Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Maarifçilik dövrünün 3 qadın filosofu – Benjamin Vinterhalter

1949-cu ildə nəşr olunan “İkinci cins” əsərində Simone de Bovuar “dünya hər zaman kişilərə aiddir” deyə yazmışdı. Eynisi, çox təəssüf ki, Qərb fəlsəfə nizamı və akademik fəlsəfə fakültələrinin strukturu baxımından bu gün üçün deyilə bilər. İnternetdəki siyahıların heç biri qadın düşüncə xadimlərinin Maarifçilik dövrünün orbitini müəyyən etməkdəki dərin təsirlərini tam olaraq göstərmir. Hələ nəzərə alsaq ki, bu cür siyahılar mənim kimi fəlsəfə məzunu olan kişilər tərəfindən yazılır. Lakin yenə də yazmaq üçün cəhd göstərməliyəm, çünki Qərb fəlsəfəsi və düşüncə tarixinin bu üç qadın olmadan əskik qalacağı düşüncəsindəyəm.

Anna Konvey (1631-1679)

Anna Konvey özünün “Müasir və Qədim fəlsəfənin prinsipləri” olduqca özünəmxəsus bir əsərdir və öz zəmanəsindən çox irəlidədir. Orjinalı latınca nəşr olunan və Konveyin Kartezian dualizmə qarşı xəyal qırıqlığını özündə əsk etdirən bu əsər zehin və bədəni bir-birindən ayırılmayacaq dərəcədə iç-içə keçmiş şəkildə təsvir edən metafizikanı təsvir edir. Onlar arasındakı fərqlilikləri addım-addım ortaya çıxarır. Önəmli bir instinada baxaq:

“Bəzi filosoflar düşüncələrin zehni substansiyalardan daha çox zehindəki vəziyyət və hadisələr olduğunu qeyd ediblər. Amma mən düşüncələrin özlərinə xas olduqlarını və özlərinə uyğun substansiyalar olduğunu iddia edirəm. Bu düşüncələr daxilimizdəki uşaqlardır və erkək, dişi olaraq iki yerə ayrılırlar – yəni onların bədənləri və ruhları vardır. Əgər düşüncələrimizin bədənləri olmasaydı, onları zehnimizdə tuta bilməz və haqlarında düşünə bilməzdik. Nə üçünmü? Çünki bütün düşüncə fəaliyyətləri müəyyən bir qaranlığa əsaslanır və bu qaranlıq isə bədəndir. Yaddaş da düşüncələrin ruhunu müdafiə etmək üçün bir bədənə ehtiyac duyur. Əks halda düşüncələr yox ola bilərlər. Eynilə bir əşyanın yeri dəyişdirildiyi zaman aynadakı əksinin ortadan yox olması kimi. Beləliklə, biz bir şeyi xatırladığımızda, əslində öz içimizdə ona kənardan baxankən bizə çatan ruhu, obrazı görürük. Bu görüntü, bu ruh beynimizin toxumu olan bir bədənin içərisində mühafizə edilməkdədir və bu, sanki mənəvi bir doğum kimi bizim daxilimizdəki mənəvi bir yaradılışdır. Beləliklə, hər ruhun özünə aid bir bədəni, hər bədənin də özünə aid bir ruhu vardır”.

Emili du Şatet (1706-1749)

Filosof Rut Hegengruberə görə, Şatet markizi Qabriel Emili Le Tonelye de Breteul “İncilin yenidən araşdırılması, Nyuton fizikasının yenidən yazılması, fəlsəfə və elm üçün yeni bir metod yaratmaqdan” daha da irəli getmişdi. 18 yaşında markizlə evləndirilən du Şatet riyaziyyat təhsili almış az saylı qadınlardan biri idi. Özünü fəlsəfə, riyaziyyat və elmi araşdırmalara həsr etmişdi. Sevgilisi Volter və Qottfrid Leibniz ilə fizika və təbiət fəlsəfəsi sahəsində müzakirələr aparmışdı. (Görünüşə görə, Volter Leibnizlə olan anlaşmazlıqlarında du Şatetdən Leinbizin tərəfini tutduğuna görə incik düşmüşdü).

Üç uşağına fizika təhsili vermək üçün fizika haqqındakı düşüncələrini cəmləşdirdiyi “Fizikanın təməlləri” adlı əsərini qələmə almışdı. Təməl fizikanın bir sıra məsələləri ilə yanaşı qismən Leinbizin fikirləri ilə oxşar olan kosmos, zaman və yaradılış kimi məsələlər ətrafında da güclü iddialar səsləndirmişdi.

