Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

İris Murdak: “Fəlsəfə təbii olmayan bir şeydir” – Bryan Magee

İris Murdok – İrlandiya doğumlu Ayris Mördok (1919-1999) dünya miqyasında tanınmış Britaniyalı yazıçıdır. Oksford və Kembric universitetlərində fəlsəfə təhsili almış İris Murdok, Oksfordda 15 ildən artıq fəlsəfə professoru kimi fəaliyyət göstərmişdir. Ədəbiyyat sahəsində Buker mükafatı laureatıdır.

Bir tərəfdən roman, digər tərəfdən də fəlsəfi mətnlər yazarkən bu ikisinin təməlində fərqli yazı növlərini olduğunun fərqindəsinizm

Bəli. Fəlsəfə izah etməyi və dəqiqləşdirməyi nəzərdə tutur, çox çətin və son dərəcə texniki olan problemləri həll etməyə və ifadə etməyə çalışır. Bu səbəbdən də fəlsəfi mətnlərin yazı forması bu məqsədə uyğun olmalıdır. Pis fəlsəfə, fəlsəfə deyildir demək olar, lakin pis incəsənət yenə də bir incəsənətdir. Bir çox baxımdan ədəbiyyata bu bəhanələri bağışlamaq olar, lakin fəlsəfə üçün belə bir şeydən danışmaq olmaz. Ədəbiyyatı çox sayda və növbənöv insan oxuyur. Fəlsəfəni isə çox az insan oxuyur. Ciddi incəsənət xadimləri özlərinin tənqidçiləridir və çox vaxt da “mütəxəsis” deyə adlandırılan oxucu kütləsi üçün yazmırlar. Digər tərəfdən də incəsənət əyləncə üçündür və əyləncəlidir, çoxsaylı məqsədi və cazibəsi vardır. Ədəbiyyat bizləri fərqli səviyyələrdə və fərqli formalarda maraqlandırır. Hiylə ilə, cadu ilə, müxtəlif sehirli faktorlarla doludur. Ədəbiyyat əyləndirir, çox şey edir, fəlsəfə isə yalnızca tək bir şey.

Fəlsəfə kitablarınız da daxil olmaqla bir çox kitabınızı oxuduqdan sonra cümlələrinin eyni olmadığı diqqətimi çəkdi. Romanlarınızdakı cümlələr müxtəlif mənalar, metaforalar baxımından zəngindir, fəlsəfəyə aid yazdığınız mətnlərdəki cümlələr isə olduqca yığcamdır, çünki bir dəfədə tək bir şey ifadə edirlər.

Bəli, ədəbi yazı bir növ incəsənətdir, bir incəsənət formasının növlərindən biri. Özünü biruzə verməyən bir tipdən də ola bilər, daha qabarıq və görkəmli tipdən də, amma ədəbiyyatdan danışılırsa, incəsənət baxımından bir mahiyyətə malikdir.  Qısa, ya da uzun xaraketerə malik bir dildən istifadə edilir ki, bu da “əsərin” bir parçasını təşkil edir. Dolayısı ilə tək bir ədəbi üslub, ya da daha ideal bir üslub yoxdur. Digər tərəfdən də yaxşı və ya pis yazı fərqli təbii ki, vardır. Kierkegoor və Nitsşe kimi  böyük yazıçı olan düşüncə sahibləri vardır ki, mən onları filosof olaraq adlandırmıram. Təbii ki, filosofdan filosofa fərq var və kimlərsə digərlərindən daha “ədəbi”-dir. Lakin yendə də özünəməxsus bir sadəliyi və sıxlığı olan, dəbdəbədən uzaq, “mən” deməyən, açıq bir üsluba uyğun gələn ideal bir fəlsəfi üslub olduğunu qeyd etməyə uyğun görürəm özümü. Filosof nə demək istəyirsə, onu açıqlamağa çalışmalıdır, ritorikadan və mənasız bəzəklərdən uzaq durmalıdır. Lakin yaradıcı düşüncəsinin mütləq şəkildə kənarlaşdırılmasına ehtiyac yoxdur. Əgər filosof əlaqədə olduğu problemdən daha çox önə çıxırsa, bir növ soyuq, tanınan və açıq bir səslə danışır deyə düşünürəm.

