Cümə, May 20, 2022

BLOG, FƏLSƏFƏ

Nə üçün peyvənd məcburi olmalıdır? – Peter Singer

Hər nə qədər 50 il əvvəl təhlükəsizlik kəmərinin taxılması ilk dəfə məcburi elan edildiyində güclü etirazlarla qarşılaşsa da, artıq heç kim sağlam düşüncəyə əsaslanan bu cür bir qaydaya etiraz etmir. Bu gün də hökümətlər həm fərdləri, həm də cəmiyyəti qorumaq üçün Covid-19-a qarşı peyvənd olunmağı məcburi edərkən eyni təməl gerçəyi təqdim edə bilər.

Melburn – 1970-ci ildə öz səlahiyyət dairəsinə daxil olan ərazilərdə təhlükəsizlik kəmərinin taxılmasını məcburi edən ilk hökümət olan Avstraliya əyaləti Viktoriyadan yazıram. Haqqında danışdığım qanun fərdi azadlığı məhdudlaşdırdığı üçün hücumlara məruz qaldı, ancaq Viktoriyada yaşayanlar bu qanunu həyatlarını xilas etdiyi üçün qəbul etdi.  İndi isə dünyanın bir çox yerində oxşar qanunlar mövcuddur. Ən son kiminsə öz avtomobilini təhlükəsizlik kəməri taxmadan idarə etmək azadlığı tələb etdiyini isə xatırlamıram.

Artıq bunun yerinə Covid-19-a qarşı peyvənd olunmamaq azadlığı tələblərini eşidirik. Birləşmiş Ştatların Olimpik Oxçuluq komandasının üzvü olan Bredi Ellison peyvənd olunmamaq qərarının “tamamilə şəxsi seçim” olduğunu deyir və bunun əksini iddia edən hər kəsin “insanların azadlığını əllərindən aldığında” israr edir.

Buradakı əcayiblik isə, təhlükəsizlik kəməri taxmağı şərtləndirən qanunlar açıq şəkildə azadlığımızı həqiqətən məhdudlaşdırdığı halda, əgər xəstəliyi başqaların yoluxdura biləcəkləri bir yerdədirlərsə, insanların peyvənd olunmalarını şərtləndirən qanunların “başqalarının öz işlərini təhlükəsiz şəkildə icra etmək azadlığını” təmin etmək üçün başqa bir azadlığı məhdudlaşdırmasıdır.

Məni səhv başa düşməyin. Sürücülərin və sərnişinlərin avtomobillərdə təhlükəsizlik kəmərindən istifadə etməsini şərtləndirən qanunları şiddətlə dəstəkləyirəm. Bu və ya buna oxşar digər qanunların ABŞ-da bu günədək 370 min nəfərin həyatını xilas etdiyini və bir çox ciddi yaralanmanın qarşısını aldığı təxmin edilir. Buna baxmayaraq, bu cür qanunlar daha çox paternalistdir. Öz yaxşılığımız üçün nələrsə etmək məqsədilə bizə təyiq göstərir. Con Stüart Millin məşhur prinsipini də pozur: “Mədəni cəmiyyətin hər hansı bir üzvünə, öz iradəsi xaricində güc tətbiq edilməsini leqallaşdıran tək məqsəd başqalarının zərər görməsinin qarşısını almaqdır”. Fərdin öz yaxşılığı üçün təzyiq göstərmək (coercion) “yetərli səbəb deyil”.

Bu prinsip haqqında deyiləcək çox şey var: xüsusilə bir-birini qəbul edən yetkin fərdlər arasındakı eynicinsli münasibətlər və könüllü evtanizaya kimi qurbansız fəaliyyətlər əleyhindəki qanunlara qarşı çıxmaq üçün istifadə olunduğu zaman. Ancaq Mill “mədəni” cəmiyyətlərin üzvlərinin öz mənafeləri haqqında rasional seçim etmək bacarıqlarına bu gün haqlı olaraq güvənməyən bizlərdən daha çox güvənirdi.

Təhlükəsizlik kəməri taxmağın məcburi elan edilməsindən əvvəl hökümətlər insanları kəmər taxmamağın doğurduğu risklər barəsində təlimatlandırmaq üçün kampaniya aparmışdı. Bu kampaniyaların bir miqdar təsiri oldu, ancaq bu gün ABŞ-da təhlükəsizlik kəməri taxanların sayının 90%-nə yaxınlaşmadı – təhlükəsizlik kəməri taxmamağın cinayət hesab olunduğu digər ölkələrdə bu rəqəmlər oxşar və ya daha çox ola bilər.

