Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

Markus Gabriel və Alman fəlsəfəsinin renessansı – I hissə

Çağdaş dünyanın önəmli fikir adamlarından biri olan Markus Gabriel(1980) ümumi oxucu kütləsinə xitab edən əsərləri ilə bütün dünyada tanınmış bir filosofdur. O, Bonn Universiteti Fəlsəfə fakültəsinin Epistemologiya kafedrasına rəhbərlik edir. Markus Gabriel Avropanın bir çox ölkəsində, Şimali və Cənubi Amerikada bir çox mühazirələr vermiş, 28 yaşında professor elmi dərəcəsinə yüksəlmişdir. Beləliklə də, Alman fəlsəfəsində Şellingdən sonra ən gənc ikinci professor olmuşdur.

Öncəlikdə müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik

Buyurun, mənim üçün xoşdur.

Müsahibələrinizin birində belə fikir bildirmişdiniz. “Fəlsəfə ilə məşğul olarkən, əslində nə ilə məşğulam?” Bu suala verəcəyim cavab budur: “insan olmağın haqqını verməyə çalışıram”. Bu cavab əslində bütün fəlsəfənizin qısa bir xülasəsi hesab oluna bilər. Bizə insan olmaq dedikdə nə başa düşdüyünüzü təkrar izah edə bilərsinizmi?

Təbii ki, yeni kitabım olan Der Sinn des Denkens (Düşünmənin mənası) belə bir ifadə ilə başlayır: “İnsan daima özünü bir heyvan olmadığına inandırmağa çalışan heyvandır”. Yəni insan özünü aldadan heyvandır və necə, hansı ölçüdə heyvan olduğundan xəbərdar deyil. Bu aldadılmağı ana xətləri ilə bu üç formada anlaya bilərik. Birincisi, canlı olmadığımız, maddədən və enerjidən ibarət olduğumuz yanlışına qapıla bilərik ki, bu da insanı insanlıqdan uzaqlaşdırmaq deməkdir. İkincisi isə eynilə digər heyvanlar kimi, primatlar, itlər və arılar kimi olduğumuzu düşünə bilərik. Bu da öz növbəsində bir digər yanlış anlaşılmadır. Çünki heyvan olmağımız digər heyvanlarla eyni olduğumuz demək deyil. Üçüncü olaraq isə özümüzü olduğumuzdan daha üstün, daha artıq hesab edə bilərik, məsələn, mələk, tanrı ya da mexanizm kimi. Bu yanaşmaya görə, biz ya süni intellektik, ya da komputer kimi işləyən bir beyin. Bunlar mənim fikrimcə insan varlığı haqqında olan yanlış təsəvvürlərdir. Bütün bunlara rəğmən fəlsəfə nə olduğumuz haqqında doğru bir fikrlərə sahib olmağımıza imkan yaradır. Fəlsəfə bu baxımdan öz insanlığımız haqqında yanılmamaq üçün yaratmış olduğumuz ən yaxşı fəaliyyətdir. Bu fəlsəfəçilərin yanılmadığı mənasına gəlmir. Mənimlə eyni baxışı paylaşmayan filosoflar məsələn yanılmışdır(gülür), ya da mən yanılmışam. Hər fəlsəfəçi yanılmışdır təbii ki, amma fəlsəfə bizim özümüz haqqındakı həqiqəti tapmağımız üçün yaratdığımız şübhəsiz ki, ən yaxşı fəaliyyətdir.

Birinci sualın davamı olaraq bunu soruşmaq istəyirəm ki, İnsanın düşüncəsini onun beyni ilə sərhədləyən neyrologiyanın “mən”-i beyinlə eyniləşdirməsinə qarşı çıxırsınız. Neyrosentrizm adlanan bu nəzəriyyəyə görə, bütün bədən funksiyalarımız və zehni fəaliyyətlərimiz beyin tərəfindən idarə olunur. Eyni zamanda bu fikri dəstəkləyən çoxsaylı empirik dəlillər də vardır. Bunları nəzərdən keçirdiyimizdə, “mən” niyə sadəcə beyindən ibarət deyildir?