Profesional dərəcədə hər iki fəaliyyətlə məşğul olan şəxslərin sayı çox az olmalıdır. Şəxsi təcrübələrinizdən yola çıxaraq fərqin nə olduğunu qeyd edə biləcək çox az insandan birisiniz. Bu məsələ ilə əlaqədar bir qədər də məlumat verə bilərsinizmi?

Fəlsəfi yazı özünü ifadə deyildir. Şəxsi səsin nizamlı bir formada ortadan qaldırılmasını vacib sayır. Bəzi filosoflar öz əsərlərində bir növ şəxsi mövcudiyyətlərini bəyan edirlər. Fərqli formalarda etmiş olsalar da Hyum və Vitgenşteyn bu filosoflara örnək kimi verilə bilər. Hər şeyə rəğmən fəlsəfənin sadə və qeyri-şəxsi bir qatılığı vardır. Əlbəttə ədəbiyyat da şəxsi səsin nizamlanmasını və dəyişdirilməsini tələb edir. Ən qatı ədəbiyyat növü olan şeir və fəlsəfə arasında bənzərlik qurula bilər. Hər ikisi də dilə gələn düşüncələrin və ifadələrin xüsusi və çətin bir formada saflaşdırılmasının gərəkli edir.  Lakin incəsənətin bütün aktyorluğu və mistisizmi ilə birlikdə dəbəiyyatda yer alan bir növ özünü ifadə  forması vardır. Ədəbi yazar oxucunun özünün oynaması üçün bir növ boş sahə buraxır. Filosof isə boş sahə buraxmamalıdır.

Az əvvəl fəlsəfənin məqsədinin dəqiqləşdirmək, ədəbiyyatın məqsədinin isə mistikləşdirmək olduğunu qeyd etdiniz. Düşünürəm ki, bu roman müəllifinin və ya yazarın bir yanılma yaratmağa çalışması baxımından mərkəzi bir önəmə sahibdir. Digər tərəfdən də bir filosofun yanılmanı  aradan qaldırmağa çalışması baxımdan da filosof üçün mərkəzi bir yerə sahibdir.

Fəlsəfə forma baxımdan yetkin olmağı sırf forma olaraq məqsəd hesab etmir. Ədəbiyyat isə qarışıq estetik forma problemləri ilə məşğul olur. Bir növ tamamlanmışlıq ortaya çıxarmağa çalışır. Hər incəsənət formasında hissi və ya maddi olan bir şeylər vardır. Ədəbiyyat yazısından alınmış bir parça belə tamamlanmışlıq hissi verir. Ədəbiyyat çox vaxt sənət əsərlərindən meydana gəlir. Fəlsəfi əsərlər isə olduqca fərqli şeylərdir. Bir fəlsəfə əsərinin eyni zamanda bir sənət əsəri olmasına çox nadirən rast gəlinir. Symposium-da olduğu kimi. Lakin bu istisna hallardır. Çünki Symposiumu Platon fəlsəfəsinin digər bölümlərinin işığında fəlsəfi bir ritorika olaraq oxuyuruq. Ədəbiyyatla qarşılaşdırıldığında fəlsəfənin çoxu budaqdan budağa tullanan  formasız bir şey kimi görünür. Filosof nəhəng formal qarmaqarışıqlığa malik şeyləri izah edərkən də bu belədir. Fəlsəfə bir problemi nəzərdən keçirmə, ona sıx şəkildə bağlı qalmaq, fərqli formullar və həll variantları tətbiq edərkən özünü təkrarlamağa hazırlıqlı olmaq məsələsidir. Problemin içərisində qalmağa dair bu səbr dolu aman verməyən qabiliyyət filosofun əsas əlamətidir. Digər tərəfdən sənətkarın önəmli ayırdedici xüsusiyyəti də ümumilikdə yenilik arzusudur.

Bu təzadı ağlımızda tutduğumuzda ədəbiyyatı fəlsəfədən ayrı olaraq necə xarakterizə edə bilərik.

