Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

“Təbii əxlaq və gerçəklik haqqında” – Akvinalı Foma

Təbii əxlaq

İnsanlarda sonsuz qanuna bir əlavə olan təbii qanun vardır və bu qanunla yaxşını və pisi bir birindən ayırırlar.

İlahi inayətə aid olan bütün varlıqların sonsuz qanunun qaydalarına və ölçüsünə tabe olduqları  üçün hər kəsin bir şəkildə bu universal qanuna qatıldıqları açıqdır, belə ki: bu qanundan əldə etdikləri duyğu ilə fəaliyyətlərinin və məqsədlərinin meyllərini ortaya çıxarırlar. Əslində isə digər varlıqların arasında özü və digərləri üçün inayəti daha öncədən görərək, inayətə qatıldıqları müddətcə rasional varlıq ilahi inayətə daha mükəmməl bir formada tabe olur: buradan qanuni fəaliyyətə və məqsədə təbii bir meyilin olmasını təmin edən sonsuz ağılın öz içərisində olması nəticəsi çıxır. Rasional varlığın içərisindəki sonsuz qanuna bu cür qatılma təbii qanun olaraq adlandırılır. Məhz bu səbəbdən Müqəddəs kitabda “Ədalətin qurbanını verin” dediyi zaman ədalətin əsərlərinin nələr olduğunu soruşacaq şəxslər üçün bu cavabı hazırlamışdı. “Bir çoxları soruşur yaxşı olanı bizə kim göstərəcəkdir?” və bu suala belə cavab verir: “İlahi, üzünün nuru üzərimizə işlənib”. Bunun mənası budur: yaxşı olanla pis olanı bir-birindən ayırd etməyinizi təmin edən (təbii qanuna aid olan ayırdetmə) təbii ağılın işığı, ilahi ağılın üzərimizdə buraxdığı təsirdən başqa bir şey deyildir. Buradan təbii qanunun “rasional varlıq içərisində sonsuz qanuna qatılmaq”-dan başqa bir şey olmadığı nəticəsi çıxır. (XCI)

Mülkiyyətin təbiiliyi haqqında

Müqəddəs İsidor “Etimologiyalar”adlı kitabında “hər şeyin ortaq mülkiyyəti və ya eyni zamanda onlarına zad şəkildə istifadə edilməsi təbii haqdır” deyir. Amma bunun insani qanunlar tərəfindən dəyişdirildiyini görürük. Bu halda təbii qanun dəyişikliklərə boyun əymiş kimi görünür.

Bir şeyin təbii haqq olduğunu iki mənada demək olar: ilk olaraq “başqasına zərər verməməliyik” dediyimiz zamanlarda olduğu kimi təbiətin boyun əyməsi mənasında. Daha sonra təbiətin ziddiyyətə səbəb olmaması mənasında. Bu şəkildə “insan üçün çılpaq olmaq” faktının təbii haqq olduğunu deyə bilərik, çünki paltarı ona verən təbiət deyildir, insan incəsənəti paltarı yaratmışdır. Və bu mənadadır ki, “bütün məhsulların ortaq istifadəsi” təbii haqdır, çünki əslində mülkiyyətlər və xidmət arasındakı fərqlər təbiət tərəfindən deyil, insani həyatın yaxşılığı üçün insani dahilik vasitəsilə yaradılmışdır, buna rəğmən, bunda belə təbii qanun dəyişməmişdir. (XCIV)