İnsanlığımız insan olmağımızın mahiyyətidir. Yəni insanlığımız özümüzü özümüzə qarşı fərqli formalarda yerləşdirməyimizdir. Məsələn, bu iddialara baxaq: Mən insanam, çünki ölümlü bir ruhum var. Ya da insanam, çünki xüsusi olan bir beyinə sahibəm. Ya da biloji təchizatımın imkan verdiyi xüsusi bir programdan dolayı özümün insan olduğunu düşünürəm. Göründüyü kimi insanın nə olduğunu anlamağa dair çox fərqli baxışlar mövcuddur. Ancaq bu baxışların hamısının ortaq olduğu bir yer var. Onların hamısı insanın nə olduğunu anlamağa çalışır. Hamısında ortaq olan nöqtə budur. İnsanlıq insan olmağın nə demək olduğu sualını soruşa bilmək bacarığıdır. Mənim yanaşmamım sirri də elə budrdadır. Yəni bir addım geriyə gedirəm və son zamanlarda adlandırdığım kimi buna “ikinci dərəcəli antropologiya” deyirəm. Bu suala cavab vermək fəaliyyətimiz insan olmağın nə demək olduğunu da müəyyən edir.

Digərlərinin səhvi burdadır. Məsələn, özünü gerçəkliyin ortasında dayanmış bir beyin olaraq düşünə bilərsən. Ancaq beyinlə eyni olduğunu düşünmək, dırnaqlarınla, masanla, ya da Nyu Yorkdakı  bir küçə ilə eyni olduğunu düşünməkdən fərqli deyildir. Təbii ki, Nyu Yorkdakı bir küçə deyilsiniz. Belə yanaşdığımızda özümüzü beyin olaraq qəbul etmək daha məntiqli gəlir bizə. Çünki beynim olmadan insan da ola bilmərəm. Beynim indiki anda etdiyim şeyin, yəni insan olduğumu ifadə edə bilməyimin zəruri şərtidir. Əgər beynimi çıxaranız suallara cavab verə bilmərəm, lakin dırnaqlarımı kəssəniz, yenə də suallarına cavab verə bilərəm. Bu səbəbdən beyin sanki özümə daha yaxın olandır və bir çox insan da bunu düşünərək beyni ilə eyni olduğunu fikriləşir. Çünki doğrudan da çox şeyi beynimiz vasitəsilə gerçəkləşdiririk. Ancaq bu əslində bir yanılmadır. Beyinin suallara cavab verən bir organizm kimi  insanın zəruri bir hissəsi olması bunu sadəcə olaraq beyinin gerçəkləşdirdiyi mənasına gəlmir. Təbii ki, bunu dəqiq olaraq necə baş verdiyini bilmirik. Ancaq Hillary Putnam-ın düşüncə təcrübəsində göstərdiyi kimi beynimi çıxarıb ortaya qoysanız, heç bir şey düşünə bilmədiyini görəcəksiniz. Bu empirik bir məsələdir. Elə asan bir şəkildə başa düşəcəyimiz bir şey deyil. Yaxşı ki, o cür etmədik(gülür) Heç bir zaman “saxsı qabdakı beyin” deyilən bir şey olmadı ki, ona sual verə bilim, ya da  o sualları cavablandıra bilsin. Əgər olsaydı, çox gözəl olardı təbii ki. Onula bir müsahibə təşkil edib bədənsiz olmağın necə bir şey olduğunu öyrənə bilərdik, ancaq təəssüf ki, bu mümkün deyil. Lakin bu cür beyinlər bir formada da olsa düşünə bilərdilərsə, bu da önəmli bir nailiyyət ola bilərdi. Onda beynimlə eyni olduğumu demək bu qədər absurd olmazdı bəlkə də. Belə bir vəziyyətdə bu leptopun beynim olduğunu və onunla eyni olduğumu deyə bilərdim. Ancaq mən, Markus Gabriel, bu anda qarşınızda dayanan heyvan, mən beynim deyiləm, çünki sadəcə beyni olan yox, ayaqları, əlləri olan bir heyvanam. Məsələn, indi suallara cavab verdiyim anda sadəcə beynim işləmir. Səsimi eşidirsiniz, beynim və dilim fərqlidir. Əgər elə olmasaydı, səsimi duya bilməzdiniz. Danışıq aktı beyin hadisəsi deyildir. Ağızımız var, ya da səsləri sisemləşdirən mexaniki kvant qanunları var. Modern komputerlərlə mümkün olan bilik taransferi var məsələn. Dolayısı ilə, mənim, Markus Gabrielin öz beynimlə eyni olduğum fikri doğru deyil. Bu olsa olsa, bu cür ola bilərdi. Əgər mən sadəcə beyniməmsə, onda beynimlə eyni olardım. Bu doğru fikridir, lakin nə qədər də boş bir ifadədir. Sadacə insanın fikrini qarışdırır. Çünki əgər beynimlə eyniyəmsə, bu beynimlə eyni olduğum mənasından başqa bir mənaya malik deyil(gülür) Bu ifadə faktlara dair heç bir şey demir, əksinə fikrimizi qarışdırır. Əksər filosoflar bu cür yanlışa məruz qalırlar. Mən bu yanılmaya neyrosentrizm deyirəm, çünki nə də olsa beynimizlə eyni deyilik.

