Çərşənbə axşamı, Sentyabr 27, 2022

HUMANİTAR

Mişel Fukonun tarixi dəyişdirən gerçək LSD hekayəsi – Mitchell Dean-Daniel Zamora

Qısa not: İlk tərcüməmdi, səhvlər olduğunu bildiyim üçün öncədən üzr istəyirəm. Həmçinin, Azərbaycan dilində yetərincə Fəlsəfə materialı oxumamışam deyə ən bəsit “self” və bənzəri terminlərin tərcüməsində yanılmış ola bilərəm.

Fransız filosof “Seksuallığın Tarixi” əsərinin böyük bir hissəsini kənara atıb, turşu (acid) vəhyi ilə yenidən yazdı.

1975-ci ilin payız aylarında, Mişel Fuko 20-ci əsrin son böyük Fransız intellektuallardan biri olaraq qəbul edilirdi. “Seksuallığın Tarixi” adlı kitabının ilk cildini nəşr etdirmək üzərə idi. Lakin, Fransız cəmiyyətinin komformist (mövcud qaydalara bağlı) və cinsi oriyentasiyalarla əlaqəli yanaşmasından bezmişdi və yenə də özünə başqa bir yerdə sığınacaq axtarırdı. Yetişkin həyatı boyunca İsveç, Polşa, sonra 1968 May hadisələri ərəfəsində Tunisdə yaşadı. Mühacirətini San-Fransiskoya köçüb, oradakı azadlıq atmosferini bəyəndikdən sonra bir Kaliforniyalı olaraq yekunlaşdırdı. 1960-cı illərinin anti-humanist mütəfəkkiri, məhz orada “insanın ölümü“-nü bəyan etdi və bu ifadə açıq-aşkar Jan Pol Sartrın azadlıq fəlsəfəsinə qarşı yönəlmişdi. Həyatının son 10 illik periodunda, San-Fransiskoda S/M (fetişizm) klublarında yeni təcrübələr (“başqaları” üzərə) qazanırdı.

LSD qəbul edən “son adam” olması da məhz orada baş tutmuşdu. Fuko bu fəaliyyəti “möhtəşəm təcrübə, həyatımın ən önəmli anlarından biri” olaraq təsvir etmişdi. Fransız filozof əslində halüsinogen narkotiklər ilə təcrübəyə çox gec başlamışdı. Bu tip narkotiklərin pik vaxtı 1960-cı illərin sonu olaraq qəbul edilir. Fuko, bu məntiqlə, intellektuallar arasında şüuru genişləndirən narkotik istifadəsi dalğasının “son adam“-ı idi. Ondan əvvəl Timothy Leary, Aldous Huxley, R.D. Laing, Allen Ginsberg, The Beatles və başqaları narkotiklərdən istifadə edirdi. Narkotik istifadəsi 1960-cı illərin sonunda Kaliforniya gənclərinin mədəniyyətinin mərkəzində yer alırdı. 1964 və 1966-cı illər arasında Ken Kesey və onun “Merry Pranksters” dəstəsi Amerika Birləşmiş Ştatlarını bütünlüklə psixodelik avtobuslarla gəzib, bəzi mövqeylərdə dayanıb, mütəmadi olaraq LSD partiləri təşkil edirdilər. Bu “turşu testləri”, hippi hərəkatının başlanğıcı sayıla bilər. Şübhəsiz ki, LSD və digər psixodelik narkotiklər istifadə edilməyə davam etdi, lakin LSD heç bir zaman mədəniyyətə, incəsənətə, dəbə və ümumi olaraq stilə, 1960-cı illərin sonunda etdiyi kimi təsir edə bilmədi.

Narkotikin ağıl dəyişdirən keyfiyyətləri olduğuna, qismən dərin özünü təhlil etmə və psixoterapiya və qismən ruhi bir təcrübəyə yol açdığı təsəvvür edilirdi. Timothy Leary hətta bir kilsə qurmuşdu, LSD abreviaturası ilə “Mənəvi Kəşf Liqası”. Fuko özü də razılaşırdı ki, bu təcrübə olduqca “mistik” idi və ona “yeni bir həyat görüşü” və “təravətli perspektiv” təklif edirdi.

Bir neçə ay sonra, Fuko, onu narkotik qəbul etməyə dəvət edən gənc akolit Simeon Wade-ə olan məktubda yazmışdı ki, yaşadığı təcrübə onu “Seksuallığın Tarixi” adlı kitabını tamamilə yenidən yazmağa vadar etdi. Yüzlərlə yazılmış səhifələri bir kənara qoyub, hazır olan ikinci cildi alova atıb və sonrasında çoxcildli əsərin prospektindən imtina etmişdi. Kaliforniya və başqa yerlərdə ortaya çıxmaqda olan gey hərəkatının manifestosu olan ilk cild xaricində heç bir cild ilk yazıldığı versiyada çap edilmədi.

Fuko, Berkeleydə olan araşdırma ziyarətləri zamanı Cənubi Kaliforniyadakı “Claremont Graduate School”-a dəvət aldı və getdi. Qurumun nisbətən adı-sanı olmadığını nəzərə alsaq, oraya getməsi ancaq Simeon Wade-in (“Chez Foucault” başlıqlı kitabın müəllifi) əzmkarlığı ilə açıqlana bilər. Fuko orada ağ rulonlu sviter və enli günəş eynəyi ilə şəkil çəkdirmişdi və bu görünüş ona Kojak və Elton John bənzəri bir ab-hava verirdi.

