Çərşənbə axşamı, Sentyabr 27, 2022

KİTABXANA

Pol Stratern: 90 dəqiqədə Platon

“90 dəqiqədə Platon” Bakı Fəlsəfə Akademiyasının sayca üçüncü kitabıdır. “Hər kəs üçün fəlsəfə” ideyasına sadiq qalaraq daha çox oxucunu fəlsəfə ilə tanış etmək, dilimizdəki mənbə məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə kitabı oxucularımıza təmənnasız elektron formada təqdim edirik.

Kitab Bakı Dövlət Universitetini fəlsəfə tarixi ixtisası üzrə doktorantı Araz Əliyev tərəfindən heç bir qarşılıq güdülmədən, təmənnasız olaraq tərcümə edilmişdir. Kitabın tərcümə prosesi ilk öncə türk dilindəki nəşri üzərində başlanılmışdır. Lakin daha sonra bu nəşrdəki çatışmazlıq və xətalar nəzərə alınaraq rus dilindəki nəşrinə müraciət olunmuşdur. Ən sonda isə kitabın orjinal ingilis dilli nəşri əldə olunmuş, kitab orjinal formaya uyğun yenidən tərcümə və korrektə edilmişdir.

Bakı Fəlsəfə Akademiyası olaraq türk dilindən Azərbaycan dilinə tərcümə edilən kitabların böyük əksəriyyətini, həmçinin digər dillərdən qarşılıqsız tərcümə edilən kitabları təmənnasız və ya elektron formada yayımlayacağıq.

Tərcüməçi: Araz Əliyev

Redaktor: Qoşqar Abbas

Korrektor: Aqşin Aşırov

Dizayn və tərtibat: QR

44 səh.

Kitabı yüklə: Pol Stratern: 90 dəqiqədə Platon

Please follow and like us: