Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

“Jan Pol Sartr və Albert Kamyu: Azadlıq və Ədalət haqqında” – Sam Dresser

Onlar qəribə bir ikili idilər. Albert Kamyu yoxsulluqda doğulmuş, Bogart-vari (Humprey Bogart –  “Casablanca” filmindən aktyor) çevrəsi ilə öz çevrəsini sehirləməyi bacarmış, fransız əsilli Əl-Cəzairli bir qara ayaq (Pied-noir – Fransadan Şimali Afrikadakı müstəmləkələrə köçən fransızlara verilən ad) idi. Jan Pol Sartr isə fransız cəmiyyətinin yuxarı təbəqəsindən çıxmış, yaraşıqlılıq ilə yaxından uzaqdan əlaqəsi olmayan biri idi. İkili Alman işğalı ərəfəsində Parisdə tanış oldular və İkinci Dünya müharibəsindən sonra səmimiyyətləri daha da artdı. Şəhərin üzərindəki qara buludların dağılıb işığının yavaş-yavaş özünə qayıtdığı günlərdə Kamyu Sartrın ən yaxın dostu idi. “Necə də sevmişdik səni” deyə yazmışdı Sartr daha sonraları.

Onlar öz dövrlərinin parıldayan ikonaları idi. Dönəmin qəzetlərinin günlük fəaliyyətlərində bildirdikləri kimi Sartr bütün gününü Les Deux Magots-da(o tarixlərdə Parisdə intellektualların vaxt keçirdikləri kafe) keçirirdi. Kamyu isə bir Paris səhyahətçisi idi. Şəhərin yenidən inşa edildiyi bir vaxtlarda Sartr və Kamyu zəmanələrinin ruhi vəziyyətlərini ifadə edirdilər. Avropa yandırılaraq kül edilmişdi və müharibədən sonra küllər yeni bir düya təsəvvür edəcəyimiz bir boşluq buraxmışdı. Oxucular yeni dünyanın nəyə oxşadığını anlamaq üşün Sartr və Kamyunu gözləyirdilər. “Biz” deyə izah edirdi, həmyaşıdları olan filosof Simon de Bovuar, “müharibədən sonrakı dönəmə onun ideologiyasını verməli idik”.

Bu yeni ideologiya ekzistensializm formasında gəlmişdi. Sartr, Kamyu və intellektual dostları dini rədd etdilər. Yeni və dəhşət verici piyeslər səhnələdilər, oxucularını xüsusi olaraq yaşamağa məcbur etdilər və dünyanın absurdluğunu əks etdirdilər. Amansız və dəyərsiz bir dünya. “Sadəcə daşlar, ulduzlar və əlimizlə toxuna biləcəyimiz həqiqətlər vardır(mövcuddur)” deyə yazırdı Kamyu. Həyatı mənlandırmaq üçün bu dünyada yaşamağı qəbul etməli, öz məna və dəyərlərimizi ona yükləməliyik. İnsanlar azaddır və azadlıq onların çiyinlərinə ağır bir yük yükləmişdir. Çünki azadlıqla qorxunc, hətta gücdən düşürəcək dərəcədə gerçək bir yaşamaq və davranmaq məsuliyyəti qəbul edilmişdir.

Azadlıq ideyası Kamyu və Sartrı fəlsəfi olaraq əhatələdiyində ədalət mübarizəsi onları siyasi olaraq birləşdirdi. Özlərini ədalətsizliklə üzləşməyə, ona çarə tapmağı həsr etmişdilər. Heç bir qrupa işçilərə, proletariata davranıldığı kimi ədalətsizlik edilmirdi. Kamyu və Sartr onların öz əməklərinə zəncirlənmiş olduqlarını və insanlıqdan məhrum buraxıldıqlarını düşünürdülər. Onların azad olması üçün yeni bir siyasi nizam inşa edilməli idi.

1951- ci ilin oktyabrında Kamyu “Üsyankar insan” adlı əsərini yazdı. Kamyu əsər daxilində kobud cizgilərlə “üsyan fəlsəfəsini” dilə gətirirdi. Bu tam formalaşmış bir fəlsəfi nizam deyildi, fəlsəfi və siyasi ideyaların bir birləşməsi idi. Hər insan azaddır, lakin azadlığın özü nisbidir. İnsan öz sərhəddini, soyuqqanlılığını, “hesablanmış riskini” qəbul etməlidir. “Mütləqlər” insanlığa əksdir. Kamyu xüsusilə inqilabi şiddəti rədd edirdi. Şiddət ekstemal vəziyyətlərdə (ən nəhayətində Kamyu fransız müqavimət hərəkatını dəstəkləmişdi) istifadə oluna bilərdi, lakin o, tarixi arzuladığı istiqamətə sürükləyən inqilabi şiddətin istifadəsini ütopik, mütləqçi və özünə xəyanət olduğunu düşünürdü.

“Mütləq azadlıq güclü olana hökm etmək haqqı verir” deyə yazırdı Kamyu və əlavə edirdi, “Mütləq ədalət bütün fikir ayrılıqlarının basdırılması ilə əladə edilə bilər, dolayısı ilə də bu azadlığı məhdudlaşdırır”. Azadlıq və ədalət arasındakı ziddiyyət, sabit bir yenidən bərabərləşdirmə, siyasi soyuqqanlılıq, ən çox sərhədləyəni – insanlığımızın qəbulunu və müqəddəsləşdirilməsini tələb edir. “Yaşamaq və yaşatmaq” deyir, Kamyu, “nə olduğumuzu müəyyən etmək(məxrəcini tapmaq) üçün”.

Sartr “Üsyankar insanı” iyrənərək oxumuşdu. Onun fikrincə, mükəmməl azadlığa və ədalətə çatmaq mümkün idi. Bu elə kommunizmin nailiyyətləri demək idi. Kapitalizmin şərtləri və yoxsulluq içərisində insanlar azad ola bilməzdi. Təqdim edilən seçimlər dadsız və insanlıqdan kənar idi. Ya amansız, yadlaşdıran bir işdə çalış, ya da öl. Lakin təzyiqlərin aradan qaldırılması, avtonomiyanın işçilərə verilməsi ilə kommunizm hər bir fərdə maddi ehtiyac sıxıntısı olmadan yaşamaq imkanı verməkdədir. Beləliklə də, insanlara özlərini gerçəkləşdirəcəkləri ən yaxşı yolu seçmələrinə şərait yaradır. Bu onları azad edəcəkdir və bükülməz bərabərliyin də müəyyən etdiyi ədalətli olan da budur.

Buradakı əsas məsələ Sartr və sol düşüncəyə malik olan bir çox şəxs üçün kommunizmin var olan nizamı yıxıb dağıtmaq üçün inqilabi şiddəti icad etməsidir. Bütün sol yanaşmalar bu cür bir şiddəti uyğun hesab etmir əlbəttə.

Radikal və mülayim solçular arasındakı – daha geniş mənada kommunistlər və sosialistlər arasında – bu fərqlilik yeni deyildi. Ancaq 30-cu illər və 40-cı illərin əvvələrindəki solu müqavimət hərəkatında faşizmə qarşı birləşməyi görmüşdü. Faşizmin məğlubiyyəti ilə radikal sol ilə mülayim sol arasında yenidən ayrılıq yaşanmışdı. Bu ayrılıq sağın praktikada yox olması və Avropanın hər tərəfini bürüyən radikalları gücləndirən və Gulag-ın  dəhşətlərinin, terrorun və oyuncaq məhkəmələrin ortaya çıxması ilə kommunistləri narahat edən sualların solmasına səbəb olan SSRİ-nın güclənməsi ilə daha da hərəkətlənmiş oldu. Müharibədən sonranın solçusuna soruşulan sual çox sadə idi: Hansı tərəfdəsən?

Üsyankar insanı yayımlamaqla Kamyu inqilabi şiddətdən istifadə etməyən, sülhün hakim olduğu bir sosializmi  bəyan etdi. Sovet İttifaqından yayılan xəbərlər onu dəhşətə gətirmişdi. Kommunistlərin əl ələ olduğu azadlıqlar ölkəsi yox, heç bir şəkildə azad yaşamağın mümkün olmadığı bir ölkə idi. Bu əsnada Sartr kommunizm üçün mübarizə aparırdı və belə olması üçün şiddəti dəstəkləməyə hazır idi.

İki dost arasındakı bu fərqlilik mediada ciddi marağa səbəb olmuşdu. Les Temples Modernes Sartrın redaktoru olduğu və Üsyankar insan haqqındakı tənqidlərini yazdığı dərgi idi və ortalama 3 qat artıqlaması satılmışdı. Digər məhşur dərgilər olan Le Monde və Le Observateur isə eyni ölçüdə çöküş yaşayırdı. Çağdaş dünyamızda bu dərəcədə diqqət çəkən intellektual mübarizənin şahidi olmaq demək olar ki, mümkün deyil. Lakin bu ikili arasındakı ixtilafla bir çox oxucu zamanın siyasi böhranlarının özlərinə də təsir elədiyinin görmüş oldu. Bu fikirlər dünyasında baş verənlərin və inkişaf edən siyasəti görməyin bir yolu və fikirlərin dəyərinin ölçüsü idi. Bir düşüncəyə dərin bir şəkildə bağlı olsan, onun üçün ölüdürməyə məcbursanmı? Ədalət üçün də olsa, azadlıq üçün də olsa, bir fərqi varmı?

Sartrın mövqeyi həyatının geri qalanında mübarizə apardığı ziddiyyət etibarilə vuruldu. “İnsanlar azadlığa məhkumdur” deyən ekzistensialist Sartr eyni zamanda tarixin ekzistensializm baxımdan daha artıq azadlıq üçün yerə malik olmadığını düşünən bir Marksist Sartr idi. Əslində Fransız Kommunist Partiyasına heç vaxt qatılmış olmasa da, Budapeştdəki Sovet tanklarının onu SSRİ-nin yolunun inkişafa aparmadığına inandırdığı 1956-ci ilə qədər hər yerdə kommunizmi müdafiə edirdi(Qeyd etdiyi kimi, Macarıstanda SSRİ-nin Amerika kimi davranması onu təəccübləndirmişdi). Sartr solun güclü səsi olaraq qalmışdı həyatı boyunca və Fransa prezidenti Şarl de Gollu-seçmişdi özünə tənqid hədəfi olaraq(Yenə tənqidi bir hücumdan sonra Sartr-ın həbsinin istənilməsinə cavab olaraq De Goll “Volter həbs oluna bilməz” cavabını vermişdi). Lakin Sartr öncədən ehtimal edilə bilməyən fəaliyyətinə davam edirdi və 1980-ci ildə vəfat ediyində Radikal Maosizmlə uzun, qəribə bir münasibətə malik olmuşdu. Sartr SSRİ-dən uzaqlaşsa belə, inqilabi şiddətin gərəkli ola biləcəyi fikrindən heç vaxt dönməmişdi.

Kommunizmin şiddəti Kamyunu isə fərqli bir inkişaf yoluna yönləndirmişdi. “Nəhayətində mən azadlığı seçdim, ədalət gerçəkləşməsə belə, azadlıq ədalətsizliyə qarşı çıxmağın gücünü davam etdirir və əlaqəni açıq saxlayır”deyə yazırdı Üsyankar insanda. Soyuq müharibənin digər tərəfində Kamyunun duyğularını paylaşmamaq və Sartr-ın sadiq bir kommunist olaraq qaldığı istəyə həyrətlənmək çox çətindir. Kamyunun həddini aşmayan siyasi reallığı, əxlaqi təvazökarlığı, sərhədləri və xətaya düşə bilən insanlığı qucaqlaması bu gün böyük ölçüdə qəbul edilən bir mesaj olaraq qaldı. Hətta ən mötəbər və dəyərli düşüncələr belə bir digərinə qarşı bərabərliyi təmin etməlidir. Mütləqlik və ilham verdiyi mümkünsüz idealizm təhlükəli bir yoldur(Kamyu və Sartr-ın daha ədalətli və azad bir dünyanı təsəvvür etməsi üçün çabalamağı kimi Avropanın küllər içərisində qalmasının da səbəbidir)

 

Tərcümə: Araz Əliyev
Mənbə: Aeon

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.