Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Epikürün Pytoklesə məktubu

Epikür Pytoklesi salamlayır. Kleonun mənə gətirdiyi məktubunda sənə göstərdiyim marağın qarşılığında mənə hər zaman hörmətlə davranırsan və həyatı xoşbəxt edəcək düşüncələri uyğun yerdə xatırlatmağa çalışırsan. Bir də daha asan xatırlaya bilmək üçün sənə göy cismləri haqqında qısa və əsaslı araşdırma göndərməyimi xahiş edirsən. Çünki dediyin kimi, kitablarımı əlindən düşürmədiyin halda başqa yerlərdəki yazılarım asan yadda qalacaq yazılar deyil. Bu xahişini sevərək qəbul edirəm və gözəl ümidlərlə dolu olduğumu bildirirəm.

Geri qalan bütün yazılarımı yazdıqdan sonra daha çox şəxs üçün, xüsusilə də həqiqi təbiət araşdırmalarının dadını yenicə almış olanlar və geniş yayılmış təhsil mövzularından daha dərinə araşdırmalara girişmiş olan üçün yararlı olduğunu düşündüyüm bu əsəri tamamlayacağam. Bunları yaxşıca öyrən və yadında saxla. Heredotusa göndərdiyim digərləri ilə birlikdə diqqətlə araşdır.

Hər şeydən əvvəl bil ki, istər digərləri ilə bağlantılı, istərsə də müstəqil olaraq düşünülsün, göy cisimləri ilə əlaqədar məlumatların digər mövzularda da olduğu kimi sarsılmazlıq və sağlam inancdan başqa qayəsi yoxdur.

Mümkünsüz olanı məcbur etməmək lazımdır, insan həyatı haqqında danışdığımız zaman ya da başqa əsas fizika qanunlarını izah edərkən – məsələn, kainat cimslərdən və əllə tutula bilməyən təbii quruluşdan ibrətdir, öğeler bölünməz və faktlarla tək tərəfli uyğunluq içində olan bunun kimi hökmləri izah edərkən – hər mövzuda eyni araşdırma metodunu istifadə etməməliyik. Göy cismləri üçün bunu edə bilmərik, əksinə bunların yaranma səbəbləri də, mahiyyətləri ilə əlaqədar xüsusiyyətləri də çox yönlüdür və duyğularla uyğunluq içindədir.

Təbiəti boş düşüncələrə və təsadüfi qaydalara görə deyil, hadisələrin gərəkdirdiyi kimi araşdırmalıyıq. Çünki həyatımızın ağıldan kənar və boş zənnlərə ehtiyacı yoxdur, tək ehtiyacımız sakit həyatdır. Beləliklə, hər şeyin hadisələrlə uyğunluq içərisində və birdən artıq səbəblə izah edilməsinə uyğun olaraq, bunlarla əlaqədar mümkün olan izahlar gətirildiyi zaman hər şey düzgün gedir. Amma bir izahı alıb, digərini kənara atdığımız zaman aydın olur ki, hər cür təbiət araşdırmasından uzaqlaşıb əfsanə sahəsinə düşürük. Bizim dünyamızda necə baş verdiyini müşahidə etdiyimiz bəzi hadisələr göydə baş verən hadisələrlə bağlı ip ucu verir. Göy hadisələrinin necə olduğunu müşahidə edə bilmirik, çünki bunlar birdən çox şəkildə ortaya çıxırlar.

Bununla birlikdə hər birinin ortaya çıxmasını müşahidə etməli və bununla əlaqəsi olan hadisələrdə birdən çox səbəbə bağlı olaraq ortaya çıxanı və bizdəki hadisələrlə ziddiyyət təşkil etməyəni ayırmalıyıq. Dünya göz üzünün sonlu parçasıdır. İçində ulduzlar, yer və bütün digər gözlə görə bildiyimiz cismlər vardır. Dünya dağılsa, içərisindəki hər şey dağılacaqdır. Sonsuzluqdan kəsilmiş bir parçadır və incə ya da qalın, çevrə üzrə hərəkət edən ya da yerində dayanan, yumru, üçbucaq ya da hər hansı formada sərhədlə sona çatır. Lakin bunlardan hər cürəsi ola bilər. Çünki bu ucu-bucağı anlaşılmayan bu dünyada ortaya çıxan hadislərin heç biri ilə ziddiyyət təşkil etmir.

Bu cür sonsuz sayda dünya olduğunu və bir dünyada ya da dünyalararası sahədə (bununla dünyalar arasındakı sahəni nəzərdə tuturuq) boşluqlarla dolu bir yerdə, amma bəzilərinin irəli sürdüyü kimi geniş, aydın və bomboş yerdə deyil, belə bir dünyanın meydana gəlməsinin mümkün olduğunu qavraya bilərik. Dünyanın meydana gəlmə prosesi bu cür baş verir: bir sıra uyğun toxumlar bir dünyadan ya da dünyalararası sahədən ya da birdən çox dünyadan çıxaraq bir araya toplanılar və yavaş-yavaş çoxlaraq bir-birinə yapışırlar, bir yerdən başqa bir yerə keçirlər (əgər belə olarsa) və formalaşmalarını tamamlayaraq davamlılıq qazanacaqları vaxta qədər uyğun qaynaqlardan qidalanırlar (sulanırlar). Bundan sonra altdakı təməlləri onları qəbul etdiyi miqyasda dünya formalaşır.

