Cümə axşamı, İyul 07, 2022

BLOG

Şirkətinizin niyə əxlaq filosofu olmalıdır ? – Alan Rusbridger

Hamımızın da bildiyi kimi su və yağ bir-birinə qarışmır.

Şekspir Kral Akademiyası neft sənayesinin ən böyük şirkətlərindən biri olan “British Petroleum” (BP) şirkətinin sponsorluq təklifini rədd edəndə neft sənayesi və teatrların bir-birinə qarışmadığını bir daha anladıq. Şekspir teatrı isə bir müddət sonra digər neft şirkəti “Shell” ilə də əlaqəsini kəsdi.

Teatrın şərəfinə adlandırıldığı Şekspirin bu məsələyə reaksiyasının nə olacağını təxmin eləmək çətindir, çünki Şekspir dramaturq, şair və aktyor olmaqla bərabər həm də istedadlı sahibkar idi. Mənfəət layihələrini təkmilləşdirməyə çalışır, varlı adamlara və şirkətlərə yardım təşkil edir, onlara sponsor tapırdı.

Yaxşı, bəs Şekspir pul alacağı adamı seçərdimi? Bu barədə məlumatımız yoxdur. Dram əsərləri bütün yaşlar üçün aktual olan əxlaq dilemmaları ilə məhşurdur. Amma milyonlarla millət, milyardlarla insanın həyatları üzərindəki dağıdıcı təsiri səbəbilə mövcudiyyəti təhdid edən iqlim probleminə verməli olduğu reaksiya Şekspirin heç vaxt düşünməyə ehtiyac duymadığı problem idi.

Bu sosio-bürokratik mövcudiyyət dövründə irəliləyə bilmək üçün idarəçilər anketlərinə yeni bacarıq əlavə etməlidirlər ki, bu da əxlaq filosofluğudur.

Dövrümüzdə əksər müəssisələr iqlim dəyişikləri də daxil olmaqla bir sıra irimiqyaslı və nüfuzlu faktorları nəzərə almaq məcburiyyətindədir. Artıq elə dövrdəyik ki, təkcə biznes dünyasının ənənəvi iqtisadi kriteriyalarını müqayisə etmək kifayət deyil. Bir şirkət müdiri və ya meneceri eyni zamanda şirkətinin dünya cəmiyyətinin müzakirə etdiyi sosial problemlərə münasibətinə görə də məsuliyyət daşıyır.

Fəlsəfə sahəsində çalışan hər hansı bir şəxsin sizə deyəcəyi o olacaq ki, əxlaq fəlsəfəsi zəhmət tələb etməyən həll yolları tapan sahə deyil. Bunu 2018-ci ildə Delta Hava Yollarının ABŞ Milli Silah Assosasiyası (NRA) ilə əlaqələrini kəsəndə baş verənlərə baxaraq da dəyərləndirə bilərsiniz.

Yarım-avtomatik silahların da istifadə edildiyi növbəti terror aktından sonra hər hansı bir avia-şirkətin NRA üzvlər üçün endirim etməyəcəyini açıqlamasından daha prinsipial mövqe nə ola bilərdi ki? Həqiqətən də təqdirəlayiq mövqe idi.

Ancaq hər şey o qədər də asan deyildi. Bu hadisədən 1 həftə sonra Georgia qubernatoru Delta Avia-şirkətinə tətbiq etdiyi yanacaq vergisi endirimini ləğv etdi. Bu hadisə “Delta”-nın səhmdarları arasında çaxnaşma yaratdı. Qubernator isə bir tvit ataraq mövqeyini açıqladı: “şirkətlər mühafizəkarlara hücum edə bilməzlər: Əgər hücum edirlərsə, adekvat cavab almayacaqlarını düşünməsinlər”. Ləğv edilən güzəştin dəyəri 40 milyon dollara yaxın idi. “Delta” bu hadisə nəticəsində öyrəndi ki, mövqeyə sahib olmaq heç də ucuz başa gəlmir.

Ortaq məxrəc varmı?

Əslində deyə bilərik ki, buradan çıxan nəticə sadədir; Şirkətimizi siyasətə qatmamalıyıq. Bu problemlərlə başqaları məşğul olsun, siz işinizdə olun. Qütbləşmənin getdikcə artdığı dünyada siz tərəfsizliyi seçin, yəni İsveçrə olun.

Amma “İsveçrə olmaq” getdikcə daha narahatedici hala gələn bu dünyada seçim deyil. Xüsusilə də biznes dünyasında…

“Qızıl orta” getdikcə yox olur. Bu gün siyasət və mədəniyyət çatışmalarında “qızıl orta” seçimi təqdim etmədən mübahisələr qütblərə itələnir. Hər hansı bir mövzu üzrə aparılan müzakirələr üzrə tərəfləri təmsil edənlərin gözündə ortada durmaq qarşı tərəfi tutmaq mənasına gəlir.

Bu reallığın siz və şirkətiniz üçün də aktual olduğuna inanmırsınızsa, aşağıdakı siyahıya nəzər yetirək:

Silahlar; LGBTQ+problemləri; vergi qaçaqmalçılığı; BREXİT; din; multikulturalizm; uşaq əməyinin istismarı; heyvan hüquqları; narkotik maddələr; qumar; alkoqollu içkilər və şəxsi həyat; seksuallıq; bərabər məvaciblər; ekoloji problemlər; kəskin piylənmə; hakimiyyətin təzyiqləri; #MənDƏ (#MeeToo) trendi; ifadə azadlığı; sosial təbəqələr; əlilliyin uşaqlara təsiri; Genetikası dəyişdirilmiş ərzaqlar; iqlim dəyişikliyi; içməli su problemi; abort; miqrasiya; eynicinsli evliliklər; evsizlik.