Ədəbiyyat “ifadə etmək” olduqca uzun bir vaxt ala bilər, Lakin hər birimiz ədəbiyyatın nə olduğunu bilirik. Sözlərdən istifadə edən incəsənət forması. Lakin bir şeyin incəsənət olduğunu hesab edərsək, o zaman jurnalistika da ədəbiyyat ola bilər, akademik yazı da ədəbiyyat ola bilər. ədəbiyyat növbənövdür və çox geniş əhatə dairəsinə malikdir. Digər tərəfdən isə fəlsəfə nisbətən dar əhatə dairəsinə malikdir. Ən başda ifadə edilən problemlər əksərən bizi məşğul edən problemlərlə eynidir. Halbuki bu problemlər geniş əhatə dairəsinə malik olsalar da say etibarilə çox azdır. Fəlsəfə nəhəng bir nüfuza malik olmuşdur, lakin bu nüfuzu ortaya çıxaran filosofların sayı çox azdır. Fəlsəfənin çox çətin olmasından irəli gəlir bu.

Fəlsəfi problemlərin davamlılığı ilə bağlı düşüncələriniz A.N.Vaytheadın bütün Qərb fəlsəfəsi oldu kimi Platona istinadlardır deməsi ilə ən əvvəldən bəri üst-üstə düşür.

Bəli həqiqətən də elədir. Platon təkcə fəlsəfənin atası deyil, ən böyük filosofdur eyni zamanda. Əlbəttə fəlsəfədəki metodlar dəyişilir, amma hələ də Platonu geridə qoymuş sayılmırıq. Bu eyni zamanda fəlsəfənin elm kimi bir irəliləmə qət etmədiyini irəli sürür. Əlbəttə ədəbiyyat da irəliləmir, hər hansı səviyyəni qət etmir. Homerdən daha yaxşısı yoxdur. Lakin ədəbiyyatın davamlı olan bir vəzifəsi yoxdur, bu mənada da bir növ iş, əsər olduğunu demək mümkün deyil. Həqiqətən hər birimizin spontan bir şəkildə həzz aldığımız bir şeydir. Bu səbəblə də tamaşlara, oyunlara daha yaxın olan bir şeydir. Ədəbi modellər bizə çox təbii görünür. Gündəlik həyata və düşünən varlıqlar olaraq həyat tərzimizə çox yaxındırlar. Hər ədəbiyyat fantaziya deyil, lakin böyük bir qismi elədir. Evə qayıdaraq “günümüzün necə keçdiyini danışdığımızda”  əlimizdə olan məlumatları hekayə formasına çevirmiş oluruq. Ədəbiyyatla yaşayırıq, ədəbiyyatla nəfəs alırıq, hər birimiz ədəbiyyat xadimləriyik, dayanmadan dildən istifadə edərək əslində donuq və əsassız görünən təcrübələrimizdən qəribə formalar ortaya çıxarırıq. Bu yenidən forma verməyin həqiqətə qarşı hansı dərəcədə qəbahət hesab olunması isə hər incəsənət xadiminin üzləşməli olduğu bir problemdir. Ədəbiyyat və ya hər hansı incəsənət yaradıcılığı ilə məşğul olmağımızın dərin səbəblərindən biri dünyanın formasızlığının öhdəsindən gəlmək arzusudur. Əks halda mənasız bir yığın tullantı kimi görünən şeylərdən formalar yaradaraq həzz almaq arzusudur.

Həzz almaq ilə əlaqədar dediyiniz fikirlərə əsalanaraq ədəbiyyatın məqsədlərindən birinin hər zaman əyləndirmək olduğunu deyə bilərik. Lakin bunun fəlsəfə ilə əlaqədar olan bir məqsəd olduğunu düşünmürəm.