Ancaq neyrosentrik yanaşma dediklərinizin bir çoxu ilə uyğunlaşdırıla bilər. Məsələn, beynimizlə tam olaraq eyni olmadığımız qəbul oluna bilər. Amma yenə də beynimizin bütün fiziki, zehni və bütün insani fəaliyyətlərimizin mərkəzi olduğunu deyə bilərik. Bundan ötrü beyinin xüsusi olduğunu iddia edirlər.

Bəli, ancaq bu yanaşma da yanlışdır və empirik dəlillərə malik deyil. Məsələn, mən öz universitetimdə bir çox biologla birlikdə işləyirəm və burada həqiqətən möhtəşəm biologlar var. İmmun sistemimiz və mədəmizdə gəzməkdə olan mikroblar haqqında araşdırmalar edirlər. İndi sinir sistemi ilə bağlı araşdırmalarımız da var. Ancaq bu biologların göstərdiyi odur ki, bu mikroblar da düşünməyimizdə ən az beyin hüceyrələrimiz qədər təsirə malikdirlər. Məsələn, bir sıra şeylər var ki, onları ac olduğumuz üçün edirik. Ürəyimizin şokolad istəməsi kimi. Şokoladı düşünməyimiz bədənimizin başqa bir yerində baş verən prosesin məntiqi nəticəsidir və heç bir şəkildə çoxu insanın düşündüyü kimi, mərkəzi sinir siseminin nəzarətində baş vermir. Dolayısı ilə, düşüncəmizin mərkəzi sinir sistemi, ya da beynimiz, ya da cerebrum tərəfindən idarə olunduğu iddiası bioloji olaraq da əsassızdır.

Organizmimiz haqqında bu empirik, ya da tibbi de deyə bilərsən, iddiaların insan haqqında bu ana qədər bildiyimiz şeylər içərisində heç bir təməli yoxdur. Filosofların hesab etdiyi kimi bir növ deduktivlik bu baxımdan da yanlışdır. Başqa digər neyrolog və komputer programçısı ilə də bu məsələləri müzakirə edirəm. Mənə bunu deyirlər: “Şüur dediyində nəyi nəzərdə tutduğunu bilmirik, başa düşmürük”. Elədirsə də, əlimizdə daha böyük bir problem var. Görsən beyinin nə olduğunu həqiqətən bilirik mi? Beyin deyə qəbul etdiyimiz şey də əslində nəzəri bir qəbullanmadır. Onsuzda bu qəbullanmalar çox çətin şeyləri olduqlarından daha sadə formada izah etmək üçün varlar.

