Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

Peter Sloterdijk: “İnsan və maşın bir gün tək vücudda birləşəcək”

Təhsil müəssisələrində öyrədilən biliklərin paylaşılmağa və izah etməyə dəyər olub olmadığından heç vaxt əmin ola bilmərik. Və “cloud” sisteminin istifadəçiləri də cloud içərisindəki məlumatların uydurma olub olmadığından əmin ola bilməz. Bu vəziyyət əslində modern və post-modern şərtlərinin nəticəsidir.

Sturukturlaşmış və sturuktural olmayan bilik arasındakı fərq sürətli olaraq dəyişilir.

Siz illərdir insan növünün “texnoloji protezlər” ilə həddindən artıq uyğun hala gəlməsinin nəticəsində, artıq yeni forma növünün, “antropo-texnologiyanın” var olduğunu qeyd edirsiniz. Bu yeni varlıqda insan və maşın bir birinə bilik ilə bağlanmış və tək bir bütöv hala gəlir. Sizin işlətdiyiniz “antropo-texnologiya” anlayışının, Ray Kurzveilin  “singulyarlıq” anlayışındakı “gələcəyə yönəlik” və süni zəka ilə əlaqəli hissələri ilə bənzər olan və bu hissələrdən ayrılan yollar nələrdir? Kurzveil keçmişə sadəcə epistemiolojik bir fasilə verilmədiyini, eyni zamanda şüurdan kənarda, varlığın və biologiyanın da digər tərəfinə keçən yeni bir təkamül sahəsinə keçdiyimizi qeyd edir.

“Antropo-texnologiya” anlayışı Homo Sapiens növünün mövcud psixo-fiziki və sosial strukturunu önəmli dərəcədə avtogenetik təsirlərə bağlı olduğu hipotezinə əsaslanır. Bu baxımdan “avtogenetik” termini “aktor üzərindəki fəaliyyətlərin inkası ilə ortaya çıxan”  mənasını verir. İnsan, xüsusilə “yüksək inkişaf etmiş mədəniyətlərə adi olan” insan; özünü “özünün ev heyvanı” vəziyyətinə gətirən bir heyvandır. Təkamül, təbii bir ətraf mühitə uyğunlaşmaq mənasını verərkən; “əhilləşmə” süni olana adaptasiya olmaq mənasına da gəlir. Əxlaq və mədəni nəzəri terminlərlə, “Mədəniyyətlər” adlandırdığımız şeylər bioloji antropologiyanın (insan və heyvan ayrılığını aparan) perspektivindən baxıldığında uzun bir avto-əhilləşdirmə ardıcıllığının nəticəsidir.

On minlərlə il əvvəl, Yunan müdrikliyi “özünü dərk et” devizini doğrularla qarşılaşmaqdan daha üstün bir dəyər olaraq görməmişdən qabaq, nənələr, qəbilə rəisləri və cadügərlər öz növlərinin həyatlarına fərqli bir deviz gətirmişdilər: “özünü əhilləşdir”. Bu deviz daha sonra “təhsil” olaraq inkişaf etmişdi. Yunancada “paideya”,  latıncada “humanitas”, sanskritcədə “vinaya”, çincə “venhua” və almanca “bildung”. “Antropo-texnologiya” termini insanların “insanları əhilləşdirməyə” çox əvvəlki dönəmlərdə başladığına və bunu müəyyən bir gələcəyi qorumaq üçün etdiyinə işarə etməkdədir. “Antropo-texnologiya” öncəliklə insanın “heyvanın saf təbiətindən” şüursuz şəkildə ayrıldığını qeyd edir. Beləliklə də, onun sadəcə “simvolik növlərin”  bir üzvü, “vərdişlər qazana bilən bir heyvan” və ya sadəcə “mifik hekayələrdəki bir heyvan” deyil, eyni zamanda “texniki bir varlıq” halına gəlmiş olduğunu da qeyd edir. İkinci olaraq da bu termin ağılın, təhsilin formaları vasitəsilə, bəlkə də genetik instinktlərlə və kimyəvi modifikasiyalar vasitəsilə şüurlu bir “özü özünü formalaşdırma” ehtimalı olduğuna işarə edir.