“Əgər məkan, içərisində yer alan Bədənlər olmadan da var ola bilən varlıqdırsa, eynicinsli olan məkanda aralarındakı nizamı təmin etdikləri müddətcə hansı hissədə yer aldıqlarının bir əhəmiyyəti yoxdur: Tanrının kainatı başqa bir yerdə yox da, məhz bu anda olduğu yerdə yerləşdirməsinin yetərli səbəbi yoxdur. Nə də olsa, Kainatı on min fərsəx kənara da yerləşdirsə, şərqi qərb, qərbi də şərq etsə, hər şeyi bir-biri ilə yeni münasibətdə tutduğu müddətcə heç nə dəyişməyəcəkdir”

Du Şatetin fəlsəfi proqramı işləyir, Hagengruber du Şatet üçün “kişi, millətçi və fəlsəfi doqmaların tənqidi” və “elm və qadınlarla bağlı “nağıllar”a qarşı müşahidəçi təcrübəni mənimsəmişdir. Eyni zamanda fenomenlərin sadəcə bir ədəd təsadüfi şərtlər çoxluğu formalaşdırdığına və bunun da əlsində olanı təmsil etmək məcburiyyətinin olmadığına işarə edir”, deyə yazırdı.

Meri Volstonkraft (1759-1797)

Bəlkə də, Maarifçilik dövrünün ən tanınmış qadın filosofu Meri Volstonkraft, ictimai dəyişikləri, yəni Fransız inqilabını birbaşa təcrübə etmişdi. XVI Luinin edam edilməsində və Terror dövründə Fransada idi. Yakobinlər və onların qadınlara qarşı davranışları ilə (çox başa düşülən formada) xəyal qırıqlığına uğradığı zamanlar keçirmişdi. Mühafizəkarlığa dönmək bir yana, Volstonkraft heç bir zaman qadın və kişi arasındakı bərabərliyi hədəfləyən fəlsəfi baxışından kənara çıxmamışdı və aristokratiya, monarxiya və din hakimiyyətinə qarşı mövqeyindən əl çəkməmişdi. Volstonkraftın Edmund Börkün oturaq nizama yönəlik sərt müdafiəsinə yer verdiyi “Fransız inqilabına dair düşüncələr” adlı kitabını məşhur “Kişi hüquqlarının müdafiəsi” adlı məktubu ilə tənqid etmişdi. Bu məktubu birbaşa Börkün özünə ünvanlanmışdı:

“Qürurları şahə qalxan, əhalisi və ticarəti ilə öyünən bu böyük şəhərin künc-bucağında başıboş dilənçilər hər yerə hücum edərkən və saxtakarları cəsarətləndirməkdən nifrət edən adam qaşlarını çataraq yoxsulların şikayətlərini basdırarkən nə səfilliklər pusquya yatıb! Ticarətin və modanın dəyişilməsi ilə başlarından bəxtsizlikləri atmağı bacarmayan neçə neçə təmirçi öz işini itirir, xarakterlərini itirib başıboşluğa sürüklənir və öz əməyindən soyudulur! Bu pislikləri damğalayan, bütün mülkiyyət pozuntularından daha böyük olan, sizlərin isə görünüşdə rədd etdiyiniz o göz hardadır? Bunlar çarəsi olmayan pisliklərdirmi? Əgər cəmiyyət daha geniş bir planda idarə edilsəydi; insan insana olan sevgisini alçaq “ağa” ünvanına həbs etməyib insanın dostu olsaydı; əgər gözlərini zövqdən və zəriflikdən çəkə bilsəydi; içərisində yaşadığı dünyaya onun doldura biləcək qədər gözəlliyi verməyə çalışsaydı; insan təbiətinin həzz ala bildiyi bütün xoşbəxtlikləri ortaya saçmağa diqqət yetirsəydi; ala bildiyi bütün dualarla kasıb insanın qəlbi gözünü başqa dünyaya dikdiyi üçün yanılmış olurmu? İnsan hüquqlarına hörmət edib cəmiyyəti həqiqi xoşbəxtliyin və şərəfin bu olduğuna razı salan şəxs nə kasıblara zülm edərdi, nə də dar düşüncəli filosof olardı. O şəxs Tanrıdan qorxar və onun yaratdıqlarını sevərdi. İnsanın vəzifələrinin fərqinə varın! – Fərqli davranan vətəndaş müdrikdir!”

Tərcümə: Araz Əliyev

Mənbə: daily.jstor.org

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.