Şərhçi (İbn Rüşt) Filosofun (Aristotel) yanılmalarının hamısı inandlı şəkildə davam etdirmişdir. O, aləmin başlanğıcının olduğunu düşünənlərə Filosofun etdiyindən daha hərarətli şəkildə qarşı çıxmışdır. Həqiqətən də o, İlk Həqiqətə əsaslandığı üçün yanlış olması mümkün olmayan bizim inancımıza bu prinsiplərin doğru olmadığı açıq şəkildə dilə gətirərək hücum etmişdir. Buna görə də mübahisəsiz şəkildə ona Filosofdan daha çox etiraz olunmalıdır.
1. Filosofun yanılmalarını davam etdirməklə yanaşı Metafizika haqqında şərhinin ikinci və on birinci kitabında aydın şəkildə ifadə edildiyi kimi bir şeyin yoxdan var ediləcəyini və aləmin də yoxdan var edildiyini iddia edən müsəlmanların (saracens[1]) və Katolik xristianların inaclarını təhqir etməsindən dolayı da İbn Rüşdə etiraz olunması lazımlıdır. Bu cür ittihamları onun Fizika haqqında şərhində də tapmaq olar. Necə ki, o burada bəzi insanların öz şəriətlərinə əks olması səbəbi ilə “Heçlikdən heş bir şey var olmaz” prinsipini rədd etdiklərini dilə gətirir. Həqiqətən bundan daha pis şey onun alçaldıcı şəkildə ağıla qarşı hərəkət etdiyimizi və boş-boş danışdığımızı düşünərək kəlamçılara və bizə hücum etməsidir. Yenə o Fizika haqqında şərhinin səkkizinci kitabında şəriətləri təhqir etməkdə və mütləq yoxluqdan sonra şeylərin var olacağını iddia etdikləri üçün kəlamçıları “iradəçi” olaraq adlandırmaqdadır. O, bu iddianı iradənin heç bir səbəb olmadan öz istəyinə uyğun şəkildə davrandığını əsas alaraq deməkdədir. Haqqında danışılan kitabda o yaratma düşüncəsini müdafiə edən şəriətlərin əleyhinə oxşar iddiaları bir neçə dəfə də dilə gətirmişdir.
2. Yenə o, Metafizika haqqında şərh-in yeddinci kitabında heç bir qeyri-maddi varlığın dəyişməz olan səmavi cismin vasitəçiliyi olmadan maddi varlığa çevrilə bilməyəcəyini qeyd etməklə səhv etmişdir. Bundan ötrü heç bir mələk bu dünyadakı daşı belə hərəkət etdirə bilməz. Bu fikri Filosofun bu mövzudakı düşüncələrincən çıxırılmış olsa da, Filosof bu düşüncəni aydın şəkildə ifadə etməmişdir.
3. Yenə Şərhçi Metafizika haqqında şərhi-nin on ikinci kitabında bir şeyin var olmaq imkanının təkcə var edəndə (fail) olmadığını deməklə və yaratmaq imkanının yaradıcının qüdrətində olduğunu düşünən Xristian Conu (John Phioponus) sərt şəkildə tənqid etməklə yanılmışdır. Bu prinsip həqiqətə və Müqəddəslərin dilə gətirdiyi şeyə əksdir, çünki “Yaradılmış şeylər yaradıcının qüdrətindədir”(Avreli Avqustinə istinad, Episola 137/2)
4. Bununla yanaşı o, Metafizika kitabının on ikinci kitabına yazdığı şərhində “Müxtəlif və zidd hərəkətlər bir yaradıcıdan vasitəsiz şəkildə meyadan gələ bilməz” deyərək yanılmışdır. Dolayısı ilə o, bu prinsipi qəbul edən xristianlar, müsəlmanlar (saracens) və məqrib müsəlmanları (moors[2]) kimi üç şəriətin kəlamçılarını təhqir etmişdir.
5. Buna əlavə olaraq Şərhçi (İbn-Rüşd) Metafizika şərhinin on ikinci kitabında bütün əqli substansiyaların əzəli olduğunu və onların potensiallıq (red. hələ hərəkət halına keçməyən şey) qarışmadan sadəcə əməli şeylər olduğunu deməklə də yanılmışdır. Necə ki, o, Ruh haqqında şərhin üçüncü kitabında “İlk Sürət xaricində heç bir sürət (forma) potensiallıqdan kənar deyildir, çünki bütün digər formalar öz əsas və mahiyyətlərində fərqlidirlər” deməkdədir və aydın şəkildə özü ilə ziddiyyət təşkil etməkdədir.
6. Yenə o, Metafizika haqqında şərh-in on ikinci kitabında “Bu vəziyyət ilahi kəlam mövqeyindən nə mümkündür, nə də ki, ona yaxındır” deyərək Tanrının bu dünyadakı xüsusi varlıqlarla əlaqədar heç bir bilik və inaətinin olmadığını ifadə etməklə səhvə yol vermişdir.
7. Şərhçi (İbn Rüşd) yenə eyni əsərin on ikinci kitabına yazmış olduğu şərhdə bəzilərinin Tanrının üç olduğunu düşündüklərini və onların “Tanrı həm birdir, həm də üçdür” deyərək bu çıxılmaz vəziyyətdən xilas olmağa çalışdıqlarını dilə gətirir. Bununla birlikdə Şərhçi (İbn Rüşt) bu düşüncəni müdafiə edən şəxslərin substansiya çoxladığı zaman bir mənaya başqa bir məna yükləməklə ortaya çıxan tərkibdən necə xilas olacaqlarını bilmədiklərini qeyd edərək yanılmışdır. Onun fikrincə, tanrı həm üç həm də bir olarsa bu zaman Tanrı müərəkkəb varlıq olmuş olacaqdır ki, bu da axmaqlıdır.
8. Yenə o, xüsusi olanların sonsuz olmasından dolayı Tanrın xüsusi olanları bilmədiyini deyərək yanılmışdır. Bu düşüncə onun Filosofun əsərindəki “Ataların düşüncəsi” hissəsinə yazdığı şərhdə yer alır.
9. Yenə İbn Rüşd ay altı aləmdə ilahi inayətin hökmü altında meydana gələn hər şeyi inkar etdiyi üçün xətaya yol verib. Necə ki, o bir sıra şeylərin ilahi inayətdən müstəqil olaraq maddənin daxili müəyyənliyinin nəticəsi olaraq meydana gəldiyini iddia etməkdədir. Lakin İbn Rüşdün bu iddiası Müqəddəslərin təliminə ziddir. Çünki aləmdə meydana gələn heç bir şey ilahi inayətdən kənarda baş verməz. Çünki, aləmdə müşahidə etdiyimiz hər şey ya ilahi inayət ilə var olmuşdur, ya da ilahi inayətin icazəsi ilə baş vermişdir.
10. Yenə o Filosofun Ruh haqqındaəsərinə yazdığı şərhin üçüncü kitabında aydın şəkildə görüldüyü kimi ağılların say etibarilə tək olduğunu qeyd etməklə xətaya düşümüşdür.
11. Bədənin sürəti (formu) olmayan bu ağılın birliyindən/təkliyindən yola çıxan İbn Rüşd Ruh haqqında şərhin üçüncü kitabında “hərəkət” alayışının digər formlara və ağıla yönəldilərkən, çox mənalı şəkildə yönəldilməsinin lazım olduğu nəticəsinə gəlir. Bu izaha görə o, insanın əqli nəfsə sahib olmasından dolayı deyil də, hissi nəfsə sahib olmasından dolayı insan növünə aid olduğunu demək məcburiyyətində qalmışdır.
12. Bu prinsip onu, bədənin və əqli nəfsin üçüncü bir varlıq yaratmadığını və belə bir nəfsin bədənlə bir araya gəlməsinin səmavi kürələr ilə bunların hərəkət etdiricilərinin bir araya gəlməsi qədər mükəmməl birlik yaratmayacağını iddia etməyə sövq edir.
[1] Orta əsrlədə xristian olmayan hər kəs üçün istiafdə olunan anlayışdır. Lakin zaman ərzində Avroplıların müsəlmanlar üçün istifadə etdiyi söz halını almışdır.
[2] Orta əsrlərdə Əndəlüsdəki (İspaniya) müsəlmanlar üçün istifadə olunan anlayış.
Gilles of Roma, Errores philosophorum, p.42-47
Tərcümə: Araz Əliyev