Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

“Pozitivist baxış və daxili müşahidənin tənqidi” – Ogüst Kont

Pozitivist baxış

Başqa bir terminin olmaması səbəbi ilə çox müxtəlif mənalarda yanlış olaraq istifadə edilən fəlsəfə teminini istifadə etmək məcburiyyə-tində qalmaqdan təəssüflənirəm. Amma pozitiv sifəti mənə – ki, mən ondan istifadə edərək fəlsəfənin mənasını dəyişdirirəm – ən azından bu sifətin dəyərini bilən şəxslərdə hər cür şübhəni aradan qaldırmaq üçün yetərli görünür. O halda fəlsəfə sözünü əvvəlkilərin və xüsusilə də insan baxışlarının ümumi bir sistemi olaraq görən Aristotelin verdiyi mənada istifadə etdiyimi bildirmək istəyirəm: və pozitiv sözünü əlavə etməklə hansı fikirlər səviyyəsində olursa olsun anlayışları göz önünə gətirmək olan bu xüsusi formada fəlsəfə ilə məşğul olmağı müşahidə edilən hadisələrin əlaqələndirilməsi kimi gördüyümü elan edirəm. Bu cür fəlsəfə ilk olaraq teolojik, daha sonra metafizik olan fəlsəfənin üçüncü və sonuncu mərhələsidir.

Şübhəsiz mənim pozitiv fəlsəfəmlə İngilislərin, xüsusilə də Nyutondan etibarən, təbii (təbiət) fəlsəfədən anladıqları arasında çoxlu bənzərliklər vardır. Amma nə təbii fəlsəfə termini, nə də daha çox konkret ola biləcək elmlər fəlsəfəsi terminini istifadə edə bilmərəm, çünki bunların hər ikisi hər növ hadisəni öz içərisinə ala bilməməkdədir, buna əks olaraq isə içərisində sosial hadisələrin olduğu kimi digər bütün hadisələrin də araşdırılması yer alan pozitiv fəlsəfə haqqında insan beyninin işləyə biləcəyi bütün mövzulara tətbiq oluna biləcək tək bir forma düşünməyi qeyd edir. Ayrıca da təbii fəlsəfə termini İngiltərədə ən əhatəli xüsusiyyətlərinə qədər müşahidəyə əsalanan müxtəlif elmlərin hamısını ifadə etmək üçün istifadə edilməkdədir: pozitiv elmlərlə müqayisə edildiyində pozitiv fəlsəfəni, mən sadəcə olaraq bir metoda bağlı, araşdırmaların ümumi planının müxtəlif hissələrini yaradan kimi nəzərdən keçirilən müxtəlif elmlərin ümumiliklərinin araşdırılması olaraq anlayıram…

Ən sadə forması ilə ilk vaxtdan bu günə gələnə qədər insan zəkasının müxtəlif fəaliyyət sahələri içərisində ümumi inkişafının araşdırılması yolu ilə, bu inkişafın dəyişməz gərəkliliklə bağlı olduğunu və istər öz nizamlamamamızın biliyinin təmin etdiyi rasional dəlillər haqqında olsun, istərsə də keçmişin diqqətli araşdırılmasından əldə edilən tarixi sübutlar haqqında olsun bunların üzərinə sağlam şəkildə yerləşə bildiyini zənn etdiyim böyük, təməl bir qanunu tapdığımı düşünürəm. Bu qanun, təməl baxışlarımızın hər biri, biliklərimizin hər istiqaməti bir-birindən fərqli üç nəzəri mərhələni sıra ilə keçdiyini müəyyən etməkdədir: teoloji, yaxud da dini mərhələ, metafizik, yaxud da mücərrəd mərhələ, elmi və yaxud da pozitiv mərhələ. Digər bir ifadə ilə, təbiəti nəticəsində insan beyni quruluşları tamamilə fərqli və hətta bir-birinə kökdən zidd olan  üç fəlsəfə metodunu, araşdırmalarının hər birində bir-birini izləyəcək şəkildə istifadə etmişdir: əvvəlcə teolojik metod, sonra metafizik metod, nəhayət ən sonda pozitiv metod. Buradan da hadisələrin bütünlüyü haqqında bir-birini kənarlaşdıran üç növ fəlsəfə və ya ümumi sistemlər ortaya çıxmışdır: birincisi insan zəkasının məcburi çıxış nöqtəsidir: üçüncüsü bu zəkanın yekun və dəqiq mərhələsidir: ikinci isə sadəcə keçid xarakterinə malikdir.

Teoloji mərhələdə araşdırmalarını təməl olaraq varlıqların quruluşuna, özünə təsir göstərən bütün hadisələrin ilk və yekun səbəblərinə, yəni mütləq biliklərə istiqamətləndirən insan zəkası fövqəltəbii qüvvələrin özbaşına müdaxiləsinin kainatda görünən anormallıqları izah etdiyini və az çox saydakı bu güclərin davamlı və birbaşa təsiri ilə hadisələrin baş verdiyini qəbul etmişdir.

Təməlində teoloji mərhələnin fərqli forması olan metafizik mərhələdə fövqəltəbii qüvvələrin yerini mücərrəd güclər və dünyanın müxtəlif varlıqlarının bağlı olduğu və özlərindən müşahidə olunan bütün hadisələrin əhatə edə biləcək kimi qəbul edilən gerçək bütövlüklər (şəxsləşdirilmiş mücərrədləşdirmələr) almışdır. Müşahidə olunan hadisələrin izah edilməsi isə, hər bir hadisənin aid olduğu bütövlüyün müəyyən edilməsi yolu ilə olmaqdadır.

