Bir gün yuxudan oyanırsız və qan aparatına bağlı olduğunuzu görürsünüz. Həyati təhlükədə olan başqa bir adam məhz bu bağlantı sayəsində hələ də yaşayır. Lakin siz aparatdan ayrılmaq istəsəniz, bu adam yaşamaq imkanından məhrum olacaq. Onun tam sağalması üçünsə, sizin 9 ay aparata bağlı qalmağınıza ehtiyac var. Siz nə edərdiz? Bir insanın həyatda qalması üçün 9 ay aparata bağlı qalmağı gözə alardınız?
Bakı Fəlsəfə Akademiyası olaraq yeni video tərcümə və səsləndirmə layihəmizə davam edirik. Bu dəfə “Filosofix – düşüncə təcrübələri” seriyasını dilimizə tərcümə edir və səsləndiririk. “Skripkaçı” adlı səkkizinci videomuz artıq hazırdır.