İndi isə deyirlər ki, beyin tək bir orqan olaraq düşüncə fəaliyyətini mümkün edir, necə ki, ürək döyünərək bütün bədəni qanla təmin edir. Yəni düşünmək məsuliyyəti beyindədir. Bu yanaşma günümüzdəki neyrologiyada tamamilə geridə qalmış bir düşüncədir. Əvvəla, beyinin əksər hissəsinin nə ilə məşğul oldunu bilmirik, heç kim bilmir. Yüz sinir heceyrəsinin bir dəqiqə ərzində sinxronlaşaraq nələr edə biləcəyini bilmirik. Öyrənməyə məcburuq. Ən inkişaf etmiş elmi metodlarımız belə insan beynini anlamağın yanından belə keçmir. Dolayısı ilə filosoflar bu problemin həll olunmuş olduğunu düşünürlər, ancaq elə deyil. Daha sonra da yanlış formullaşdırılmış suallara cavab verməyə çalışırlar. Şüur fəlsəfəsinin ana axımları bu məsələdə bir nəticəyə gələ bilmirlər və sadəcə institutsional səviyyədə qalırlar. Fantastik ədəbiyyatdan, məsələn, Borxesdən belə daha geridədirlər. Baxmayaraq ki, fantastik ədəbiyyat ən azından əyləncəlidir və ədəbiyyatdan kənar gerçəkliyə dair hökm vermir. Ancaq bu filosoflar hələ həll olunmamış olan empirik hipotezlər haqqında həqiqətən önəmli şeylər dediklərini hesab edrək yanılırlar.

Bəli, İch ist nicht Gehirn (Mən beyin deyildir) kitabınızda şüur filosoflarının deduktiv yanaşmasını sərt bir şəkildə tənqid edirsiniz. Tənqidlərinizin əsasını təşkil edən isə “fəlsəfənin əlifbası” adlandırdığınız azadlıqdır. Yaxşı, bəs sizə görə azadlıq fəlsəfəsi nədir? Əgər insan mənliyini ən həqiqi olaraq ifadə edən şey azadlıqdırsa, nəzarət, izləmə və idarəetmə olaraq adlandırılan günümüzdəki qlobal azadlıq məhrumiyyətinin qaynağı nədir? Bizi azad edən şeylər eyni zamanda azadlığımızı sərhədləyirmi?

Əvvəlcə, azadlıq dedikdə nə başa düşdüyümüz sualına cavab vermək gərəklidir. Azadlıq ümumi olaraq şokoladlı və vanilli dondurma arasında seçim etmək azadlığı olaraq başa düşülür. İkisindən birini seçmək azadlığın 50% olsun və deyək ki, vanilli yerinə şokoladlı dondurmanı seçdim. Birini digərinin əvəzinə seçməyimin azad iradəmizin nəticəsi olduğu deyilir. Ancaq bu mənə görə tam düzgün olmayan azadlıq anlayışdır. Onsuzda belə bir şey yoxdur. Gerçəklikdə verdiyimiz heç bir qərar 50%-lik bir nəticədə seçim etmək kimi deyildir. Bu gerçəklikdə olmayan bir ssenaridir. Gəlin hesab edək ki, elədir və həqiqətən də niyə şokoladlı dondurmanı vanillinin yerinə seçdiyimi tam şəkildə bilirəm. Bu vəziyyətdə belə ehtimal 50% deyildir. Bir tərəf mütləq şəkildə daha çox, digər tərəf isə daha az olacaqdır. Bunun niyə məhz bu formada olduğunu bilmirik. Ehtimalı olan hər fərqli vəziyyət daha fərqli nəticələr yaradır.

Ancaq bir dəfə seçim ediyimdə bu ehtimallar ortadan qalxır, çünki faiz nisbəti 100% olur. Bu baxımdan 50%-dən bəhs edən seçim nəzəriyyələri tamamilə uydurmadır. Sadəcə bir düşüncə təcrübəsidir və bizi heç bir yerə aparmır. Bundan daha yaxşı olan azadlıq anlayışı isə insanın özünün özünü müəyyən etməsi olaraq nəzərdən keçirilən azadlıqdır. Yəni azadlıq budur: özünün kim olduğu anlayışına əsalanaraq bir şey etməyin. Məsələn, sən siqaret çəkirsən deyək ki. Bu bir fəaliyyətdir, hadisə, başına gəlmiş bir qəza kimi bir şey deyil. Sənin siqaret çəkməyinə inkam verən bütöv bir həyat forman var. Həzz alırsan və gündə müəyyən vaxtlarda çəkirsən və insanlar da daima sənə siqaretin zərərli olduğnu və onu atmanı məsləhət görürlər. Sən də onlara cavab verirsən və öz səbəblərini irəli sürürsən. Hər kəs bəzən özü üçün zərərli olan şeylər edir, sənin üçün də bu siqaret çəkməkdir. Kimsə daha çox şərab içir, kimsə qəhvə içir, kimsə günəşdə yanmaqdan həzz alır. İndiki anda siqaret çəkmək üçün bir çox səbəblərə malik olmağın sənin özünü siqaret çəkən azad biri olaraq müəyyən etmiş olmağındır. Sigaret sənin başına gəlmiş bir hadisə deyil, o bir fəaliyyətdir. Başına bir çox şey gələ bilər, məsələn dəri xərçəngi ola bilrəsən. Lənətə gəlsin, dəri xərçəngi oldum deyə bilərsən. Bu həqiqətən də pis bir şeydir və bununla mübarizə aparmaq lazımdır. Bu baxımdan dəri xərçəngi siqaret çəkməkdən fərqli olaraq başına gələn bir şeydir. Siqaret çəkmək isə şüurun sayəsində başlatdığın insani olan, azad bir fəaliyyətdir.

Dolayısı ilə azadlıq insanın özünü müəyyən etməsidir. İndi bəzi neyrologlar dəri xərçənginə bənzər olan organizmimizdəki bəzi qeyri-şüuri amillərin bütün şüurlu qərarlarımıza təsir etdiyini, onların zəmininin hazırladığını düşünürlər. Yəni belə deyirlər: Siqaret çəkməyinin özünə görə səbəblərinin olduğunu düşünə bilərsən, hətta bu səbəblər haqqında daha ümumi başqa səbəblər də irəli sürə bilərsən. Lakin gerçəklikdə olan bədənindəki bir sıra anonim güclərin səni yönləndirməsindən başqa bir şey deyil. Bu iddia tamamilə əsasızdır. Çünki əgər bu iddia doğru olsaydı, bu iddianı səsləndirənlərin, onu dilə gətirmələri üçün heç bir səbəb olmazdı. İnsan azadlığı haqqında bir fikir bildirmələri, yaxud da insan azadlığını rədd etmələri eynilə dəri xərçəngi kimi bir şey olardı. Bu da məntiqdən kənar bir şeydir. Çünki əgər belə olsaydı, heç bir şey deyə bilməz, azad iradəni rədd edə bilməzdilər və bir şey deyə bilmələri mümkün olmazdı. Onları danışan varlıqlar olaraq başa düşə bilməzdik. Nəticələrinə baxdığımız zaman iddia etdikləri şeylər inanılmaz dərəcədə əsasızdır. Bunu heç vaxt tam formada dilə gətirmirlər. Cavabı belə verirlər: “vanilli dondurmanı seçməyinin səbəbi bədəninlə bağlı bəzi şeylərdir”. Bu onsuzda bilinən bir şeydir. Bir dad alma bacarığım var və təbii ki, də bir şeyi digər bir şeylə əvəzləməyimdə, yaxud da bir şeyi istəyib, digərini istəməməyimdə bioloji səbəblər var. Çünki mən bir heyvanam. Bu təəccübləndirici bir şey deyil.

