Gündəlik həyatda ünsiyyət qurduğumuz insanları həqiqətən anlayırıqmı? Birinin “dovşan” dedikdə əslində nəyi nəzərdə tutduğunu bilirikmi? Sözlərə mənim yüklədiyim məna sizinki ilə eynidirmi?
Bakı Fəlsəfə Akademiyası olaraq yeni video tərcümə və səsləndirmə layihəmizə davam edirik. Bu dəfə “Filosofix – düşüncə təcrübələri” seriyasını dilimizə tərcümə edir və səsləndiririk. “Qavaqai” adlı altıncı videomuz artıq hazırdır.