“90 dəqiqədə Şopenhauer” Bakı Fəlsəfə Akademiyasının sayca yeddinci tərcümə kitabıdır. “Hər kəs üçün fəlsəfə” ideyasına sadiq qalaraq daha çox oxucunu fəlsəfə ilə tanış etmək, dilimizdəki mənbə məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə kitabı oxucularımıza təmənnasız elektron formada təqdim edirik.
Kitab Bakı Dövlət Universitetini fəlsəfə tarixi ixtisası üzrə doktorantı Araz Əliyev tərəfindən heç bir qarşılıq güdülmədən, təmənnasız olaraq tərcümə edilmişdir. Kitabın tərcümə prosesi ilk öncə rus və türk dillərindəki nəşrləri üzərində başlanılmışdır. Lakin daha sonra bu nəşrlərdəki çatışmazlıq və xətalar nəzərə alınaraq kitabın orjinal ingilis dilli nəşri əldə olunmuş, kitab orjinal formaya uyğun yenidən tərcümə və korrektə edilmişdir
Bakı Fəlsəfə Akademiyası olaraq ənənəmizə uyğun olaraq türk dilindən Azərbaycan dilinə tərcümə edilən kitabların böyük əksəriyyətini, həmçinin digər dillərdən qarşılıqsız tərcümə edilən kitabları təmənnasız və ya elektron formada yayımlayacağıq.
Tərcüməçi: Araz Əliyev
Redaktor: Qoşqar Abbas
Korrektor: Aqşin Aşırov
Dizayn və tərtibat: QR
59 səhifə
Kitabı yüklə – Pol Stratern: 90 Dəqiqədə Şopenhauer