Bunun səbəbi isə çox kişik ölçüdəki fəlakət risklərinə qarşı özümüzü qorumaq məsələsində çox da uğurlu olmamağımızdır. Avtomobilə hər mindiyimizdə təhlükəsizlik kəməri taxmadığımız təqdirdə yaralanmağımıza səbəb olacaq qədər ciddi qəzaya qarışmaq ehtimalımız çox azdır. Buna qarşılıq olaraq kəmər taxmağın cüzi dəyəri nəzərə alındığında, şəxs öz mənfətini rasional şəkildə hesabladığı zaman kəmər taxmamağın məntiqsiz olduğunu görəcəkdir. Yol-nəqliyyat qəzalarında sağ qalanlar təhlükəsizlik kəmərini taxmadıqları üçün yaralandıqları zaman öz irrasionallıqlarının fərqin varır və peşman olurlar – amma bunun üçün artıq çox gec olur, eynilə təhlükəsizlik kəmərləri arxalarında bağlı ikən ölənlər üçün gec olduğu kimi.

Dövrümüzdə çox oxşar bir vəziyyəti peyvənd məsələsində yaşayırıq. Börmingem, Alabamada bir həkim olan Birtni Kobia facebook hesabında pandemiya dövründə qazandığı təcrübələri aşağıdakı kimi izah edir:

“Çox ciddi Covid infeksiyası keçirən sağlam və gənc insanları xəstəxanaya yerləşdirirəm. Süni nəfəs aparatına qoşulmadan əvvəl etdikləri son şeylərdən biri peyvənd üçün mənə yalvarmaq olur. Əllərini tuturam və onlara təəssüfləndiyimi, artıq gec olduğunu deyirəm. Bir neçə gün sonra ölüm vaxtlarını dediyim zaman ailə üzvlərinə sarılıram və onları sevdikləri insanları şərəfləndirməyin ən yaxşı yolunun peyvəndlənmək, tanıdıqları hər kəsi peyvəndə təşviq etmək olduğunu deyirəm. Ağlayırlar. Mənə bilmədiklərini deyirlər. Vaksinin yalan olduğunu düşünüblər. Vaksinasiyanın müəyyən siyasi maraqlara xidmət etdiyi düşünüblər. Müəyyən qan qrupuna və müəyyən dəri rənginə sahib olduqları üçün xəsətlənməyəcəklərini düşünüblər. Bunun “adi qrip” olduğunu düşünüblər. Ancaq yanılıblar. Kaş ki, zamanı geri ala bilsəymişlər. Amma edə bilməzlər”.

Eyni səbəb Covid-19-a qarşı peyvəndin məcburi olmasını da leqallaşdırır: Əks halda bir çox insan sonradan peşman olacağı qərarlar vermiş olacaq. “Bu onların günahıdır, qoyun ölsünlər” demək üçünsə qorxunc dərəcədə duyğusuz olmaq lazımdır.

İstəniln halda Covid dönəmində peyvənd olunmaq Millin “başqalarına zərər verməmək” prinsipini pozmur. Peyvənd olunmamış olimpiya atletləri eynilə insanlarla dolu bir küçədə sürətlə irəliləmək kimi, başqalarını riskə atmaqdır. Ellisonun əlindəki tək seçim “peyvənd olunmaq, ya da evdə qalmaq” olmalı idi. Beynəlxalq Olimpiya Komitəsi ancaq peyvənd olunmuş idmançıların yarışacağını elan etsəydi, minlərlə idmançı artan yoluxma riskindən xilas olardı və Ellisonun peyvənd olunmadan yarışmaq istəyinin etibarsızlığı təsdiqlənərdi.

Eyni səbəblə keçən ay Fransa və Yunanıstanda kinoteartlarda, barlarda və ya qatarda səyahət edənlərin peyvənd olunduqlarına dair sənədləri təqdim etmələrini irəli sürən qanunların elan edilməsi heç kəsin azadlığını məhdudlaşdırmır. Fevral ayında İndoneziya höküməti bütün yetkin şəxslərin peyvənd olunmasını məcburi edən ilk hökümət olduğu zaman, ən böyük faciə öz vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaları deyildi, əksinə daha zəngin ölkələrin qanunun tətbiq olunması üçün lazım olan vaksinləri göndərməmələri idi. Nəticədə, İndoneziya bu anda virusun mərkəzindədir və on minlərlə indoneziyalı da ölüb.

Tərcümə: Araz Əliyev

Mənbə: Project-Syndicate

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.