən yaxşını arzulayan orta bir nikbinliyə uyğunlaşdığı üçün, ümidlərinin boşa çıxmasına reaksiya verər. Hamı fit çaldığı müddətcə, bu cür insanlar da fit çalar və ümidsizliklərini hiss etmək yerinə, bir növ, pop konsertinə qatılıbmış kimi davranarlar. Tələblərini əldə edə bildikləriylə məhdudlaşdırarlar və çata bilməyəcəkləri yerdə olanı xəyal belə etməzlər. Bunlar, kütlənin yaxşı uyğunlaşdırılmış üzvləridir və heç kim ümidsizlik duymadığından, əsla ümidsizliyə qapılmazlar. Bunlar, müasir Qərb cəmiyyətinin bir çox üzvündə gördüyümüz qəribə, bir növ, təslimiyyətçi nikbinlik rəsmi çəkərlər – burada, ənənəvi olaraq, nikbinlik şüurlu, təslimiyyətçilik isə şüurdankənardır.

Ümidin qırılmasının bir başqa nəticəsi isə “ürəyin bərkiməsi”-dir. Günahkar uşaqlardan qatı, amma təsiredici böyüklərə qədər, bir çox insanın həyatlarının bir hissəsində, bəlkə 20 yaşında, artıq inciməyə, üzülməyə tab gətirə bilməyəcək məqama söykənmiş olduğunu görürük. Bunlardan bəziləri, ani bir şey görmüş və ya bir dəyişikliyə uğramışcasına, artıq boğaza yığıldıqlarına qərar verərlər, daha heç nə hiss etməməyə, kimsənin onları incitməsinə yol verməməyə, ancaq, özlərinin başqalarını incidə biləcəklərinə qərar verərlər. Özlərinə dost və ya onları sevən insanlar tapmaq məsələsində şanssız olmalarından gileylənə bilərlər. Bu, onların uğursuzluğu deyil, taleyidir. Şəfqət duyğularını və başqalarını anlamaq bacarığını itirmələri səbəbilə, kimsəyə toxunmazlar – kimsə də onlara toxunmaz. Həyatdakı zəfərləri kiməsə ehtiyac hiss etməməkdir. Toxunulmaz olmaqdan qürur duyarlar, başqalarını incidə bilmələrindən dolayı zövq alarlar. Bu işin günah yaradacaq formada və ya qanuni yollarla həyata keçirilməsi, elmi-psixoloji amillərdən çox, ictimai amillərlə əlaqəlidir. Bu insanların çoxu donmuşluqlarını qoruyarlar, dolayısıyla, həyatları tükənincəyədək bədbəxtdirlər. Aradabir möcüzə baş verər və buzların əriməsi prosesi başlayar. Bunun səbəbi, bəlkə də, qayğı və diqqətinə inandıqları bir insanla qarşılaşmış olmalarıdır; yeni duyğu ölçüləri açılmışdır. Əgər şanslıdırlarsa, buzlar bütöv əriyər və tamamilə məhv olmuş görünən ümid toxumları canlanar.

Ümidin qırılmasının bir başqa və daha çox ağır olan nəticəsi dağıdıcılıq və zorakılıqdır.İnsan övladı ümidsiz yaşaya bilməyəcəyi üçün, ümidi bütünlüklə məhv olan insan həyata nifrət edər. Həyatı yarada bilmədiyi üçün, sanki, bir möcüzə olan, ancaq, onu reallaşdırmaqdan çox daha asan olanı – həyatı məhv etməyi istəyər. Yaşanmamış həyatı səbəbilə, özündən qisas almaq istəyər; bu işi isə, özünü bərabəri olmayan bir dağıdıcılığın qoynuna atmaqla reallaşdırar – belə ki, başqalarının və ya özünün məhv olması önəmli deyil.

Çox vaxt ümidin qırılmasına verilən dağıdıcı reaksiya, ictimai və ya iqtisadi səbəblərlə çoxluğun sahib olduğu rahatlıqlardan məhrum olan və ictimai və ya iqtisadi olaraq sığınacaq bir yer tapmayan insanlarda görünər. Nifrət və zorakılığa yol açan vəziyyət iqtisadi sıxıntı deyil, hər şeydən də çox zorakılıq və dağıdıcılığı hərəkətə keçirmək məsələsində eyni miqyasda təsirli olan ümidsiz vəziyyətlər, davamlı yenilənən və tutulmayan sözlərdir. Hətta ümid deyilən şeyi görə bilməmələri səbəbindən, ümidsiz belə ola bilməməkdən məhrum qalmış və pis davranışlara hədəf olan küskün qrupların, ümid ehtimalını görə bilən, amma, eyni zamanda ümidlərinin reallaşmasını mümkünsüz edən səbəbləri tanıya bilən insanlardan daha az zorakı olmaları məsələsində çox da şübhə yoxdur. Elmi-psixoloji dildə desək, necə ki, ölümə istəkli olmaq həyat sevgisinin seçimidirsə, dağıdıcılıq da ümidin seçimidir.

Ümidlə yaşayan təkcə fərd deyil. Millətlər və ictimai siniflər də ümid, inanc və dirənmə gücləri sayəsində yaşayarlar və əgər bu potensialları itirərlərsə, ya aktivlikdən məhrum olmaları səbəbilə, ya da inkişaf etdirdikləri ağıldankənar dağıdıcılıq səbəbindən məhv olarlar.

Bu məqamda gözdən qaçırılmaması vacib olan fenomen (*hadisə) vardır; bir fərddəki ümid və ümidsizliyin inkişafı böyük ölçüdə onun aid olduğu cəmiyyət və ya sinifdəki ümidin və ya ümidsizliyin mövcudluğuyla müəyyənləşir. Bu fərdin ümidi uşaqlığında nə qədər qırılırsa-qırılsın, bir ümid və inanc dövrü daxilində yaşayarkən, öz ümidinin qığılcımları canlanacaq; digər yandan, təcrübələrinin onu ümidli olmağa apardığı insan, çox vaxt aid olduğu cəmiyyəti və ya sinifi ümidlilik havasını itirdikdə, ümidsiz və kədərli olma meyli göstərəcəkdir. 

Hazırkı zamanda və Birinci Dünya Müharibəsinin başlanğıcından etibarən gedərək artan miqyasda və bəlkə də, sadəcə Amerikada ötən əsrin sonunda anti-imperialist birliyin məğlubiyyətindən bu tərəfə ümid, Qərb dünyasında sürətlə sıradan çıxmaqdadır. Daha əvvəl də dediyim kimi, ümidsizlik nikbinlik qılafı içərisində, bəzi vəziyyətlərdə isə inqilabçı heççilik (nihilizm) adı altında gizlənmişdir. Amma bir insanın özü haqda nə düşündüyü, nə olması, həqiqətən nə hiss etməsi ilə müqayisədə çox da önəmli deyil; digər yandan, çoxumuz nə hiss etdiyimizin fərqində olmarıq.

Ümidsizlik nişanləri hər yerdə görünür. Orta insanın əziyyətli hekayəsinə baxın, insanlar arasındakı – “ünsiyyət qurmaq” üçün çarəsiz çabalamalarına rəğmən – ünsiyyətsizliyə baxın. 

Şəhər suyunun və havasının gedərək artmaqda olan zəhərliliyini ciddi olaraq aradan götürməyi hədəfləyən ciddi planlaşdırmadan məhrumiyyətə, yoxsul ölkələrdə baş verə biləcəyi gözlənilən aclığa baxın; hamımızın həyatını və planlarını təhlükəyə atan gündəlik hadisələrdən qurtulma bacarıqsızlığından imtina etdik, nüvə silahlarını sıradan çıxara bilməməyimizə baxın. Ümid haqqında nə deyər və nə düşünərsək-düşünək, həyat üçün hərəkətəkeçmə və ya dizaynı yaratmaqdakı bacarıqsızlığımız ümidsizliyimizi ələ verir.

