Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Fəlsəfə tarixinə qarş – Michael Huemer

Əvvəlki iki məqaləmdə  ardıcıl olaraq qitə fəlsəfəsinə və Analitik fəlsəfəyə hücum etmişdim. Lakin hələ də incidə bilmədiyim bəzi fəlsəfəçilər vardır. O səbəbdən də indi insanların fəlsəfə fakültələrində məşğul olduğu üçüncü əsas işə hücum etmək vaxtıdır: fəlsəfə tarixi. Niyə fəlsəfə tarixi dərsləri alırıq anlamıram. İllər boyu fəlsəfə tarixi haqqında çoxsaylı dərslər aldım və bir xeyli dərs dinlədim və zaman zaman da bu sualı dilə gətirdim, lakin heç kim mənə niyə belə bir sahəmizin olduğunu izah etmədi

Fəlsəfə tarixi nədir?

Məni yanlış anlamayın.  Nə üçün tarixi fiqurlar haqqında oxuduğumuzu və onları dərslərimizdə əhatə etdiyimizi anlayıram – çünki keçmişdəki məşhur filosoflar adətən maraqlıdırlar və bu gün hələ də sıx-sıx müzakirə edilən baxışların kanonik formullarını vermişlər. Eyni zamanda çox geniş bir əhatə dairələri və əksər çağdaş araşdırmada (işdə) əskik olan cəsarətləri var.

Anlamadığım şey isə fəlsəfə tarixinin niyə akademik fəlsəfənin bir sahəsi olaraq var olmasıdır. Bilməyənlər üçün qeyd edim ki, İngilis dilli dünyada bütün karyeralarını fəlsəfə tarixindəki müəyyən bir dönəmi (demək olar ki, hər zaman Qərb fəlsəfi daxilində) və bəzən də sadəcə tək bir filosofu araşdırmaya həsr etmiş fəlsəfəçilər var.

Bu tədqiqatçılar nə tapmağa çalışırlar? Unudulmuş yaxud da itmiş yazılarımı axtarırlar? müəyyən fikirlərin tarixi köklərini və əsrlər boyu necə inkişaf etdiyinimi tapmağa çalışırlar?  Və ya bəlkə də tarixi fiqurların müdafiə etdiyi müəyyən fikirlərin doğru və ya yanlış olduğunumu anlamağa çalışırlar?

Xeyr, həqiqtən belə deyil. Bunlardan heç biri deyil. Fəlsəfə tarixindəki tədqiqatçılar əsasən belə edirlər: qəbul edilmiş bir sıra büyük fiqurlar tərəfindən  yazılmış, uzun müddətdir əlimizdə olan müəyyən kitablar var. Müəyyən bir filosofun kitablarını oxuyursan. Sonra da o kitabların birindən müəyyən bir hissəni seçirsən və o hissənin nə mənaya gəldiyi ilə bağlı olaraq başqaları ilə müzakirə edirsən. Argumentlərini formalaşdırarkən həmin filosofun dediyi başqa şeylərə istinad edirsən. Bununla yanaşı  böyük fiqurun daha az sayda və ya daha az faciəli xətalar etdiyinə işarə etdiyi üçün öz şərhinin başqa bir şərhdən “daha rəhimli” olduğunu iddia edirsən.

Etməyi umduğun şey ən çox böyük filosofun sözlərini şərh etməyin sarsıdıcı yeni yolunu tapmaqdır və bunun daha əvvəl kimsə tərəfindən düşünülməmiş olmasına rığmən təəccübləndirici dərəcədə müdafiə olunan olmasıdır. Hələ bu fəlsəfəçinin deməklə məşhur olduğu şeylərdən birini dediyini rədd edərsən xüsusilə əyləncəli olur. Məsələn, bir formada Kantın bir konsekvensialist(nəticəçi) olduğunu müdafiə edə bilsən möhtəşəm olmazdımı?

Kant həqiqətən bir nəticəçi ola bilər – xoş niyyətin meyl edilən hər hansı bir obyektdən mənası etibarilə daha üstün (sonsuz dərəcədə daha dəyərli) olduğunu düşünən qəribə bir nəticəçi.

Fəlsəfə tarixi nə tarix nə də fəlsəfədir.

İndi hesab edək ki, həqiqən yaxşı bir fəlsəfə tarixçisi var və öz sahəsinin stantdartlarına görə həqiqətən böyük bir iş görür, eyni zamanda da gördüyü iş tamamailə doğru və inandırıcıdır. Burada ən çox yerinə yetirilmiş olan nədir?

Cavab: “Artıq P filosofunun U deyərkən nə izah etmək istədiyini bilirik”. Bundan daha əvvəl bəlkə də bəziləri U-nun X mənasına gəldiyini hesab edirdi, indi isə əslində Y mənasına gəldiyini bilirik.

Bunun fəlsəfə mövqeyindən bir mənası yoxdur. Hələ də X-inmi yoxsa Y-inmi doğru olduğunu bilmirik. Böyük fəlsəfəçinin Y olduğunu düşündüyü üçün bunun ən azından Y üçün bir ölçüdə sübut təşkil etdiyini düşünə bilərik. Lakin bu həddindən artıq dərəcədə zəif bir sübut olacaq(böyük fəlsəfəçilərin demək olar ki,bütün əsas nəzəriyyələri yanlışdır). Həm də (ayrıca) məsələni sırf bu yöndən araşdırmaq mənasızdır. Y-ə inanmaq üçün hansı fəlsəfi səbəblərimizin olduğunu düşünmək çox daha yaxşı olacaqdır.

Bunun eyni zamanda minimal tarixi önəmi da vardır. “Bu hissəni yazdığında bu şəxsin ağlından hansı düşüncələr keçirdi?” texniki olaraq tarixi bir sualdır. Lakin bu önəmsiz sualdır, tarixdəki hər hansı önəmli bir hadisəni anlamaqla əlaqəsi yoxdur. Məsələn, Aristotelin Metafizikanın Gamma-sının düzgün şərhini əldə etsək, Romanın nə üçün çökdüyünü anlamayacağıq.

Burada nəzərdə tutulan saf intellektual tarix olsa belə tarixi baxımdan önəmli olan Aristotelin onu oxuyanlar tərəfindən necə başa düşüldüyü, anladıqları şeyin Aristotelin həqiqətən dediyi şey olub olmadığıdır.

Qısaca, fəsəfə tarixçiləri bir önəmə malik olmayan şeylərə böyük miqdarda enerji sərf edirlər.

Soruşa bilərsiniz ki, bunun nəyi yanlışdır? Tarixçilər ən azından məşğul olduqları şeyi sevirlər kimi görünürlər, yəni onlar üçün yetəri qədər maraqlıdır. Dorğrudur. Lakin ağıllı insanlar cəmiyətdə çox az tapılan bir qaynaqdır. Sizin beyin gücünüzü önəmsiz məsələlərə xərcləməyinizdə bir problem yoxdur. Lakin cəmiyyətin sizə bunu etməyiniz üçün pul ödəməsinə heç bir səbəb yoxdur, hələ ki, beyin gücü xərclənməsindən fayda əldə edəcəyi önəmli suallar varkən.

Niyə fəlsəfə tariximiz var?

Elədirsə, niyə belə bir akademik araşdırma sahəsi var?

Çünki araşdırma istiqamətli fəlsəfə şöbələrində (bütün fəlsəfə şöbələrində olduğu kimi) fəlsəfə tarixi dərsləri var. Bu dərsləri öyrətməsi üçü birini işə qəbul etdiklərində fəlsəfə tarixində ixtisaslaşmış birisini qəbul etmək gərəkdiyini düşünürlər. Araşdırma ilə məşğul olan bir məktəbdə olduqları üçün qəbul edilən şəxslərdən dərs verməklə yanaşı araşdırma ilə məşğul olmaları da gözlənilir.Bu səbəblə də yuxarıda izah etdiyim şeyləri edirlər.

Bir həll:  fəlsəfə tarixini izah etməsi üçün əslində bir tarixçiyə ehtiyacınız yoxdur. Hər hansı adi bir fəlsəfəçi fəlsəfə tarixini öyrədə bilər, çünki hər hansı adi bir fəlsəfəçi verilən tarixi bir şəxsin  bir neçə əsas işini oxuya və onları tələbələrə yetəcək qədər yaxşı izah edə bilər. Fəlsəfə tarixi tədqiqatçılarının müzakirə etdiyi daha qarışıq, incə şərhə əsaslanan mövzular ixtisas dərsləri üçün uyğun deyildir. Tarix tədqiqatçıları bunları izah etməkdə adi fəlsəfəçilərdən daha pis də ola bilərlər, çünki onlar tələbələrin başlarını qarışdırır və tələbələr də kiçik şərhə əsaslanan detallarda itirlər.

Demək istədiyim, gedin hər hansı bir fəlsəfəçini işə alın.

Fəlsəfə tarixinin sizin üçün zərərli olduğu vaxtlar.

Dini mətnlərin problemi

Fəlsəfə tarixinə həddindən artıq fokuslanmaq zehniniz üçün zərərlidir, həddindən artıq dindar olmanın zehninizə zərərli olması kimi.

Dini mətnlərə fokuslandıqları üçün dindar insanlar bəzən gerçək dünyaya baxaraq onu anlamaqdan geri qalırlar. İncili, Quranı və s. müqəddəs bir mətn kimi görürsünüzsə, bütün dünyanı onun şərtlərindən anlamağa çalışmağınız və dolayısı ilə həddindən dar baxış bucağınıza malik olmağınız mümkündür. Bununla bərabər böyük ehtimalla bu kitablar xəta və yanıldıcı hissələrə malik olacaq və dindar şəxs bu xətalara bəhanə tapmaq üçün çalışarkən yanlış inanclara yönələcəkdir.

Fəlsəfə tarixindəki önəmli mətnlər tam olaraq dini mətnlər kimi nəzərdən keçirilmir. Lakin tam olaraq onlardan fərqli şəkildə də nəzərdən keçirilmir. Tarixçilər ümumi olaraq seçdikləri tarixi fiqurlara hərhansı çağdaş tarixi fiqura göstəriləndən daha çox hörmət və itaət göstərirlər, böyük ehtimalla heç kimə göstərilməməsi lazım olan qədər. O böyük filosofun xətalı yaxud da önəmli bir fəlsəfi nöqtədə çaşdığını qəbul etməmək üçün əllərindən gələni edirlər.

Az qala bütün filosoflar əsasən xətalıdır. Lakin əgər bir fəlsəfəçini öyrənməyə çox vaxt ayırsanız, dünyanı onun fikriləri üzərindən anlamağa başladığınız folie a deux-a (ikili dəlilik) sürüklənirsiniz. Əksər fəlsəfə tarixçisi üzərində işlədiyi fəlsəfəçinin əsasında haqlı olduğuna inanır (lakin öz işlərində bunu müdafiə etməkdən daha çox yuxarıda deyildiyi kimi şərhə fokuslanırlar).

İlk baxışdan uzaq keçmişdən bir fəlsəfəçinin təqibçisi olmaq heç də gərəkli görünmür (200 ildən daha əvvəlkilər deyək) Bunun bir səbəbi bir bütöv olaraq insan biliyi 200 il və ondan əvvəlki dönəmdə tamamilə fərqli bir halda idi. Əksər böyük filosofun öz yazılarını yazdığı vaxtda elm az da olsa mövcud idi. Fəlsəfə belə son 200 ildə böyük inkişaf etmişdi. Çağdaş fəlsəfəçilərin köhnə fəlsəfəçilərin əsərlərinə çatmaq imkanı yanında daha ciddi təlim və çox geniş, müxtəlif və aktiv profesional fəlsəfəçilər qrupu ilə yaradıcı əlaqələrə malik olmaq kimi üstünlükləri var.

İndi, əgər sizin fəlsəfəniz əsas etibarilə minlərlə və yüzlərlər il əvvəl yaşamış bir filosofun fəlsəfəsinə uyğun gəlirsə, siz rəsmən deyirsiniz ki, “Nə o zamandan bəri ucsuz bucaqsız genişləyən insan biliyini, nə də keçən əsrlərdəki fəlsəfəçilərin əsərlərinin önəmi var”, “fəlsəfə məsələlərində bunların heç biri bizi elmdən əvvəlki çağda yaşaymış olan bir adam qədər irəli apara bilməz” deyirsiniz.

Düşünürəm ki, bu qeyri-mümkündür.

Xahiş edirəm, Aristotelçi olmayın.

Bir nümunə verəcək olsam, bu gün Aristotelin təqibçisi olan insanlar vardır. Məncə bu bir çılğınlıqdır. Aristotel özü bu gün yaşamış olsaydı, qətiyyən Aristotelçi olmazdı. Onu günümüzdəki zamana gətirsək, dərhal müasir elmi öyrənməyə başlayar, öyrəndiklərinə əsaslanaraq modası keçmiş fikirlərini tərk edər və çox güman ki, müasir Aristotelçilərə gülərdi.