Sevgilisi və yoldaşı pianist Michael Stonemanın müşayətində, Wade Fukonu narkotik təsirində ikən Ölüm Vadisindəki Zabriskie Nöqtəsinə aparırdı. Bu ərazi 5 milyon il əvvəl quruyan gölün qalıqlarından ibarət səhra idi. Lakin bu üçlü (Fuko, Stoneman, Wade) hətta ərazi seçimində də gecikmişdi. 1968-ci ildə tanınmış İtalyan kinorejissoru Michelangelo Antonioni, Zabriskie Nöqtəsində Kaliforniya klassiki olan filminə başlamışdı. Tələbə etirazlarının, “Qara Panter” hərəkatının, narkotik mədəniyyətinin və seks azadlığının zəmnində qurulan bir film idi. 1975-ci ilin Mayında, Fuko, qədim düşüncə tarixçisi Pierre Hadotun “mənəvi məşq” adlandırdığı LSD qəbul etməyə davam edirdi, 1970-ci illərin sonlarında diskotekaların və gecə klublarının təşəbbüskarlığı ilə LSD kokain ilə əvəzləndi.

Qəbul etdiyi narkotiklərin Fuko üzərində təsiri dərin idi. Növbəti illərdə o həqiqətən də araşdırma yönünü radikal bir qərar ilə dəyişdirmişdi. Nəhayət 8 il sonra “Seksuallığın Tarixi” kitabının ikinci və üçüncü cildini nəşr etdirmişdi. Klassik Yunan və qədim Roma əxlaqında kəşf etdiyi “özün texnikaları” burada layihənin mərkəzi idi. Xristianlıqdan miras qalan repressiya və ibadət paradoksları ilə seksuallığı təhlil etmək əvəzinə, bunu insanların özlərinə baxmağı, özlərini idarə etmələri, həzzlər, istəklər və ya cazibələr baxımından azad olmağa can atdıqlarını göstərən uzun misralar ilə əvəz etdi. Müasirlərin “seksuallıq” dedikləri şey artıq Ziqmund Freydin təklif etdiyi kimi şüuraltımız vasitəsilə qıfılı açılacaq dərin bir həqiqət kimi qəbul edilmirdi. Bu, erotika, ev və ailə, gündəlik həyat və əxlaq kimi, insan olaraq özümüzü ixtira etdiyimiz yollardan biri idi. Tarixi nisbiliyini və orta əsr xristianlığının günah çıxarma mədəniyyəti ilə əlaqəsini nəzərə alaraq, seksuallıq qədim insanların qurtulmağımıza kömək edə biləcəyi və ya Mişel Fukonun tez-tez dediyi kimi ən azı “başqa cür düşünə biləcəyimiz” bir şey idi. Sexsuallığımızı azad etmək yox, əslində azadlığı seksuallığa dayandıran günah çıxarma sistemindən azad etməliyik biz özümüzü.

1960-cı illərdə Fuko “subyekt”-ə qarşı Fransız fəlsəfəsinin bir növ vəsvəsəsini paylaşırdı desək yanılmarıq. “Subyekt” qəribə bir termindir. (Fukonun subyekti ənənəvi cəmiyyətdən modern cəmiyyətə keçən, sosial struktur içindəki insandır, subyektdir. O, insanı, bədəni və şəxsiyyəti ilə qurulan (tikilən) bir varlıq olaraq görür. Quran isə, fərdləri hökmranlığı altında tutan iqtidardır).

“Subyekti” rədd etmək, onun və ya müəllifinin ölümünü elan etmək, Fuko, Barthes, Derrida və s. kimi mütəfəkkirlərin mühakimələrinin və ədəbi nəzəriyyələrinin standartı oldu. 1970-ci illərdə, “subyekt” yalnız sosial və davranış elmlərinin bəyanlarının bir növ nağılı kimi deyil, həmçinin Erving Goffman kimi Amerikalıların xəstəxana, məktəb və hər şeydən əvvəl həbsxana kimi sığınacaqları “Total Qurumlar” adlandırdığı yalançı elmlərin tətbiqi kimi də izah edildi. Fuko’nun həbsxanalar barədəki işinin skandalı, insan subyektini deformasiya edə və vəhşiləşdirə biləcəkləri fikrini, daha böyük humanizm axtarışı ilə üzərində hakim olduqları və ya tabe etdikləri subyektləri yaradacaqları iddiası ilə əvəz etməsidir.

Kaliforniya təcrübələrindən və “Kaliforniya Mənlik Kult”-na məruz qalmasından sonra Fuko’nun “subyekti” azad və özünü fiziki və mənəvi məşqlərlə yarada bilən aktiv bir agent oldu. Qərbin insanları terapiya, meditasiya, yoga, özünü inkişaf, və ekstremal təcrübələr vasitəsilə radikal bir “mənliyin transformasiyası”-nın potensiyalına etibar edirdi. Fuko “Zövq prinsipini”, Wade-ə olan məktublarda “Reallıq prinsipi” etmənin “bu günlərdə həll edilməsi gərəkən əxlaqi və siyasi problem” olduğunu yazırdı.

Beləliklə, erotik sərgüzəştlər, psixotrop narkotik təcrübələri, və yeni yaşam tərzlərinin “ixtirası”, modern rifah dövlətlərinin qurumları tərəfindən istehsal edilən “normallaşdırılmış mənliyin” sərhədini aşmağa imkan tanıdı. Bunu, Fukonun o zamanlar oxuduğu Amerikalı neoliberalların terminləri ilə ifadə etsək, “mənliyin təşəbbüskarı”, özü özünü yaratma fəaliyyətində öz şəxsiyyətini riskə atmağa istəkli idi.

Müəllif: Şəmsəddin Amanov

Mənbə: Salon

  1. Adların çoxu (Mişel Fuko, Ziqmund Freyd, Jan Pol Sartr xaricində) olduğu kimi (ingiliscə) saxlanıb.
  2. LSD – Lysergic Acid Diethylamide
Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.