“90 dəqiqədə Nitsşe” Bakı Fəlsəfə Akademiyasının sayca altıncı kitabıdır. “Hər kəs üçün fəlsəfə” ideyasına sadiq qalaraq daha çox oxucunu fəlsəfə ilə tanış etmək, dilimizdəki mənbə məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə kitabı oxucularımıza təmənnasız elektron formada təqdim edirik.
Kitab Bakı Dövlət Universitetini Fəlsəfə tarixi ixtisası üzrə magistrantı Cavidan Hacıyev tərəfindən heç bir qarşılıq güdülmədən, təmənnasız olaraq tərcümə edilmişdir. Kitabın tərcümə prosesi rus dilli nəşri əsasında həyata keçirilmiş və korrektə edilmişdir. Tərcümə əsnasında kitabın bədii xüsusiyyətləri, o cümlədən müəllifin yazı üslubu və dili qorunmuş, bəzi mübahisəli ifadələrin ayrıca izahı verilmişdir.
Bakı Fəlsəfə Akademiyası olaraq ənnəmizə uyğun olaraq türk dilindən Azərbaycan dilinə tərcümə edilən kitabların böyük əksəriyyətini, həmçinin digər dillərdən qarşılıqsız tərcümə edilən kitabları təmənnasız və ya elektron formada yayımlayacağıq.
Tərcüməçi: Cavidan Hacıyev
Redaktor: Araz Əliyev
Korrektor: Qoşqar Abbas
Dizayn və tərtibat: QR
53 səhifə
Kitabı yüklə – Pol Stratern: 90 Dəqiqədə Nitsşe