Cümə, May 20, 2022

KİTABXANA

Pol Stratern: 90 Dəqiqədə Konfutsi

“90 dəqiqədə Konfutsi” Bakı Fəlsəfə Akademiyasının sayca beşinci kitabıdır. “Hər kəs üçün fəlsəfə” ideyasına sadiq qalaraq daha çox oxucunu fəlsəfə ilə tanış etmək, dilimizdəki mənbə məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə kitabı oxucularımıza təmənnasız olaraq elektron formada təqdim edirik.

Kitab Bakı Dövlət Universitetinin fəlsəfə tarixi ixtisası üzrə doktorantı Araz Əliyev tərəfindən heç bir qarşılıq güdülmədən, təmənnasız olaraq tərcümə edilmişdir.

Kitabın tərcümə prosesi rus və orijinal ingilis dilli nəşrləri əsasında həyata keçirilmiş və korrektə edilmişdir. Tərcümə əsnasında kitabın bədii xüsusiyyətləri, o cümlədən müəllifin yazı üslubu və dili qorunmuş, tərəfimizdən bəzi mübahisəli ifadələrin izahı ayrıca mötərizə içərisində verilmişdir.Bakı Fəlsəfə Akademiyası olaraq türk dilindən Azərbaycan dilinə tərcümə edilən kitabların böyük əksəriyyətini, həmçinin digər dillərdən qarşılıqsız tərcümə edilən kitabları təmənnasız və ya elektron formada yayımlayacağıq.

Tərcüməçi: Araz Əliyev

Redaktor: Qoşqar Abbas

Korrektor: Aqşin Aşırov

Dizayn və tərtibat: QR

53 səhifə

Kitabı yüklə – Pol Stratern: 90 Dəqiqədə Konfutsi

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.