Aristotel bütün zamanların ən büyük düşüncə xadimi ola bilər. Lakin böyük, hətta ən böyük düşüncə xadimi olmaq belə keçdiyimiz 200 ildə toplanmış insan biliyinə çata bilmək qədər önəmli deyil. Bu səbəbdəndir ki, Aristotelin böyüklüyünə çata bilməyəcək günümüzdəki düşüncə xadimlərinin araşdırmaları böyük ehtimalla Aristoteliniklərdən daha doğrudur. Aristotelin fəlsəfi metodu böyük ölçüdə çoxluğun və müdriklərin fikirlərini uzlaşdırmaq haqqındadır. Amma əlbəttə ki, bunlar öz zamanında yaşamış və aşağı yuxarı heç bir şey bilməyən insanların düşüncələrinəə uyğun gəlir.

Bir az da müəyyənləşdirəcək olsaq, Aristotelin fəlsəfəsi teologiya ilə doludur. Şeylərin öz içərilərində yerləşmiş məqsədləri və funksiyaları olmalıdır – sadəcə şüurlu varlıqların və obyektlərin deyil, təbiətdəki hər şeyin. Bu tamamilə xətalı bir dünyagörüşüdür. Əgər 2000 il əvvəldə yaşayırsınızsa, belə düşünmək axmaqlıq deyildir. Amma bu gün hər cür fenomenə dair detallı və cəsarətlə test edilmiş nəhəng bir elmi açıqlamalar yığınımız var. Təbii teologiyanın – hər hansı bir şüurlu varlığın arzularından müstəqil olaraq təbiətdə var olan məqsədlər və “funksiyalar”- buna ən kiçik payı belə yoxdur*.

*Bilirəm indi kimsə, təbii funksiyaların biologiyada ortaya çıxdığını iddia edən bir şərh verəcək. Lakin təkamülçü funksiyalar Aristotelçi “teleo”-larala eyni deyildir. Bütün bioloji fenomenlər mexaniki səbəbiyyətlə izah edilə bilir.

Yəni hələ təbii funksiyalardan bəhs edirsinizsə, məncə bu dörd bədən mayesinin balanssızlığından narahat olan həkimin etdiyinə bənzəyir.

Mətnin xaricinə baxın

Mənə qalarsa, fəlsəfə tarixi ilə məşğul olmanın cazibədarlığının bir qismi onun təcrid halında olmasından qaynaqlanır: bir şəxs sadə şəkildə sırf A filosofunun mətnlərindən ibarət dünyada məskunlaşa bilir. Bu mətnlərin hamısını oxumağımız mümkündür və fəlsəfəçi ölmüş olduğundan daha artığını yaratmayacağını də bilirik.(Yenə də şübhəsiz ki, ikinci dərəcəli qaynaqlardan daha çoxu gələcəkdir)

Əgər adi bir fəlsəfəçisinizsə, hər tərəfdən gələcək etirazları və dəlilləri ağlınızda tutmalısınız. Bir fəlsəfəçi istinad etməli olduğunuz tamamilə yeni bir arqument ortaya qoya bilər. Bir elmi kəşf(öz sahənizdə belə olmasına ehtiyac yoxdur) nəzəriyyələrinizdən birinə şübhə sala bilər(təbii ki, haqqında danışdığınız məsələləri “saf anlayışlar” olaraq ifadə etməmisinizsə)

Tarixçisinizsə, bütün bunları problem etməyinizə ehtiyac yoxdur, çünki siz hər hansı bir fəlsəfi fikirin doğru olduğunu müdafiə etmirsiniz. Sadəcə bir fəlsəfi fikrin mətnlər tərəfindən dəstəkləndiyini deyirsiniz. Bu xətanı daha sadə və asan formaya salır.

Lakin bu eyni zamanda fəlsəfə tarixinin zərərli olmasının da səbəbidir. Çünki insanlar fəlsəfənin böyük sualları haqqında həqiqətən düşünməlidirlər. Və onlar haqqında düşünərkən bunu gerçəkliyə aid çox fərqli mülahizələri göz önünə alacaq şəkildə etməliyik.

Məsələn nəyi etmənin doğru olduğu haqqında düşünməliyik. Kantın fikrincə nəyi etmənin doğru olduğu haqqında deyil. Nəyin gerçək olduğunu düşünməliyik, Platonun nəyin gerçək olduğunu deməsi haqqında yox.

Tərcümə: Araz Əliyev

MənbəFake Nous 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.