Ancaq heyvan olmağım özünü müəyyən etməyən heyvan olduğum da demək deyil. Keçənlərdə Bonn-da iradə azadlığı haqqında təşkil etmiş olduğum konfransda bir iştirakçı insan davranışlarının. Məsələn, bir düyməyə basıb basmamağın əvvəlcədən müəyyən edildiyini sübut etmək üçün keçirilmiş məşhur eksperimentlər haqqında təqdimat keçirdi. Bu təcrübələrə əsaslanaraq birinin düyməyə basmaq üçün barmağını oynadacağını 7 saniyə daha əvvəl bilmək imkanımız var. Buna əks olaraq iki argument nəzərdən keçirilə bilər. Biri empirikdir, digər isə həqiqətən gülməlidir və bu təcrübələrdə nəyin yanlış olduğunu izah edir. Floridada keçirilmiş bir eksperimentdə insanlara onların nə vaxt barmaqlarını qaldıracaqlarını təxmin etməyin mümkün olduğunu dedilər. Məhz bu səbəbdən dolayı da insanlar barmaqlarını qaldırmadılar. “Xeyr, olmaz. Barmağımı qaldırmayacağam” dedilər. Bu eksperiment empirik baxımdan yuxarıdakı iddianın yanlış olduğunu sübut edir. Bununla beynimizdəki gözlənti potensialının  hərəkətlərimizi müəyyən edib etmədiyini araşdıra bilərsiniz və bu iddianın yanlış olduğunu siz də görə bilərsiniz. Dolayısı ilə gözlənti potensialı sizi hər hansı bir şeyi etməyə məcbur edə bilməz.

Lakin möhtəşəm bir argument də var. Əgər beyinin sizə bir şey etdirməsi fəaliyyətdən 7 saniyə əvvəl başlayırsa, zaman müddəti nə qədər az olursa olsun, bir insanı daima sürətli qərar verməyə məcbur edə bilərsən. Məsələn, belə bir eksperiment daxilində birinə 1 saniyə, ya da yarım saniyə ərzində həyat yoldaşından boşanıb boşanmamağı haqqında qərar verməsini istəyə bilərsən. Bu vəziyyətdə beyin təbii ki, qərar vermək üçün yetərli zamana sahib olmayacaq. Lakin o şəxs öz həyat yoldaşını boşamamaq qərarı verəcəkdir. Dolayısı ilə yuxarıdakı iddia həm nəzəri, həm də empirik olaraq yanlışdır. Amma daha faciəli olan belə bir vəziyyət də var. Məsələn, belə iki iddianı nəzərdən keçirək. Mən ya beynimə, ya da bütün organizmimə, özümə, bu anda görünən heyvana bərabərəm. Onunla eyniyəm və organizmin qeyri-şüuri formada nə edəcəyimə qərar verir. Bu iki vəziyyət də mənim azad olduğumu göstərir. Əgər mən öz organizmimsə və organizmim nə edəcəyimə qərar verirsə, deməli nə edəcəyimə mən özüm qərar verirəm, yəni mən azadam. Yəni bu argumentlərin  göstərdiyi tək şey qərar vermə prosesinin şüurlu bir proses olmadığını göstərmək olur. Ancaq qərar vermə prosesini iki seçim arasında şüuri bir özümü təmsil edən şeyin seçimi olaraq düşünmək, yəni tam hakim olduğum bir proses olaraq nəzərdən keçirmək yanlışdır. Bu niyə azadlıq olsun ki?  Bu hekayə əvvəlindən sonuna qədər ciddi xətalarla doludur.
ardı var…

Tərcümə: Araz Əliyev

https://www.sabahulkesi.com/2018.10.08

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.