“Antropo-texnologiya” anlayışı insanlığın minlərlə mədəni özəlləşməsini və özü özünü yaratmasını  izah edir. Bu termin tərcrübi, plüralist və bərabərçidir. Çünki insanlığın yaddaş ehtiyyatına mirasçı olan bütün fərdlərin özünü aşmaqda azad olduğunu ifadə edir.

Bunun əksinə Ray Kurzveilin “singulyarlıq” düşüncəsi futurist, tək tip və elitist ünsürlər ehtiva edir. Məntiqi və ritorik planı baxımından “əvəzsizlik” bütün insanları inteqrasiya etmək mənasına gəlsə də, yalnız kiçik və istisnai bir “insandan kənar fərd qrupu”nu əhatə edəcəyi açıqdır. “Əvəzsizlik” düşüncəsinin məntiqi və ritorik planına əsasən insanlığın hamısı ilə bütünləşməsi gərəklidir, ancaq bu anlayış sadəcə istisnai xüsusiyyətlər daşıyan çox kiçik bir qrupu əhatə edə bilir.

Soyuq müharibə “buludların müharibəsi” olaraq geri qayıdır.

Kurzveil, zehnimizi “bulud” ilə genişləndirməyin və “buludu” zehnimiz ilə genişləndirməyin daha fərqli çeşidlilik və daha az tək yönlülük yaradacağını müdafiə edir. Çünki ona görə, xəyal gücümüzü genişləndirmək və şəxsiyətimizi inkişaf etdirmək üçün demək olar ki, sonsuz biliyə çata biləcəyik. Bu düşüncə tərzi ilə razısınızmı?

“Bulud” haqqında danışarkən Kurzveil özünü ənənəvi fəlsəfə tərəfindən əvvəlcədən formalaşdırılmış bir sahəyə yerləşir. Hegel, “obyektiv ruh” anlayışı ilə “bulud”-un ilk rəsmi ifadəsini bu formada vermişdir: Bunlar “qurumlara” çevirilən və konkretləşən ruhun ifadələrindən təşkil olunur. Qurumlar isə gələcək nəsillərə göndərilən mədəni dövr programlarıdır.

“Ruh” və “qurum” anlayışlarını “bulud” anlayışına qədər inkişaf etdirmək çox çətin olmamalıdır. Sürüşkən qurumlar olan “buludlar”, ötürməyə dəyər və ötürəbilən keçmiş təcrübələri, bilikləri daha sonra tələb edənlər üçün əlaçatan edir. Bir “bulud” ilə “təhsil müəssisəsi” arasındakı fərq avto-didaktik (və ya avtomatik əhilləşdirmə) faktorlar artdığında bəlli olmaqdadır. Buna qarşılıq olaraq təhsil müəssiələri rəsmi qurumların prototipləri olaraq, təməldə hetero-didaktik (avtoritar) və formal olaraq mühafizəkardır (hetero-əhilləşdirmə).

Həm buludların, həm də məktəblərin ortaq nöqtəsi odur ki, hər ikisi “uydurma və mənasızlıq” ilə mübarizə aparır. Təhsil müəssisələrində öyrədilən biliklərin paylaşılmağa və izah etməyə dəyər olub olmadığından heç vaxt əmin ola bilmərik. Və “cloud” sisteminin istifadəçiləri də cloud içərisindəki məlumatların uydurma olub olmadığından əmin ola bilməz. Bu vəziyyət əslində modern və post-modern şərtlərin nəticəsidir. Sturukturlaşmış və sturuktural olmayan bilik arasındakı fərq sürətli olaraq dəyişilir.

