Cümə axşamı, May 02, 2024

HUMANİTAR

Frans Fanon və irqçilik əleyhdarı ədəbiyyat – Rachel Busbridge

”Black Lives Matter” hərəkatı Treyvon Martini odlu silahla qətlə yetirən Corc Zimermanın 2013-cü ildə bəraət almasından sonra başladı. Hərəkat 2014-cü ildə Missuri Ferqüssonda 18 yaşlı Maykl Braunun və Klivlend Ohayo da isə 12 yaşlı Tamir Raysın polis tərəfindən öldürülməsi ilə daha da genişləndi. Amma adıçəklilən hərəkat Minneapolisdə 46 yaşlı Corc Floydun  polis əməkdaşı tərəfindən vəhşicəsinə boğularaq öldürülməyindən sonra öz kuliminasiya nöqtəsinə çatdı. Hadisə ilə bağlı yaranan kütləvi nümayişlərdən təxminən 1 ay sonra hərəkat ümumdünya miqyası almışdır.

Hadisə yerindəki şahidlər Floydun qətlə yetirildiyi anı videoya çəkib görüntüləri bütün dünyaya yaymışdılar. Bundan sonra bütün dünyada irqlər arası qeyri-bərabərliyə və qaradərililərə qarşı zorakılıq aktı törədənlərin cəzalandırılmamasına qarşı bir ıra kütləvi nümayişlər keçirildi. Avstraliyalı yerli etirazçılar isə polis tərəfindən saxlanılan aborigenlərin ölümlərinin qarşısını almaq üçün toplaşdılar.  Krallıq Kommisiyasının 1991-ci ildə verdiyi qərardan bu günə qədər 437 aborigen qətlə yetirilmişdi.

Pandemiyaya yoluxma hallarının artığı dövrdə təşkil olunan bu nümayişlər müxtəlif forma və bəhanələrlə dövlət təzyiqinə məruz qalmağına baxmayaraq irqlər arası disskriminasiya qarşı mübarizə ekranalrda və sosial şəbəkələrdə trendə çevrilə bildi. Bir müddət sonra bu xəbərlərin yavaş-yavaş gözdən itməyə başladığı vaxtda “Black Lives Matter” hərəkatının başlatdığı işi necə davam edəcəyi, azadlıq və müstəqillik uğrunda uzunmüddətli mübarizələri necə daha effektiv hala gətirilməsi ilə bağlı müzakirələr bu gün də davam edir.

Aparılan mübarizələrin bəlkə də ən səmərəli olanlarıdnan biri sosial şəbəkələrdə artmaqda olan irqçilik əleyhinə ədəbiyyat siyahılarıdır. Dünyanın hər yerindən aktivistlər insanları irqçilik və irqlərarası ayrıseçkiliklə mübarizəni davam etdirmək üçün nəsə etməyə səsləyərkən, qaradərililərə qarşı zülmləri və irqçilik əleyhinə mübarizələri tarixi baxımdan daha dərindən anlamağımız üçün bizi oxumağa təşviq edilər. İbram X.Kendinin How to be an Antiracist”, Robin Di Angelonun “White Fragility” və İjeoma Oleunun “So you want to talk about race” kimi əsərləri Nyu York Taymsın ən çox satılanlar siyahısına başçılıq edirlər.

Əslində mütaliənin irqçiliklə mübarizəmizə kömək edəcəyi fikrinin olduqca dərin keçmişə malikdir. İrqçilik əleyhdarı ilk ədəbiyyat siyahısı Şarlma Rollins və Oqusta Beyker adlı iki qaradərili kitabxanaçı tərəfindən 1940-cı ildə Amerikada tərtib olunub. Hətta mütaliənin empatiya gücünü artırdığı, hadisələri başqalarının rakursundan görməyə kömək etdiyini sübut edən hallar da var. İrqçilik əleyhinə mütaliə siyahıları da artmaqda davam edir, amma bununla bərabər bu siyahılarla bağlı tənqidi fikirlər də artmaqdadır. İnsanların həyatını təhlükəyə atdığı bu məqamda mübarizəni kitab məsləhət görməklə məhdudlaşdırmağın mənası həqiqətən varmı? Bəlkə irqçilik əleyhinə ədəbiyyat siyahıları irqçiliklə minimum fədakarlıq göstərməklə mübarizə apardığımızla təsəlli tapmaq vasitəsidir?