İnsanları işlə təmin elədiyimizi nəzərə alsaq, bu mövzuların ən azı bir neçəsinin işimizə təsir eləməyi qaçılmazdır. İşçilərinizdən bu mövzulardan ən azı birinin bu mövzulardan ən azı biriylə maraqlanmağı ehtimalı da kifayət qədər yüksəkdir.

Yeni əxlaqi ölçü

Bu yeni professional filosoflar dövrü digər dövrlərdən kəskin fərqlənir. Ənənəvi əxlaq filosoflarının dövr baxımından bəxti gətirmişdi, çünki vacib mövzularda uzun müddət və ətraflı düşünə bilirdilər; hətta bəzən düşünmə dövrü ömür boyu davam edirdi. Amma müasir dövrəki hər hansı bir menecerin və ya sahibkarın belə imkanı yoxdur. Qərar verməli olduğu anda heç bir menecerin və ya sahibkarın başına soyuq dəsmal qoyub öyrəndiklərini təkrarən reviziya etməyə vaxtı olmur. İctimaiyyətlə əlaqələr komandası başınızın üstünü kəsdirib sizdən cavab gözləyir.

Belə mövzularda hər hansı müxbirdən də təhrikedici suallar və ya mövqe eşidə bilərsiniz. Mövcud vəziyyətlə məşğul olan hər hansı təşkilat və hərəkat üzvləri və ya aktivistlər də sizə təzyiq göstərə bilər. Bu təzyiq Feyzbukda status və ya tvitterdə tvit şəkilində də ola bilər. Bəlkə də şirkətinizin sizin və ya müdirinizin mövqeyinin şirkət dəyərlərinə uyğun hərəkət eləmədiyini düşünən Z nəslindən olan hər hansı əməkdaşı tərəfindən qınağa məruz qala bilərsiniz. Ya da məşhur biri tərəfindən… Şekspir Kral Akademiyasının BP ilə razılaşmasını ictimaiyyətə açıq müraciət formasında ləğv etməyinin səbəbi, İngiltərənin ən məşhur və sevimli aktyorlarından olan Ser Mark Raylansın istefa verməyi ilə başlayan proseslər olmuşdu.

Yeni Menecer Tipi

Şəxsən mən hər hansı idarəçinin bacarıqlarına fəlsəfi düşüncənin əlavə edilməyinin kifayət edəcəyinə inanmıram. Maliyyə direktorları, Satış Şöbə Müdirləri, İstehsalat işləri üzrə direktorlar var. Bəs sizcə şirkətlərdə Əxlaq Fəlsəfəsi üzrə Direktor, yəni əxlaq filosofunu yüksək səviyyəli menecer kimi fəaliyyət göstərməyinə necə münasibət bəsləyərdiniz?

Məsələn, işi şirkəti dövründən irəliyə daşımaq, strateji düşünərək gələcəkdə şirkətin qarşılaşa biləcəyi problemlərə çıxış yolu tapmaq, şirkətə ictimai mövqe qazandırıb bu mövqeyi müdafiə eləmək üçün arqumentləri toplayıb uyğun zamanda səsləndirmək və ya PR menecerinə təqdim etmək, şirkətin xitab elədiyi çevrələrə və ya icmalara yönlənmiş missiya bəyanlarını və niyyətlərini əks olunmasını təmin eləmək olardı.

Rəqəmsal dünyanın davamlılığı bölən qələbəliyi içində keçən 20 illik qəzet redaktorluğum boyunca, redaktorluq təcrübəsi olmayan ancaq şəxsi həyatın məhrəmliyi, təhlükəsizlik, din, güc və ifadə azadlığının sərhədliyi və ya informasiya haqqında dərininə düçünən birindən məsləhət almağa nə qədər ehtiyac duyduğumu bir mən bilirəm. Hər hansı redaktorun jurnalistikadan daha çox əxlaqi qərarlar almağa məcbur olmadığı gün olmur. Bununla bərabər bu sahəylə məşğul olan, bunun təhsilini alanlarla əməkdaşlıq edən informasiya agentlikləri də kifayət qədər azdır. Ehtiyacım olan vəziyyətlərdə koorporativ filosoflara zəng edib məsləhət ala bilsəm, nələr etməzdim ki?!

Şekspirin “Hamlet” əsərində dediyi kimi, “vicdan bizi belə qorxaqlaşdırır”. Qorxaqlıq biznes dünyasındakı liderin xüsusiyyəti ola bilməz. Vicdanla yaxınlaşmalı olduğumuz mövzularda mümkün qədər çox arqumentlə özümüzü silahlandırmaq “olsa yaxşı olar”-dan daha əhəmiyyətli olmalıdır, çünki bu bizə özümüzü və şirkətimizi daha yaxşı tanıtmaq, strateji mövqeyimizi daha ehtiyyatlı və təhlükəsiz tərzdə çatdırmaq imkanı verir.

Mənbə: Dusunbil.com

Tərcümə: Şahlar Ruhi

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.