Bu baxımdan “bulud” metaforasını gerçək mənası ilə nəzərdən keçirməliyik: “Buludlar açıq göy üzünü qapadır”. İnsana aid olan hər sahənin “dünyəvi bilik” ilə əhatələnməsi, “obyektiv ruhun” fərqli yollarla davam etdirilməsidir və bu gün bunlar dijital vasitələrlə gerçəkləşdirilir.

XIX əsrdə “obyektiv ruhun” bir ideologiyaya və təbliğat vasitəsinə çevrilə biləcəyi çoxdan ortaya çıxmışdı. XX əsrin ilk hissəsi tamamilə “dijital olmayan ideoloji buludlar” arasında mübarizə ilə keçdi. XX əsrin ikinci hissəsi ilə “ideoloji buludların mübarizəsi”nə qarşı atəşkəs forması olaraq Soyuq müharibə ilə keçdi. XXI əsrə aid olan “hiper bulud”un  XX əsrin özünəməxsus örnəklərindən birini təşkil edən “strukturlaşdırılmış yalanlar”a son verib verməyəcəyini əvvəlcədən deyə bilmərik. Bu gün biliyin nə olması haqqında biliyin “açıq göy üzü”mü yoxsa, o nu örtən “bulud”mu olması düşüncəsinə də sahib deyilik. Fərdi olaraq “bulud” ifadəsini istifadə edən hər kəs aldadılma riski aldındadır. Bu anda belə bir neçə əks və fərqli “bulud sistemi” var. Və bir vaxtlar Soyuq müharibə dediyimiz şey, “buludların müharibəsi” olaraq geri qayıdır. XXI əsrin əvvələrindəki pis sürprizlərdən ən pisi, “təbliğat” adlı zombinin dijital bir formaya bürünmüş şəkildə dirilərək geri dönməsidir. Yalan və yanılmanın bəslədiyi yeni imperatorluqlara qarşı çıxmaq üçün yeni bir maariflənmənin olması şərtdir.

Bəlkə də bir “süni intellekt” demək yerinə “ağıllı əsər” demək və gələcəkdəki insanları da “süni insanlar” olaraq ifadə etmək daha doğru olacaqdır. Başqa bir ifadə ilə “otantik mənlik” və “bu dünyada olmaq” sahib olduğumuz digər vasitələrdən ayrı deyildir. Bunun tam əksi “mövcud dünya”dırmı?

“Süni intellekt” əsərlərdə istehsalçıların niyyətlərinin məhsullardan müstəqil olaraq xatırlandığı uzun zamandır bilinən bir fenomen üçün istifadə edilən qarışıq bir termindir. Hegelin “obyektiv ruh” anlayışı da tam olaraq bunu ifadə edir. Burada maddi olan vasitələrə, sturukturlara və qurumlara adi edilən zəkadır ki, bu zəka digər şüurlar (subyektiv ruh, istifadəçilər, tələbələr) tərfindən anlaşılsın, qavranılsın və istifadə olunsun deyə vardır. Sesil Rodezin “Böyümək hər şeydir” yanaşması indi sadəcə olaraq önəmli keyfiyyətləri olan siyasi çevrələr üçün keçərlidir. Bunun əksinə bu andakı pul və bilik bütün dünyada öz keçərliliyini qoruyur. “Süni intellekt” və “ağıllı sünilik” mühitləri mövcudluğun hər tərəfinə get gedə sızmaqda olan “genişləmə meylli qanun” formalaşdırmışdır. Bu mənada texniki dünyada var olmaq sürətlə artmaqda olan sünilik ilə xarakterizə edilmişdir. Modern və post-modern insanlar Haydeggerin dilə gətirdiyi kimi sadəcə “Varlıq evi”ndə yaşamır, modern və post-modern insan daha çox “texnosfer” adlı məkanda yaşayır.

Globalizasiya çağında kimlik

Modernləşməni yaradan qırılmadan bəri  insan sivilizasiyanın “humanizm və milli dövlət” çağından “ekologiya və qloballaşma” çağına: kimliyin torpaq xarakterinə bağlı olduğu “əkinçi yurdsevərlik” çağından “qlobal mənlik” çağına keçdiyini müdafiə edirsiniz. əgər qeyri-müəyyəndirsə, “qlobal mənliyin kimlik mərkəzi” nədir? göylərdə yoxda, “bulud”dadırmı?

Bir çox düşüncə adamı XX əsri qlobal bir səfərbərlik çağı olaraq izah edirdi. Əslində bu dönəmdə, ya da daha doğrusu XVIII əsrin Sənaye inqilabı ilə başlayan dönəmində “sedanter (oturaq) əkincilik çağı”na xas olan insan və torpaq arasındakı nəhəng qarşılıqlı əlaqənin ortadan qalxdığı müşahidə edildi. Beləliklə, post-sedanter həyat formaları macərası və bununla da “mayeləşmiş kimliklər”. Bunlar əsasən köçəri romantizmi libasında görünürlər. Bu, inanların daha dərin bir gerçəklikdən bəsləndiyi düşüncəsi ilə birlikdə “modernlərin sabit keçid vəziyyəti”  anlayışını formalaşdırmışdı. Bu diaspora zamanının Musəviliyi tərəfindən sübut edildi, amma onların da hər zaman və hər yerdə özlərini mövcudluq baxımından lövbər salacaqları bir evə ehtiyacları var idi. “Evsizlik” vətənsizlikdən daha pis bir taledir. Məskunlaşmaq dediyimiz şey şəxsin vərdişləri vasitəsilə rahatlıq əldə etdiyi yerdir.

Haydeggerdən ilhamlanaraq verilən insanın məskənli bir varlıq olduğu şərhi Amerikan memarlıq şirkəti Morphosis tərəfindən on illər əvvəl post-sedentary cəmiyyətlərin yaşayış tərzini ifadə etmək üçün formalaşdırılmış “bağlı izolyasiya” anlayışına təkamül etmişdir. Bu ifadə izolyasiya və bağlantı arasında bir müvazinət yaratmanın modern çətinliyinə işarə edir.

Cəmiyyətdəki belə bir boşluğa aid olmaq arzusunun dialektikası bir əks reaksiya yaratmırmı? Bu gün bütün çevrəmizdəki dini coşqu və milliyyətçiliyə baxdığımızda bunun şahidi oluruq. Bu bir kimlik təhlükəsizliyi və xalqın “bətnində” ya da sizin kimlik və mənası öz içərisinə alan “şar”larınızda (Sloterdjik-in məşhur anlayışı) tanınmaq axtarışıdırmı?

Eyni şey “müstəqillik” və “aidlik” ifadləri arasında əvvəldən etibarən var olan gərginlik üçün də keçərlidir. Sözdə “yeni qəbiləçilik” modernizmin novator fərdiyyətçiliyinə demək olar ki, zəruri olan reaksiyadır. Bu “yeni qəbiləçilik” təbii bağların qopduğu nöqtələrdə, sintetik sosial bağlar qurmağa çalışır. Sadəcə gələcəkdəki tarixi təcrübələr bu tip bağların “geridəqalmış fəaliyyətlər” olub olmadığını göstərə bilər.

Geridəqalmış siyasi partizanlığın ən pis forması bu gün bəzi vəziyyətlərdən dolayı “faşizmin geri dönüşü” olaraq adlandırılan yeni terror qruplarında özünü göstərir. Faşizm eynilə Avropada I Dünya müharibəsinin kölgəsində təxris (hərbidən azad etmə) müddətinin rəddi olaraq ortaya çıxdığı kimi  bütün cəmiyyəti bir hərbi birləşməyə çevirməyi məqsədləməkdə idi.

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.