Bu böyüyən ümidsizliyin səbəbləri haqda çox az şey bilirik. 1914-cü ildən əvvəl insanlar dünyanın etibarlı bir yer olduğunu, insan həyatını bütünlüklə heçə sayan müharibələrin keçmişdə qaldığını hesab edirdilər. Buna baxmayaraq, I Dünya Müharibəsi oldu və hər hökumət öz istiqamətləri məsələsində yalan dedi. Sonra qərbli hegemonlardan da, Sovet İttifaqından da gələn haqsız istəklər və komik tamaşalarla İspaniya vətəndaş müharibəsi baş verdi; Stalin və Hitler rejimlərinin terroru yaşandı; sivil xalqın həyatını bütünlüklə heçə sayan II Dünya Müharibəsi müvəqqətsizliyə uğradı və nəhayət, Amerika dövlətinin kiçik bir xalqı “xilas etmək” məqsədilə onu əzməkdə gücünü istifadəyə sərf etdiyi, illərcə davam edən Vyetnam müharibəsi səhnəyə çıxdı. Böyük liderlərdən heç biri, hamıya ümid verəcək olan o tək addımı atmadı; digərlərinin də onları izləyəcək qədər ağlı başında olanlarına güvənərək öz kimyəvi silahlarından qurtulma cəhdində olmadı.

Amma getdikcə artmaqda olan bir ümidsizliyin yaşanması üçün daha başqa səbəblər də var; bütünlüklə bürokratlaşmış bir sənaye cəmiyyətinin yetişməsi və… fərdin dövlət qarşısındakı zəifliyi problemləri.

Əgər Amerika və Qərb dünyası şüursuzca ümidsizlik vəziyyətlərini inancdan və dirənmə gücündən məhrumolma vəziyyətlərini davam etdirərlərsə, həyatı tamamilə aradan götürəcəyi üçün bütün problemləri – əhali artımı, sıxıntı və aclıq problemlərini sona çatdıracaq olan nüvə silahlarıyla böyük zərbəni endirmək həvəslərinə mane ola bilməyəcəklər.

İnsan övladının nəzarəti altında ictimai və mədəni quruluşun hansı istiqamətdə inkişaf edəcəyi, bizim şəxsi ümidsizliyimizlə mücadilə bacarığımıza bağlıdır. Hər şeydən əvəl bunu görməyimiz lazımdır. İkinci olaraq da, ictimai, iqtisadi və mədəni həyatımızı yenidən ümid etməyimizi mümkün qılacaq istiqamətdə dəyişməyə uyğun olub-olmadığını düşünməyimiz lazımdır. Bu istiqamətdə real ehtimal yoxdursa, ümid düppədüz axmaqlıq deməkdir. Amma həqiqi bir ehtimal varsa, yeni variantların gözdən keçirilməsi və bu yeni variantların reallaşmasını təmin edəcək ictimai fəaliyyətlər təməlinə əsaslanan ümid ola bilər.

Hal-hazırda haradayıq və yolumuz hara varacaq?

1. Hal-hazırda haradayıq?

18-ci və 19-cu əsr sənayeçiliyindən gələcəyə gedən istiqamətdəki dəqiq mövqeyimizi dəqiqləşdirmək çətindir. Harada olmadığımızı demək daha asandır. Azad sərmayəyə doğru getməyirik, sürətlə ondan uzaqlaşmaqdayıq. İdeoloji xəritələrimizin getdiyimizi söylədiyi istiqamətdəki yerlərə doğru getməyirik. Bütünlüklə fərqli bir istiqamətə uyğun addım atırıq. Bəziləri istiqaməti çox açıq şəkildə görürlər; bunlar arasında o yolu yaxşı qəbul edənlər də var, ondan qorxanlar da. Amma əksərimiz reallıqdan fərqli xəritələrə baxırıq – İsanın ölümündən 500 il sonrakı dünya xəritəsi qədər fərqli reallıqdan. Xəritələrimizin saxta olduğunu bilmək kifayət deyil. İstədiyimiz istiqamətdə gedə bilməyimiz zəruridirsə, doğru xəritələri əlimizdə tutmağımız önəm daşıyır. Yeni xəritənin ən vacib xüsusiyyətləri, Birinci Sənaye inqilabını kəsimini keçdiyimizi və İkinci Sənaye inqilabı kəsiminə başladığımızı bildirməsidir.