İrq və irqçilik sosiologiyası üzrə dərs keçən universitet müəllimi olaraq disskusiyaları xüsusi maraqla izləyirdim, çünki irqçilik əleyhinə hərəkatın irəliləyişindən operativ şəkildə xəbərdar olmaq mənim vəzifələrimdən biridir. Bu diskussiyaları izləməyimin başqa səbəbi isə tələbələrim üçün oxumağın çox əhəmiyyətli olduğuna inanmağımdır. Dərslərimdə ənənəvi akademik mətnləri oxumaqla kifayətlənmirəm, fərqli sferaların irq haqqındakı fikirlərini və münasibətlərini diqqət mərkəzinə çəkən mətnlərə də müraciət etməyə çalışıram. Pedaqoji fəaliyyətimdə üstünlük verdiyim fikirlərdən biri də 1925-1961-ci illərdə yaşamış, “Qara dəri ağ maskalar” (1952) və “Yer üzünün lənətlənmişləri” (1961) adlı kitablarıyla pos-kolonial dövr irqi və etnik qarşıdurmalar, tənqidi anlayış üzərində ciddi təsirləri olan Martinikalı psixiatr, filosof və inqilabçı Frans Fanona məxsusdur.

“Qara dəri ağ maskalar” əsəri bir çox irqçilik əleyhinə mütaliə siyahılarının əsasını təşkil edir. İnternetdə araşdırsanız Fanonu irq və təbəqə diskriminasiyası əleyhinə müasir mübarizələr haqqındakı fikirlərinə dair şərhlərə rast gələ bilərsiniz. Fanonun qəbul edilməyən doktorluq dissertasiyasına əsaslanan adıçəkilən əsər qaradərili kişilərin yaşadıqları haqqında analizdir (təəssüf ki, Fanon həqiqətən də ancaq kişilərin təcrübələrinə istinad etmişdi) İkinci dünya müharibəsində fransız ordusuyla çiyin-çiyinə mübarizə aparan orta təbəqəli ailəyə mənsub ilan Fanonun Fransaya həkim kimi səfər etməzdən əvvəl qələmə aldığı “Qara dəri ağ maskalar” ancaq ağdərililərin qəbul olunduğu cəmiyyətdə qaradərili olmağın səbəb olduğu psixoloji travmadan bəhs edir. Fransız müstəmləkələrinə  “azadlıq, bərabərlik, qardaşlıq” kimi yalandan vəd edilən dəyərlər və XX əsrin ortalarında Fransada gündəlik həyatın tərkib hissəsinə çevrilmiş irqçilik bu travmalardan biridir. Nigel Gibsonun da qeyd etdiyi kimi, Fanonun məqsədi “qaralar ağlardan daha fərqli ağrı çəkir” kimi ifadə olunan irqçi və müstəmləkəçi şərhin əslində necə zərərli olduğunu göstərməkdir.

Keçən il Fanonu oxumağın tələbələrimin irq və irqçilik haqqındakı fikirlərini necə formalaşdıra biləcəyini müşahidə eləmək üçün kiçik təcrübə keçirdim. Tələbələrimin də razılığından sonra sinifdə Fanonun əsərindən bəzi hissələri yüksək səslə oxuduq və oxuduqlarımıza dair müzakirələr apardıq. Bundan sonra isə tələbələrim arasında oxuduqlarına və müzakirə etdiklərinə dair anket sorğusu təşkil etdim. “Qaralıq faktı” “Qara dəri ağ maskalar”-ın çox güman ki, ən məhşur hissələrindən biridir. Bu bölmədə əsərin ən vacib  simvollarından biri təsvir edilir. Fanon və ağdərili uşaq Fransada bir qatarda rastlaşırlar. Onu görən uşağın ilk sözü “zənciyə bax!” olur.

