Cümə, May 20, 2022

FƏLSƏFƏ, SƏNƏT

“İncəsənət və ifadə azadlığı” – Diya Xan

Tənqidçilər tərəfindən alqışlarla qarşılanan musiqi prodüseri, bəstəkar və “Emmi” mükafatı laureatı sənədli film rejissoru Diya Xan 2014-cü ildə BMT-yə verdiyi təqdimatına bu cümlələrlə bağlayır: “Bir ölkədə insan hüquqlarını qiymətləndirərkən, bura incəsənət xadimlərinin qəlblərindəki ifadə azadlığını da əlavə etməliyik”.

İncəsənət dil və mədəni sərhədləri aşa biləcək yeganə qabiliyyətə sahib, güclü ünsiyyət vasitəsi və insan olmanın nə mənaya gəldiyinin ifadəsidir. İncəsənət utanmaz də ola bilər, ucaldıcı da, başa düşülən də, qarışıq da. O ayrıca dəyişdirmə və yeniləmə potensialına köklənmiş, insanın özünü ifadəsinin ilk yaradıcı formalarından biridir. Müqaviməti və üsyanı, etirazı və ümidi ifadə edən fövqəladə bir potensiala malikdir. Müzakirələr başlada bilər: məsələləri ictimai sferaya qədər gətirə bilər, sui istifadə hallarını ortaya çıxara və yeni bir dünyalara işarə edə bilər: insanlara akademik və siyasi nitqlərdən daha təsirli bir yolla və daha dərin üslubla toxunmaq, bizi gözyaşlarına boğmaq, qəhqəhə çəkdirmək və hərəkətə təşviq etmək kimi. Əlbəttə ki, incəsənət xadimlərinin, ziyalılar və qadınların hər zaman zalım rejimlərin, ənənəçi qrupların və irticaçı istiqamətlərdə olan hər kəsin hədəfində olmasının bir səbəbi var: onların (bu rejimlərin) həqiqətlər üzərindəki “qavranılan” inhisarçılığını, ya da zalımlığını və rüşvətxorluğunu təhdid edən hər hansı bir vəziyyətə dözə bilməmələri.

Belə ki, harada günahkar axtarılırsa, əxlaqa və dini qaydalara qarşı və ya təxribatçı olaraq dərhal incəsənət ittiham olunur. İncəsənət xadimləri təcavüzdən həbsə, senzuradan dəyərlərin təhqir olunması ittihamlarına qədər bir çox bənzər yolla susdurulur: bu bəzən bir ölüm cəzası da ola bilir. İncəsənət ənənələrimiz içərisində yaradıcılığım təmtəraqlı potensialını ortaya çıxarıb yeni yollar kəşf etməyin bərəkəti ilə bu dəyərli insan qaynağı dərin bir davamlılığın meyvəsidir. Bu şübhəsiz ki, insan uğurlarının və təcrübəsinin ən təpə nöqtələrindən də biridir. Radikal ingilis şairi Şelinin (Shelly) şeirləri dünya qanunlarını müəyyən edənlər tərəfindən qəbul edilməmişdi. O, gələcəyin bir toxumun içərisindəki bitki kimi bu anda var olduğunu qeyd edirdi. İncəsənət bu baxımdan birliyin, bərabərliyin və fərqliliyin olduğu bir gələcəyi reallaşdırmaq imkanına sahibdir. Bu baxımdan incəsənət xadimləri həyati dərəcədə dəyərləndirilməli olduqları halda, təəssüf ki, onların vətəndaş cəmiyyətinin inkişafındakı payları hər zaman xor görülmüşdür.

İncəsənət xadimləri harada olurlarsa, hansı dövrün içərisində yer alırlarsa alsınlar – xüsusilə təzyiq, qarışıqlıq və xaos dönəmlərində – insanın vəziyyətini dilə gətirməklə insan haqlarını və ləyaqətini ayaqda saxlamaq rolunu üzərinə götürüblər. Çox təəssüf ki, incəsənətin azadedici və sərhədsiz potensiala malik olduğu gerçəyi barəsində danışmaq insan ruhunun ram edilməsi üçün sərmayə yatırmaqdan çəkinməyən iqtidarlar tərəfindən qorxu siyasəti ilə əngəllənmişdir. Medianın idarə olunduğu bir yerdə incəsənət azadlığın ən son səsinə çevrilir. O, xaricə çıxan rəsmi qurumdan, müxalif bir kanaldan, alternativ gələcəyin və tarixin izah olunduğu yerdən daha güvəniləndir. Qadın səslərinin susdurulduğu bir yerdə qadının özünü ifadə etməsi, ictimai cinsiyyət rollarının qatı sərhədləmələrini rədd edərək üsyan etməsidir. Əslində qorxuya və təzyiqə məruz qalan cəmiyyətlərdə incəsənət daha yaxşı bir dünya üçün ümid toxumudur. Yardıcı prosesin özü daha geniş azadlıqların axtarışı üçün toxumlar əkən daxili müstəqillik hissi doğurur. İncəsənət ən yoxsul vətəndaşa belə uyğunlaşan ən əlverişli ifadə formalarından biridir. Gərəkli olan vasitələr isə sadəcə bir səs, bir qələm və ya bir nağara (drum) qədər sadə ola bilər.

İncəsənətin ortaya çıxara biləcəyi dəyişiklik potensialı onu əzmək üçün istifadə olunan fövqəltəbii fəaliyyətlərlə özünü bəlli edir. Mali və Pakistan kimi ölkələrdəki dini ekstremistlərin bədii ifadələrə və incəsənət xadimlərinə hücumları kimi.

Qadın incəsənət xadimlərinin ayrıseçkiliyə məruz qalması, ifadə azadlıqlarının məhdudlaşdırılması, təcüvüzlər qurban edilənlər və ailələrinin təhdid edilməsindən daha çox təsirə malikdir. Bu cür münasibət müzakirələri məhv edir və insan ruhunun ən dərin ifadələrindən biri olan incəsənəti sərhədləyir. İncəsənət demokratiya üçün azad mətbuat qədər gərəklidir. Mən buna inanıram.  Ancaq vəziyyət belə ikən, çox təəssüf ki, incəsənət dünyanın hər yerində təzyiqə məruz qalır. Mali və Əfqanıstanda bu insanlara qarşı təzyiqlərin üstü hər zaman qapadılır. İncəsənət, öz maraqlarını insanların ifadə azadlığından daha dəyərli görən qruplar tərəfindən “dini təhqir etmək” qanunlarına əsaslanaraq müxtəlif bəhanələrlə təzyiqə məruz qalır. Bu qruplar qalareyalar, nəşriyyatlar və konsert salonları vasitəsilə incəsənətdən maddi gəlir qaynağı kimi istifadə edirlər. İncəsənətin ən yaradıcı sahəsi olan ikonaklastik tərzin ((ənənələrə qarşı çıxan forma) təsirlərindən qorxduqları üçün onu əridib yox edirlər.

İncəsənət və ifadə azadlığı insan xəzinəsinin ən qiymətli ünsürüdür. Hər bir demokratiya özündə bunları ehtiva etməlidir. Hansı ölkədə olursa olsun insan hüquqları barəsindəki qiymətləndirmələrimiz incəsənət xadimlərinin qəlblərindəkiləri ifadə etməyə imkan verən azad düşüncələrə də yer verməlidir.  İncəsənət xadimlərinə qarşı təzyiqlər ənənə və inancların fəsadı olmaqdan ziyadə, siyasi bir fəaliyyət olaraq nəzərdən keçirilməlidir, müxaliflərə qarşı repressiya kimi. Çünki incəsənət siyasi aktivizmdən sadəcə ifadə formasına görə fərqlənir: İnsanlıq qədər qədim və hər mədəniyyətə və ənənəyə dərindən həkk olmuş, insanları nəsillər boyu hərəkətə gətirən, ilham verən və birləşdirən metodlardır.

Bir qadın və bir incəsənət xadimi olaraq incəsənətin ictimai dəyişiklik yaratmaq gücünə inanıram. İncəsənət xadimlərinin ifadə və yaradıcılıq azadlığına sahib olmasını təmin etməyin insan olaraq hər birimizin ortaq təşəbbüsümüz olmasına inanıram. Bitkinin toxumundan böyüməsi kimi…

*Diya Xan – Norveçli rejissor və insan hüquqları müdafiəçisidir. Yazıda 2014-cü ilin martında BMT İnsan Hüquqları Komitəsindəki çıxışından hissələrə yer verilmişdir.

Mənbə: Freemuse

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.