Birinci Sənaye inqilabının müəyyənedici xüsusiyyəti canlı (heyvanlardakı və insanlardakı) enerjinin yerinə mexaniki (buxar, benzin, elektrik və atom) enerjinin keçməsidir. Bu yeni enerji qaynaqları, sənaye istehsalında köklü bir dəyişikliyin təməli olmuşdur. Bu yeni sənaye potensialına bağlı olaraq, bu gün sahibləri tərəfindən idarə edilən, bir-biriylə rəqabət aparan və işçiləri istismar edərək mənfəət payı məsələsində onlarla vuruşan və çoxunu kiçik – və ya ortaçaplı sənaye quruluşlar deyə xatırladığımız bəlli növlü sənaye təşkilatlanması meydana gəldi. Orta və üst sinif üzvü, sanki, evinin ağası olduğu kimi, öz quruluşunun da ağasıydı və özünü gələcəyinin də ağası sanırdı. Ağdərili olmayan kəsimin rəhmsizcəsinə istismarı, həyat tərzindəki yenilikçi islahatlar, yoxsullara qarşı getdikcə artan faydalı münasibətlər və bu əsrin birinci yarısında işçi sinfinin uçurumun dibindəki yoxsulluqdan nisbətən rahat bir həyata qovuşması faktlarıyla atbaşı getdi.

Birinci Sənaye inqilabını, hal-hazırda başlanğıcına şahid olduğumuz İkinci Sənaye inqilabı izləməkdədir. Bu inqilabın müəyyənedici xüsusiyyəti, təkcə canlı enerjinin yerinə mexaniki enerjinin keçirilməsi deyilinsan düşüncəsi yerinə texnikaların düşünməsinin keçirilməkdə olmasıdır.

Sibernetika və avtomatika (“Sibernasyon”) vacib texniki və təşkilati problemlərə cavab verməkdə insan beynindən daha çox sürətli və daha həssas işləyən texnikalar qurmağa imkan verir. Sibernetikləşmə, yeni növlü iqtisadi və ictimai təşkilat formalaşdırma zəruriliyi yaradır.

Potensial olaraq az sayda nəhəng quruluş, iqtisadi texnikanın mərkəzi vəziyyətinə gəlib, çox da uzaq olmayan bir gələcəkdə bu texnikanı bütünlüklə onlar idarə edəcək.

Qanuni olaraq yüz minlərlə hissə sənədi sahibinin mülkü olan quruluş, öz-özünü davamlı yeniləyən bir bürokratiya tərəfindən, həm də təmiz olsun deyə qanuni sahiblərindən asılı olmadan idarə edilməklə, özəl iş qurumlarıyla hökumət arasındakı fəaliyyət elə sıx hal almaqdadır ki, bu fəaliyyəti formalaşdıran faktlar getdikcə artan sürətlə bir-birindən seçilməz vəziyyətə gəlir. Amerikada əhalinin əksər hissəsinin qarnı toxdur, yaxşı evlərdə yaşayırlar və yaxşı əyləndirilirlər; hələ də standart amillər altında yaşayan “inkişaf etməmiş” amerikalılar sektoru da, hər halda, yaxın gələcəkdə bu çoxluğa qatılacaq.

Fərdiyyətçiliyi, azadlığı və Tanrıya inanmağı nəsihət etməyə davam edirik, ancaq, həzçi maddəçiliyin prinsiplərinə uyğun olaraq inkişaf edən və quruluş insanının tək hədəfi vəziyyətinə gələn çevrəyə uyğunlaşma reallığıyla qarşılaşdırıldıqda, bizim bu nəsihətlərimiz köhnəlməyə məruz qalır.

Əgər cəmiyyət olduğu yerdə qalsaydı – bir fərd necə olduğu kimi qalırsa, o da o qədər az bacarardı bu işi – vəziyyət indi olduğu qədər pis olmazdı. Amma hazırda sadəcə ucunu gördüyümüz və sürətlə yüksəlməkdə olan yeni bir cəmiyyət növü və yeni növlü insan həyatına qovuşmaq istiqamətində irəliləməkdəyik.

2000-ci illər cəmiyyətinin insanlıqdan çıxmış görünüşü; Nüvə müharibəsi həmin günədək insan irqini məhv etməmişsə, 2000-ci ildə hansı tərzli bir cəmiyyət və hansı tərzli bir insan meydana çıxacaq?

Əgər insanlar amerikan cəmiyyətində mövcud olacaq zəruri vəziyyəti bilsəydilər, böyük bir çoxluq olmasa da, bir qism elə böyük bir qorxuya qapılardı ki, gedişatı dəyişdirə biləcək tədbirlər almağa girişərdi. Əgər insanlar, getməkdə olduqları istiqamətin fərqində deyillərsə, artıq çox gec olduqda və taleləri xilasedilməz şəkildə müəyyənləşdirildikdə oyanacaqlar. Çox təəssüf ki, böyük bir çoxluq haraya getdiklərinin fərqində deyil. İstehsal cəmiyyəti məhsul toplayıcı və ovçu cəmiyyətindən nə qədər fərqlidirsə, hədəflədikləri yeni cəmiyyət də, Yunan və Roma cəmiyyətləriylə orta əsr cəmiyyətlərindən, ənənəvi sənaye cəmiyyətlərindən o qədər fərqlidir – və insanlar bunun fərqində deyil.

Çox insan hələ də cəmiyyəti Birinci Sənaye inqilabı qavramlarıyla dəyərləndirir. 50 il əvvəlki insan övladından daha çox və daha yaxşı texnikalara sahib olduğumuzu görür və bunu inkişaf olaraq dəyərləndirirlər. Birbaşa siyasi basqı yoxluğunun fərdi azadlığa qovuşmanın xüsusiyyəti olduğunu sanırlar. Onların gözündəki 2000-ci il, insan övladının orta çağların sonlarından bəri bəslədiyi xatirələrinin tam olaraq reallaşdığı ildir. Bunun, 2000-ci illərin insanlarının azadlıq və xoşbəxtlik əldə etmək mübarizəsi apardığı bir dövrün tamamlanması və xoşbəxt son deyil də, insanın artıq insan olmadığı, düşünməyən, hiss etməyən bir robota çevrildiyi bir dövrün başlanğıcı ola biləcəyini görə bilmirlər. 

Maraqlıdır ki, 19-cu əsrin düşünərləri tərəfindən insanlıqdan çıxmış cəmiyyətin gətirəcəyi təhlükələr sezilmişdir; və bu insanların müxalif siyasi baxışı mənimsəmiş olmaları fikirlərini daha da təsirləyici etməkdədir.

Disraeli kimi bir mühafizəkar və Marks kimi bir sosialist, istehsalın və istismarın nəzarətsiz böyüməsindən yaranacaq insani istiqamətli təhlükələr məsələsində, əslində, eyni baxışı dilə gətirməkdədirlər. Hər ikisi də insan övladının (…) getdikcə artan sürətinə, acgözlülüyünə kölə olaraq boyun əyəcəyini hiss etmişdi. Disraeli yeni burjuaziyanın gücünü məhdudlaşdırmaqla nəticə əldə ediləcəyini bildirirdi; Marks isə irəli ölçüdə sənayeləşmiş cəmiyyətin, ictimai cəhdlərin məqsədinin maddi şeylər deyil, insan olacağı, insani bir cəmiyyətə çevriləcəyinə inanırdı. Ötən əsrin ən şəffaf yenilikçi düşünərlərindən biri olan Con Stüart Mill, problemi tam çılpaqlığıyla gördü: Həyatı davametdirmə mübarizəsinin insanlar üçün ən təbii vəziyyət almasını; mövcud olan ictimai həyat tərzini formalaşdıran ayaqlar altında əzilmə (…), dirsəkvurma, səyahət aktı insan növünün ən çox istədiyi şeylər olmasını; və ya bunların sənaye inkişafının mərhələlərindən birinin xoşagəlməz xüsusiyyətləri olmadığını hesab edənlərin həyat prinsipiylə silahlanmış olmadığını etiraf edirəm… İqtidar zənginlərin əlindədir. Bacardıqca zəngin olmaq isə universal bir ehtirasdır. Ancaq, bu zənginliyə gedilən yol, tam bir neytrallıq içərisində, hər kəsə açıq olmalıdır. Amma ən yaxşısı, heç kimin yoxsul olmaması, heç kimin daha zəngin olmaq istəməməyi və heç kimin başqalarının önə keçmək üçün onu itələcəyindən qorxmamasıdır.