Fanon bu qarşılaşmanı bir az da dərindən təhlil edir və özünü ağdərililərin baxışları altında əşya kimi hiss etməyin nə olduğunu və yaşadığı irqçiliyin psixologiyasında yaratdığı təsirləri bizə göstərir. Fanonun  fiziki sxem və ya ümumi fiziki fərqindəlik adlandırdığı sxemlə (yəni insanın ancaq öz bədənini harasa apardığı və bu dünyanın ancaq bir bədəndən ibarət olduğu fikri) irqi epidermal sxeminin (qara dəriyə xaricdən yüklənən mənalar) da nəzərə alınanda irqi şərh anında meydana çıxan mənliyin parçalanmağından bəhs edir. Bu parçalanma ilə paralel olaraq fərd diskriminasiyaya məruz qalır və özünü başqalarından daha aşağı təbəqədə hiss etməli olur.

“Qaradərililiyimi, etnik xüsusiyyətlərimə kəşf etmişdim, hanniballıq, qıtlıq, irqi qüsurlar, qul gəmiləri stereotipləri vasitəsilə təhqir olunmuşdum. Bunların içində ən incidən isə “Qarınquluya bax!” kimi ifadələrə məruz qalmışdım.”

Fanon uydurma tarixin və fransız müstəmləkə cəmiyyətlərinin qaradərililərin mədəniyyətinə diqtə etdiyi ağırlıq səbəbilə mənlik hissini itirir. O, “obyektləşdirmə” fikrini ancaq ağdərililərin hakim olduğu dünya üçün istifadə edir, amma bu onun qeyri-bərabər sistemdəki mövqeyini dəyişmir. Bədəni “deformasiya olmuş, yenidən rənglənmiş və kədərlə örtülmüş şəkildə qarlı bir qış günündə” ona qaytarılmışdı.

Bu hissənin dağıdıcı təsiri bu gün də davam edir. Üstəlik bu tələbələrimin əvvəlcədən bələd olduğu stil də deyil. Siyasət, psixiatriya, ədəbiyyat və fəlsəfə sferalarında əsərlər qələmə almış Fanonun yazısı sadə nizam kateqoriyasını inkar edir. Fanonun stilistikası çoxqatlı, ehtiraslı, olduqca təmtəraqlı və ironikdir. Dəyişkən ritmi, intonasiyası və tempi sözlü tamaşaya bənzəyir (Fanonun bioqrafiyasının müəlliflərindən biri Devid Masey belə Fanonun yazılarını həyat yoldaşı Cosiyə diqtə etdirdiyini iddia edir).Yəni bu mətnlər sizinlə adi akademik mətndən daha fərqli şəkildə əlaqə qurur. Onun stilistikası oxucunu müəllifin iddialarını, məlumatlarını, analizlərini ayırd etmək əvəzinə özünü mətnin içində hiss edib məhz o dünyanı  təsəvvür etməyə məcbur edir. Tələbələr Fanonu oxumağın onlara çətin gəldiyini, hətta onları əsəbləşdirdiyini bildirdilər. Amma ən maraqlısı o idi ki, tələbələr yazılanları səmimi hesab edirdilər, çünki oxuduqları onları nəinki düşündürmüşdü, hətta hiss etdirmişdi. Tələbələrdən biri fikrini “hər kəs oxuduğunu hiss etdi və bu da bizə Fanonu anlamağa kömək etdi” şəklində ifadə edirdi.