Gerçəklik haqqında

A)Platon şeylərin mahiyyətinin maddələrindən ayrı olaraq öz özünə var olduqlarını irəli sürmüş  və bunlara “İdeyalar” adını vermişdi. Bu ideyaların iştirakı ilə zəkamızın hər şeyi bildiyini qeyd edirdi. Eyni şəkildə daş ideyasının iştirakı isə cismi maddə daş halına gəlir və beləliklə eyni ideyanın iştirakı ilə zəkamız daşın nə olduğu bilir. Ama Platonçuların “öz içərisində həyat”ın və “öz içində müdrikliy”in yaradıcı substansiya formaları olduğunu dedikləri zaman müdafiə etdikləri kimi Denysin “Noms divins”in XI bölümündə qeyd etdiyi kimi şeylərin mahiyyətlərinin maddəsiz olaraq öz özlərinə var olmaqları inanca əks görünür. Bu səbəblə Avgustin “83 sual” adlı kitabında Platonun ideyaları əvəzinə bütün varlıqların səbəblərinin ilahi ağılda var olduqlarını müdafiə edirdi. Bu səbəblərdən dolayı hər şey yaranmış və insan ruhu da hər şeyi bilməkdədir. O halda isnan ruhunun hər şeyi əbədi səbəbləri içərisində bilib bilməyəcəyi suruşulduğu zaman bir şeyin başqa bir şey içərisində iki mənada bilinə biləcəyi cavabını  vermək lazımdır. Bu mənada bir aynada görüntüləri bu aynada əks olunan şeylərin görünməsi kimi bu şey bilinən başqa bir şey içərisindədir. Bu anki həyat vəziyyətində ruh bütün şeyləri bu şəkildə əbədi səbəblərin içərisində görməz: amma Tanrını və hər şey öz içərisində görən övliyalar bu şəkildə hər şeyi əbədi səbəbləri içində bilirlər. Digər bir mənada bir şeyin, öz biliyinin prinsipləri içində olaraq, bir şeyin içində bilindiyi qeyd olunur: bu şəkildə günəşin içərisində günəş sayəsində hiss etdiyimiz şeyləri gördüyümüzü deyə bilərik: və bu mənada  insan ruhunun, öz qatılmaqları ilə hər şeyi bildiyimiz əbədi səbəblərin içərisində hər şeyi bildiyini demək gərəkdir. Əslində içimzidə olan zəkanın bu işığı belə içərisində əbədi səbəblərin olduğu yaradılmamış İşığa qatılmaq yolu ilə müəyyən bir bənzərlikdən başqa bir şey deyildir. “Hər şeyi biz ilahi İşığın izi ilə bilirik”

B) Yaxşılığın qovuşmağın yönəldiyi şeyi müəyyən etməsi kimi, Gerçək zəkanın yönəldiyi şeyi müəyyən edir, amma qovuşmağın məqsədinin qovuşulmaq istənən şeyin içində olmasına əks olaraq  zəkanın məqsədi zəkanın içindədir. Amma zəka qavradığı şeyə uyğun olduğu müddətcə gerçək zəkanın içində olduğundan, gerçəklik keyfiyyətinin zəkadan şeyə doğru keçməsi gərəklidir, elə ki, bu şey bir şəkildə zəkaya uyğun olaraq nizmlandığında gerçək olaraq adlandırılır. Məhz bu səbəbdən hərhansı bir şey əsaslandığı zəkaya görə nizamlandığı müddətcə mütləq bir şəkildə gerçək olaraq adlandırılır. Buradan insan incəsənətinin məhsulu olan şeylərin zəkamıza uyğun olaraq nizamlandıqları müddətcə gerçək olduqları nəticəsi çıxır: bir ev, memarın ağlındakı şəkilə oxşar olduğu zaman gerçək olaraq adlandırılır: bir nitq gerçək bir zəkanın göstərici olduğu zaman gerçək olaraq adlandırılır. Eyni şəkildə təbii şeylər ilahi zəkada olan formalara bənzər olduqlarında gerçək olaraq adlandırılırlar…O halda beləliklə gerçək ilk olaraq zəkanın içindədir, amma ikinci olaraq prinsipləri olaraq zəkaya bağlı olduqları müddətcə şeylərin içindədir.

Buna görə gerçəyin olduğu şey, müxtəlif formalarda bilinə bilər. Avgustin “De la vraie religion”(Gerçək din)  adlı kitabında: “gerçək, olanın göstərilməsini təmin edən şeydir”, deyir. Hilare gerçəyin bəlli olan və ya ortaya çıxan varlıq olduğunu qeyd edir. Bu tərfilər gerçək zəkanın içində olduğu müddətcə gerçəyə uyğundurlar.  Amma zəkaya görə nizamlanmış olduğu müddətcə şeyin gerçəyinə Avgustinin “Gerçək din” əsərində verdiyi tərif uyğundur: “gerçək hər şeyin öz psinsipi ilə olan ən yüksək bənzərliyidir. Bu bənzərliyin içərisində heç bir bənzəməzlik yoxdur.” Anselmin bir tərifi (Dialogue sur la verite): “Gerçək tək başına ağıl tərəfindən təyin edilən doğruluqdur”(çünki doğruluq prinsipə uyğunluqdur) və İbn Sinanın tərifi: “Hər şeyin gerçəyi özünə aid edildiyi şəkli ilə varlığın keyfiyyətidir”.

Əksərən verilən tərifə gəldikdə isə: “gerçək şeyin və zəkanın uyğunluğudur”, gerçək həm şeyə, həm də zəkaya tətbiq oluna bilər. (XVI)

Summa Theologica (1265-1269), sual XCI, mövzu 2, sual 

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.