Deməli böyük zəkalar yüz il əvvəlindən bu gün və ya sabah nə olacağını görüblər. Halbuki həmin görülən şeyləri yaşayan bizlər, gündəlik həyat tərzimi, rahatlığımızı pozmamaq üçün gözlərimizi bağlayırıq. Liberallar da, mühafizəkarlar da bu məsələdə eyni dərəcədə kordur. Sadəcə bir neçə yenilikçi fikirli yazar var ki, yaratmaqda olduğumuz canavarı çılpaqlığı ilə görür. İnsan həyatı Hobbsun Leviafanına deyil, dağıdıcı bir Molox (Moloch)a qurban ediləcək. Bu Molox ən aktiv şəkildə Oruell və Haksli tərəfindən bir çox peşəkar sosioloq və psixoloqdan daha yetkin bir qavrayışla ifadə edilmişdir. (Molox – ilk uşağın qurban edildiyi bir Sami tanrısı)

Brjezinskinin texnoloji cəmiyyəti təsvir etməsindən daha əvvəl bəhs etmişdim, indi bu sözlərini əlavə etmək istəyirəm: “Normalda insani istiqamətli, müəyyən müddət ideoloji beyinli intellektual müxalifin yerini.. sürətlə.. ya mütəxəssislər ya da kompromisçilər alacaq; bu ikincilər, əslində, iqtidarda olanlara bir-birindən fərqli fəaliyyətlər üçün zehni bir inteqrasiya təmin edən dövlət məclisi ideoloqları vəziyyətinə gələrlər.” 

Dövrümüzün ən seçilən humanistlərindən biri olan Levis Mumford (Lewis Mum-ford) bu yaxınlarda yeni cəmiyyətin geniş və xariquladə bir rəsmini çəkdi. Gələcəkdə tarixçilər – əgər gələcəkdə tarixçi olarsa, – onun işini zamanımızın ən peyğəmbəri xəbərdarlıqlarından biri olaraq dəyərləndirəcək. Yazarın baxışına görə, keçmişlə gələcəyi birləşdirən əsl fenomen, öz deyimilə, “meqatexnika” (megamachine) olacaq. “Meqatexnika” – cəmiyyətin bir texnika və insanların da onun hissələri olaraq hərəkət etdiyi, bütünlüklə təşkilatlanmış və vahid bir sistemdir. Tam bir koordinasiya ilə quruluşun, hakimiyyətin öncədənbilmə ehtimalının və hər şeydən çox idarəetmənin getdikcə artmasıyla, Misir və Mesopotomiyanın keçmiş meqatexnikaları kimi fövqəladə texniki nəticələr yaratmışdır və müasir texnologiyaların köməyilə texnoloji cəmiyyətin gələcəyində tam ifadəsini tapacaq.

Mumfordun meqatexnika qavramı hazırda var olan fenomenlərdən bəzilərinin anlaşılmasını mümkün qılmaqdadır. Mənə görə, müasir dövrdə meqatexnika ilk dəfə böyük ölçüdə Stalinçi sənayeləşdirmə sistemində, ondan sonra da Çin kommunizmi tərəfindən tətbiq edilən sistemdə istifadə edilmişdir. Lenin ilə Trotski, Marksın uzaqgörənliyi üzrə inqilabın yavaş-yavaş cəmiyyətin fərd tərəfindən dəstəklənməsinə yol açacağına ümid edərkən, Stalin bu ümidlərdən nə qaldısa, hamısına xəyanət etdi; ümidini tamamilə itirməyən hər kəsi aradan götürərək, bu xəyanətini pərçimləyən Stalin, İngiltərə və ya Birləşmiş Ştatlar kimi ölkələrdən daha kiçik olsa belə, yaxşı inkişaf etmiş bir sənaye sektorunun nüvəsi üzərində özünün meqatexnikasını qura bilərdi. Çindəki kommunist liderlər fərqli vəziyyətlə qarşılaşmışdı. Onlarda bəhs ediləcək bir sənaye təməli yox idi. Tək sərmayeləri 700 milyon insanın fiziki enerjisi, ehtirası və düşüncələri idi. Bu insan ləvazimatının tamamilə koordinasiya daxilinə girməsiylə potensial olaraq qısa bir müddət ərzində qərbdəki inkişaf nizamına çata biləcək bir texniki inkişafı reallaşdıraraq, başlanğıcdakı sərmaye həcminə bərabər gücü yaradacaqlarına qərar verdilər. Bu bərabəri olmayan koordinasiya, zorakılıq, şəxsiyyətə pərəstiş və Marksın sosialist cəmiyyətin təməl xüsusiyyətləri olaraq hesab etdiyi azadlıq və fərdiyyətçiliyin əksini nəsihət edən təlimdən formalaşan bir qarışıqlıqla reallaşacaqdı. Ancaq, bunu unutmamaq lazımdır ki, Marksın insani baxışına əks olan totalitarizm, milliyətçilik və düşüncə təcrübəsi ilə qarışıq da olsa, fərdi quruluşda özünüyaradan tərifi və həddən artıq yenmə prinsipləri ən azından hazırki anadək Çin ardıcıllığının elementləri olaraq qalmışdır.

Sənayeləşmənin birinci mərhələsiylə cəmiyyətin özünün ucsuz-bucaqsız bir texnika vəziyyətinə gəldiyi, insanın yaşayan bir hissəsi olduğu İkinci Sənaye inqilabı arasındakı radikal dövr, Misirin meqatexnikasıyla 20-ci əsrin meqatexnikası arasındakı bəzi vacib fərqlənmələr səbəbindən qaranlıqda qaldı. Hər şeydən əvvəl, Misir meqatexnikasının canlı hissələrinin əməyi məcburi əmək idi. Misirli işçini vəzifəsini yerinə yetirmək məcburiyyətində buraxan şey açıq-aşkar ölüm və ya aclıqdan ölmə qorxusu idi. Hazırda, 20-ci əsrdə, Birləşmiş Ştatlar kimi ən inkişaflı sənaye cəmiyyətlərində işçinin rahat bir həyatı var – bu, yüz il əvvəl yaşamış işçi atasının xəyal edə bilməyəcəyi, bir lüks kimi görünəcək bir həyatdır. Marksın xətalarından biri də bu fenomendə yatmaqdadır – İşçi, kapitalist cəmiyyətin iqtisadi inkişafına qatılmış, ondan qazanc əldə etmişdir və də əslində, zəncirlərindən daha çox itirəcəkləri var. İşi idarə edən bürokratiya, keçmiş meqatexnikanın seçkin bürokratik təbəqəsindən çox fərqlidir. Həyatı az-çox işçilər üçün də keçərli olan orta sinif dəyərlərinin izləmindədir; düzdür, orta sinif üzvlərinə verilən məbləğ işçiyə veriləndən çoxdur, amma, istismardakı fərqlənmə keyfiyyət deyil, kəmiyyətdir. Sahibkarlar da, işçilər də eyni siqareti çəkir; yaxşı avtomobillər ucuzlardan daha rahat getsə də, görünüşü fərqli olmayan maşınları sürməkdədirlər. Eyni filmlər və eyni TV proqramlarını izləməkdədirlər; həyat yoldaşları eyni soyuducunu istifadə etməkdədir.

İdarəçiliyi davam etdirən seçilmişlər təbəqəsi də əvvəlkindən başqa istiqamətlərdə fərqlənir: Onlar da eynilə buyruqları altında olan insanlar qədər texnikaların hissələridir. Onlar da eynilə fabriklərdəki işçilər qədər yadlaşmış, hətta bəlkə, onlardan da çox qayğılıdırlar. Eynilə hamı kimi onlar da sıxıntılıdır və sıxıntıya qarşı eyni dərmanları istifadə edirlər. Keçmiş günlərin seçilmişlərinə – o mədəniyyət yaradan qrupa bənzəmirlər. Pullarının cüzi bir qismini elm və incəsənətin inkişafı yolunda xərcləmələrinə rəğmən, bir sinif olaraq, bu “mədəni xeyr”indaşıyıcıları olduqları kimi, istismarçıları da oldular. Bunlar yaradıcı elm adamları və sənətkarlardı; amma, elə görünür ki, 20-ci əsr cəmiyyətinin ən gözəl çiçəkləri incəsənət ağacında deyil, elm ağacında açılır.

P. S. Musiqi;

 “Demokratiyada itaət üçün inandırma və təbliğat, diktaturada isə terror və hədə-qorxudan istifadə edilər…”

(Erix Fromm “Sevmək sənəti” əsərindən)

Film;

“Bəs sizin qəlbinizin musiqisi necədir?!”

      (The Brand new testament)

Müəllif: Eyvaz Usubov

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.