Tələbələrin oxuduqları bölümdən çıxardığı nəticələr fərqli idi. Bir neçəsi belə düşünürdülər ki, Fanonun mənliyindən uzaq düşməyindəki uşaq, nəsillər boyu davam edən irqçiliyin nümunəsi idi. Tələbələr uşağın bu cür danışmasına görə kədərlənir, anasının uşağa reaksiya verməməyinə isə qəzəblənirdilər. Üstəlik bu hekayə tələbələrə 13 yaşlı qızın yerli furbolçu Adam Qudesə meymun deməyini xatırlatmışdı. Amma tələbələrə onlar üçün hansı cümlənin yaddaqalan olduğunu soruşanda demək olar ki, hamısı 2 cümləni seçdi:

“Qaradərili kişilər ancaq qaradərili olmaqla kifayətlənməməli, həm də ağdərili kişilərlə münasibətlərində də qaradərili olmalıdır.Bu cümlə tələbələrə sosioloji cəhətdən irqin necə formalaşdığını və irqçiliyin ağdərili olmağın norma olduğu cəmiyyətlərdə hansı mövqeni tutduğunu göstərir. Tələbələr Fanonun dəri rənginin onun şəxsiyyətindən uzaqlaşdırdığını, məhdudlaşdırdığı, dolayı yolla ağdərililərlə münasibətlərində qaradərili olmağın nöqsan hesab olunduğu cəmiyyətlərdəki bərabərsizliyin və ədalətsizliyin fərqinə vardılar. Onlar həm də irqçiliyin, qaradərililərin bədənlərinin özünə aid olmadığı mənasına gəldiyini, həmçinin özünə daimi olaraq ağdərili cəmiyyətin rakursundan baxmağın insan üçün necə yorucu olduğunu da başa düşürdülər.

“Sadəcə olaraq başqaları kimi normal kişi olmaq, hamımıza aid olan bu dünyaya gəlib bu dünyanı onlarla bir yerdə yenidən qurmaq istədim”. Tələbələr irqin formalaşdırdığı travmalara baxanda irqçiliyə məruz qalanların nəyəsə sahib olmalarına da maneə yaradıldığı və irqçiliyin ədalətsizliklə yanaşı istək, ümid və inkar etməylə bağlı olduğunu da başa düşürdülər. Yuxardakı cümlə tələbələrimin bəzi insanların bərabərliyini inkar edən insanlığa zidd intriqaların nə olduğunu anlamağına səbəb olmuşdu. Paralel olaraq onlar fərqinə varmışdılar ki, irqçilik əleyhinə hərəkatın və başqa qaradərili azadlıq hərəkatlarını ortaya çıxaran impuls insan kimi görünmək və fərqli insani təcrübələri göstərən şərtlərin daha düzgün anlaşılmağını təmin etməkdən ibarətdir.

Hiss etdikləri onların mütaliə təcrübələrinə olduqca müsbət təsir göstərmişdi. Təəssüf ki, qaradərili tələbələr Fanonun irqçilik haqqında danışmaq istədiklərini sezib öz yaşadıqları ilə əlaqələndirdiklərini, amma oxuyarkən təcrüblərinin individual olmadığını başa düşdüklərini dedilər. Hətta onlardan biri yazdı ki, “yalnız olmadığını bilmək yaxşı hiss etdirir”. Əksəriyyəti qadın cinsinə mənsub olan tələbələr bu hekayələrlə üzləşdiyini bildirdilər, hətta bir neçəsi sosial üstünlük hesab edilən “ağdərililiyin” onları özlərini günahkar hiss etməyə məcbur etdiyini qeyd etdi. Bu hekayələr sayəsində onlar baş düşdülər ki, çox şeyi bilmirlər və buna görə mənə xeyli təşəkkür etdilər. Tələbələrin bir çoxu bu cür birbaşa hekayələrdən bixəbər idilər. Fanon onlara çox güman ki, heç vaxt yaşamayacaqları dünyanın pəncərələrini açmışdı və beləliklə, ağdərili olduqları üçün normal halda müzakirə etmədikləri mövzu olan irqi şəxsiyyətlərinin fərd kimi formalaşmaqdakı rolu haqqında düşünməyə təşviq etdi.