Fəlsəfə forma etibarilə əyləndirməyə əsaslanmasa da, rahatlıq verə bilər. Çünki o da bir növ qarışıqlıqdan forma çıxarmaqdır. Filosoflar əksərən çox saylı qarşıq obyektlərdən təşkil olunan mətnlər yaradırlar. Fəlsəfi hipotezlərin çoxu az ya da çox dərəcədə bu obyektlərə əsaslanır. Filosofun özündəki estetik duyğulardan şübhələnməsi və həyat gücünün instinktiv tərəflərinə qarşı tənqidi münasibəti normaldır. Digər tərəfdən də hər incəsənət xadiminin öz beyninin şüuraltı hissəsinə xüsusi bir eşqlə bağlı olması da gərəklidir. Nə də olsa, ona bu yaradıcı gücü bəxş edən və əsərlərini yazmasın imkan verən şey budur. Əlbəttə filosoflarında şüuralatı hissələri vardır. Və fəlsəfə qorxularımızın öhdəsindən gələ bilər. Bir filosofa “o nədən qorxur” deyə soruşmaq çox vaxt daha artıq şeylərin ortaya çıxmasına səbəb ola bilər. Filosof daxilindəki rahatlıq axtaran sənətkara qarşı mübarizə aparmalıdır. Probleminə bağlı qalmaq üçün həqiqətə çatmaq üçün öz yaratdığı əsəri hər zaman pozmaq məcburiyyətindədir. Ədəbi incəsənətlə uyğunlaşmağa meylli olmayan şeydir bu. Fəlsəfə təkrarlanmalıdır, eyni zəmin üzərinə təkrar olaraq gəlir və öz yaratdığı formaları davamlı olaraq dağıdır.

Bu ana qədər ədəbiyyata dair bir sıra şeylərdən bəhs etdiniz ki, bunlar da təbii olaraq fəlsəfə və ədəbiyyat arasında bir sıra fərqliliklərin olduğunu ortaya qoyur. Məsələn, hekayə danışmağın təbii olduğunu qeyd etdiniz, hər birimizin gündəlik həyatda etdiyini və etmək istədiyini dediniz. Düşünürəm ki, fəlsəf bu baxımdan bir qədər qeyri təbii olandır. Fəlsəfə inanclarımızı və inanclarımızdakı  ehtimalların tənqidi həllini gərəkdirir. Baxmayaraq ki, çoxu insan nə bunu etməkdən, nə də bunun özünə edilməsindən xoşu gəlir. İnanclarının əsaslandığı baxışlar sorğulandığında bu onlara güvənsiz hiss etdirir və buna qarşı şiddətlə müqavimət göstərirlər.

Bəli. Fəlsəfənin təbiliyə əks olduğunu düşünürəm. Çox qəribə bir şəkildə təbii olmayan bir fəaliyyətdir. Hər fəlsəfə müəllimi bunu hiss etmişdir. Fəlsəfə normalda əsaslandığımız yarı-estetik anlayış vərdişlər yığınını narahat edir. Hyum, filosofun belə işləməyi buraxdığında bu ənənəvi yanaşmalara baş vurduğunu qeyd edir. Çünki fəlsəfə elmi bir məşuliyyət deyildir və elmə daxil olan şəxs fəlsəfədən kənara çıxmış olur. Fəlsəfə ən dərin və ən geniş anlayışlarımızı  düşüncənin içərisində qavrama və çıxarıb atmaq fəaliyyətidir. İnsanları fəlsəfənin dediyi səviyyədə baxmağa məcbur etmək asan iş deyildir.

Bertran Rassel bir dəfə fəlsəfənin cavab verə bilməyəcəyimiz suallardan ibarət olduğunu qeyd etmişdi. İsaiah Berlin də bu yanaşmanı mənimsəyir.

Bəli, necə cavablayacağımızı bilmədiyimiz və bəlkə də, necə sual verməyimizin lazım olduğunu bilmədiyimiz. Cavablaya bilməyəcəyimiz çox sual var, amma onları necə cavablaya biləcəyimizi  bilirik. Fəlsəfə onunla məşğul olanın mütləq qəribəliyini görməyi və buna dair daha dərinə enən suallar verməyə çalışmağı gərəkdirir.

 

 

Bryann  Magee, BBC, 1977

İris Murdock,”Existentialists and Mystics”

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.