Son olaraq pozitiv mərhələdə mütləq anlayışların əldə edilməsinin mümkünsüzlüyünü başa düşə insan zəkası kainatın mənşəyini və məqsədini araşdırmaqdan və hadisələrin yekun səbəblərini öyrənməkdən əl çəkərək ağıla əsaslanmanın və müşahidənin ən yaxşı şəkildə birləşdirilməsi yolu ilə hadisələrin sadəcə konkret qanunlarını, yəni onların ard-arda gəlmələrinin və bənzərliklərinin dəyişməz şərtlərini tapmağa yönəlmişdir. Hadisələrin izah edilməsi bundan sonra müxtəlif xüsusi hadisələr ilə ümumi bəzi faktlar arasında yaradılmış əlaqədir. Elmin kəşfləri bu ümumi faktların sayını azlatmağa istiqamətlənmişdir.

Teoloji sistem xüsusi bir varlığın gözlənilməz davranışını: ibtidai olaraq xəyal edilmiş çoxsaylı müqəddəsliklərin qarışıq bir oyunu olaraq gördüyü zaman ən mükəmməl formasına çatmış olacaqdır. Eyni şəkildə metafizik sistemin yekun nöqtəsi növbənöv xüsusi bütövlüklər əvəzinə bütün hadislərin tək qaynağı kimi görülən təbiəti tək böyük bütövlük olaraq nəzərdən keçirməkdən ibarətdir. Oxşar olaraq insan ağlının heç bir zaman çata bilməyəcəyi böyük bir ehtimal olmasına rəğmən davamlı ollaraq istiqamətləndiyi şey olan pozitiv sistemin mükəmməlliyi müşahidə oluna bilən bütün hadisləri ümumi bir faktın xüsusi vəziyyətləri olaraq nəzərdən keçirə bilməsidir: məsələn cazibə qüvvəsi kimi.

 

Özünüdərkin tənqidi

Heç bir formada bu gün faydasızca canlandırılmaq istənən nə intellektual orqanlarımızın fizioloji araşdırılmasını, nə də fərqli elmi araşdırmalarımızı istiqamətləndirən rasional proseslərin müşahidəsini hesaba qatmadan, insan beynini müşahidə etmək yolu ilə, yəni səbəbləri və nəticələri mücərrədləşdirərək onun təməl şərtlərini tapdığını iddia edən teologiyasnın son fərqli forması olan bu aldadıcı psixologiya üçün heç bir yer olmadığını görürük. Pozitiv fəlsəfə onun fövqəladə inkişafına yad qalan beyinlər üzərində belə o qədər böyük təsir imkanı qazandı ki, zəkamızın quruluşunu araşdıran metafizikçilər psevdo elmlərin çöküşünü, ancaq öz nəzəriyyələrini da hadisələrin müşahidəsinə əsaslanırmış kimi təqdim edərək yavaşlatmağı ümid etmək məcburiyyətində qalmışlardır. Bu məqsədlə son zamanlarda çox xüsusi bir hiyləgərliklə bərbər önəmə malik olan iki fərqli müşahidəni bir-birindən ayırmağı planlaşdırblar. Bu müşahidələrdən biri sadəcə xarici, digəri isə sadəcə intellektual hadisələrin araşdırlmasına ayrılmış daxili müşahidədir. İnsan beyninin özünü birbaşa bu psevdo müşahidənin saf bir yanılma olduğunu şübut edən təməl düşüncəni qeyd etməklə kifayətlənəcəyəm… İnsan beyninin qarşısı alınmaz bir gərəkliliklə özündə olanların xaricindəki bütün hadisələri birbaşa müşahidə edə bilməsi diqqət çəkicidir. Öz daxilindəki hadisələri müşahidə edə bilməz, çünki bu müşahidə kim tərəfindən aparılacaqdır? Əxlaqi hadisələrlə əlaqədar olaraq insanın onu fəaliyyətə sürükləyən ehtirasların əlaqəsi içərisində özü özünü maşahidə edə biləcəyi və anatomik səbəblərlə ehtirasların yarandığı orqanların müşahidə edən orqanlardan fərli olduğu irəli sürülmüşdü. Hər kəs bu cür təyin etmələri öz üzərində həyata keçirmə imkanına çatsa belə  bu təyin etmələrin heç bir zaman böyük elmi önəmi olamayacaqdır və ehtirasları öyrənməyin ən yaxşı yolu onları hər zaman xaricdən müşahidə etməkdir, çünki haqqında çox danışılan ehtiras vəziyyəti araşdırılması ən təməl olanı, müşahdə vəziyyəti ilə məcburi olaraq bərbərləşmir. Amma yarandıqları əsnada intellektual hadisələri eyni şəkildə müşahidə etməyə gəldikdə isə açıq şəkildə mümkünsüzlük vardır. Düşünən fərd ikiyə bölünə bilməz. Bir tərəfdi ilə düşünərkən, digər tərəfi ilə də düşündüyünə baxa bilməz. Bu hadisədə müşahidə edən orqanla müşahidə edən orqan eyni olduğundan müşahidə neçə gerçəkləşəcəkdir?  O halda bu psevdo psixoloji metod şərtləri və əsası etibarilə sıfırdır.

Cours de Philosophie Positive (Pozitiv Fələfə Dərsləri),1830.

Tərcümə: Araz Əliyev

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.