Yaşanan müxtəlif təcrübələr auditoriyadakı müzakirələrdə də müşahidə oluna bilər. Ağdərili tələbələr dinlədikləri halda, auditoriyada azlıq təşkil edən ağdərili olmayanlar daha çox danışdılar. Onlardan bir çoxu öz təcrübələrindən və Fanonun hiss etdiklərini başa düşdüklərindən danışırdı, qalanı isə öz yaşadıqlarını danışmağı seçirdilər. Ağdərili tələbələr isə söz alıb suallar verir, mövzu üzərində fikir mübadiləsi aparır, qərar verə bilmədikləri problemləri isə növbəti müzakirələrə saxlayırdılar. Mənlik və başqası arasındakı əlaqə birmənalı deyil, lakin postmodernist diskursdakı nisbi və oynaq ekvivalent fərqliliklərdəki kimi də deyil. Fanon tələbələrin təcrübələri arasında körpü yaradaraq ağdərili üstünlüyünün onları necə mövqeləndirdiyinin fərqinə varmağa kömək etdi. Bununla bərabər o, həm də tələbələri öz daxili əlaqələri ilə üzləşməyə məcbur etdi. Fanonun fiziki təcrübələri araşdırmağı tələbələri öz bədənlərinin dünya üçün nə ifadə etdiyini və bədənlərinin içində necə hərəkət etdikləri barədə düşünməyə vadar etdi. Xüsəsən də qadınlar bədənlərinin dünya üçün nəyi təmsil etdiyini düşünməyə məcbur olaraq, qaradərililərin yaşadıqlarında oxşar izləri aşkarladılar. Dəri rənglərində fərq olduğunu qəbul etsələr də, bir çox qadın sözlü zorakılığa məruz qalmış və qaranlıq küçədə şübhəli biri tərəfindən güdülmüşdü.

Fanonu oxumaq həqiqətən vacib idimi? Həqiqətən dəyişiklik yarada bildimi? Təbii ki, sinifdəki mütaliə əsnasında, Kristina Vişer Brunsun da təsvir etdiyi kimi, emossional keçid (trans vəziyyətində) halında idik. Bruns  mütaliə zamanı “mənlik və dünya arasındakı sərhədlərin yenidən formalaşdığını və sərhədi aşmaq üçün daha həssas yolların qurulduğunu” iddia edirdi. Bu hallar əlbəttə ki, qısamüddətlidir. Davranış və münasibət dəyişikliyi baxımından daha uzunmüddətli təsirinin olub-olmadığını müəyyən etmək çətindir. Amma yenə də baş verənlərin əhəmiyyəti böyük idi: insanlara, onların həyatlarına təsir edən irqçilik haqqında səmimi və açıq şəkildə müzakirə apardıq, irqi təzyiqə və ayrıseçkiliyə qarşı həmrəy olduq.

Xeyr, irqçilik əleyhdarı ədəbiyyat siyahısı dünyanı dəyişdirməyəcək. Amma Frans Fanon kimi yazarları oxumaq (nə qədər keçici olmağından asılı olmayaraq) “Black Lives Matter” kimi hərəkatların tələb etdiyi  siyasətlərin formalaşmağını və uzunmüddətli uğur üçün bünövrə yaratmağını təmin edəcək balaca dünyaların qapısını aça bilər. Həm də fikrimcə, mütaliə dövr edən təsirə malikdir. Əgər Corc Floyd və onun kimilərin həyatı həqiqətən də dəyərlidirsə, onları tapıb qucaqlaya biləcəyimiz anlar tapmaq məcburiyyətindəyik.

Müəllif: Reyçel Busbridc

Tərcümə: Şahlar Ruhi

Mənbə: Düşünbil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir