Cümə axşamı, İyul 07, 2022

KİTABXANA

Pyer Lasser: Nitsşe və Musiqi

“Nitsşe və Musiqi” Bakı Fəlsəfə Akademiyasının ilk kitabıdır. Könül istərdi ki, kitabı nəşr edib, təqdimat keçirib, oxucularla birgə müzakirə edək. Ancaq 2020-ci ilin məlum hadisələrini nəzərə aldığımızda ilk kitabımızı elektron formada təqdim etmək qərarına gəldik. Xatırladaq ki, nəinki “Nitsşe və Musiqi” kitabını, Türk dilindən Azərbaycan dilinə tərcümə edilən kitabların böyük əksəriyyətini təmənnasız və elektron formada yayımlayacağıq.
Kitab Bakı Dövlət Universitetinin fəlsəfə ixtisasi üzrə magistratura təhsili alan iki xanım tərəfindən heç bir qarşılıq güdülmədən, təmənnasız Türk dilindən tərcümə edilib. Adlarının qeyd edilməsini istəmədikləri üçün tərcüməçinin adını şərti olaraq “Türkay Şəms” kimi qeyd etdik. Kitab fransız dilindən tərcümə ediləndə “Nitsşenin musiqi haqqındakı fikirləri” deyə ifadə olunur. Ancaq biz kitabın adının “Nitsşe və Musiqi” olaraq verilməsinin daha məqsədəuyğun olacağını düşündük. Həmçinin bir sıra termin və adların açıqlamalarını dipnot vasitəsi ilə göstərdik.

Tərcüməçi: Türkay Şəms
Redaktor: Araz Əliyev
Korrektor: Şahlar Ruhi
Dizayn və tərtibat: QR
139 səh.

Kitabı yüklə: Pyer Lasser: Nitsşe və Musiqi

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.