Lakin bir dünyanın meydana gələcəyi (zərurilik prinsipinə bağlı olanlar belə deyir) və biri o biri ilə toqquşana qədər böyüyəcəyi (təbiət filosofu olaraq adlandırılanlardan biri bu cür düşünür) bir sahədə yalnız bir araya toplaşmaq və fırlanmaq hərəkəti yetərli deyildir, çünki bu gözlə görülən hadisələrlə ziddiyyət təşkil edir.

Günəş, ay və digər ulduzlar öz özlərinə yaranmış deyillər, sonradan dünyanın (və onu qoruyan nə varsa) onun içinə əlavə olunublar, amma hava əsaslı və ya od əsaslı ya da hər iki əsaslı bir sıra incə səthli obyektlərin bir araya toplanması və fırlanma hərəkətinə girməsi (torpaq və dəniz kimi) dərhal forma almış və irəliləmişdir. Elə hisslərin göstərdikləri də budur.

Günəşin və digər ulduzların böyüklüyü bizə görə, göründüyü qədərdir. Amma öz içində göründüyündən daha böyük və ya daha kiçik ya da göründüyü qədər ola bilərlər (eyni zamanda deyil). Bizim dünyamızdakı ocaqlar da uzaqdan baxıldığında bizim hisslərimizə görə görülür. Təlimin bu bölümü haqqında irəli sürülən bütün etirazlar Təbiət haqqında əsərimdə göstərdiyim kimi aydın işarələr nəzərə alınarsa, asanlıqla aradan qalxar.

Günəşin, ayın və digər ulduzların doğuşu və batışı, əgər şərtlər hər iki yerdə (şərqdə və qərbdə) yuxarıda haqqında danışdığımız nəticəni meydana gətirəcək şəkildədirsə, alışma və sönmə ilə əlaqəli ola bilər. Çünki gözlə görülən hadislərlə ziddiyyət içərisində deyil. Yuxarıda haqqında danışılan nəticə bunların yer üzündə ortaya çıxması və yenə də gizlənməsi ilə gerçəkləşə bilər. Çünki bu da gözlə görülə bilən hadisələrlə ziddiyyət təşkil etmir. Bunların hərəkətləri bütün göy üzünün fırlanma hərəkəti ilə yaranmış ola bilər, ya da göy öz yerində dayanır, bunlar da başlanğıcda dünya meydana gələrkən yaradılmış zəruri doğulma vərdişlərinə görə fırlanma hərəkəti içərisindədir. Ya da yanındakı yerlərə keçən odun yayılması ilə əlqədar həddindən artıq istilik səbəbindən.

Günəşin və ayın dönüşləri göy üzünün müəyyən zamanlarda girmək məcburiyyətində qaldığı meylli mövqeyinə bağlı ola bilər. Amma eyni zamanda havanın təzyiqinə, ya da hər zaman uyğun olan maddənin davamlı olaraq yanmasına və sonra yox olmasına da bağlı ola bilər. Ya da bu cür fırlanma hərəkətinin başlanğıcdan dairəvi hərəkət qazanacaq şəkildə ulduzların içərisində olması ilə bağlıdır. Çünki əgər bu cür xırdalıqlar haqqında ehtimal olunan fikirlərdən ayrılmasaq və astroloqların kölə işi olan sənətlərindən qorxmadan izahlarımızın hər birini hadisələrlə uyğunluqlaşdırsaq, bütün bu və buna yaxın olan izahlar aydın görünən işarələrin heç biri ilə ziddiyyət təşkil etməyəcəkdir.

Ayın boşalması və dolması kütləsinin fırlanmasına bağlı ola bilər, amma eyni zamanda havanın aldığı formaya, ayrıca araya başqa cimslərin girməsinə də bağlı ola bilər. Qısacası bu formanı izah etmək üçün bizim dünyamızdakı hadisələrin ortaya çıxdığı bütün şəkillərdə gerçəkləşmiş ola bilər. Yetər ki, insan, insanoğlu nəyi görüb, nəyi görməyəcəyinə baxmadan, tək tərəfli izaha sarılaraq digərlərini boşu-boşuna rədd etməsin. Bundan başqa ayın işığı özündən ola biləcəyi kimi, işığını günəşdən də almış ola bilər. Elə bizim özümüzdə də işığı özündən olan çox çey vardır, amma bir çox şeydə işığını başqa yerdən alır və göy hadisələrinin heç biri buna əngəl deyildir. Yetər ki, çox tərəfli izah formasını yaddan çıxarmayaq, bunu izləyən ehtimalları və səbəblərini nəzərə alaq və uyğunsuzluqlara diqqət yetirmədən gərəksiz yerdə o cür ya da bu cür tək tərəfli izahlara qapılmayaq. Ayın səthindəki üz görüntüsü ayın bölümləri arasındakı fərqlilikdən ya da araya başqa bir cismin girməsindən qaynaqlanmış ola bilər, ya da hadisələrlə uyğunluq içərisində olan bütün digər şəkillərdə ola bilər.

Bütün göy hadisələrinin bu araşdırılma metodundan əl çəkməməliyik. Çünki əgər insan aydın işarələrlə ziddiyyətə girmiş olarsa, həqiqi sarsılmazlıqdan heç vaxt pay ala bilməz. Günəş və ay tutulması bizdəki hadisələrdə də görüldüyü kimi, işığın sönməsi ya da araya yer kimi, göy kimi ya da bu cür başqa bir cismin girməsi nəticəsində ola bilər. Beləliklə, bir-birinə yaxın izah formalarını birlikdə nəzərdən keçirməli və bəzilərinin eyni anda keçərli olmasının mümkün olduğu unutmamalıyıq.

Bunların dönmələrindəki nizamı, bizim dünyamızda müşahidə edilən bəzi hadisələrdə olduğu kimi anlamalıyıq və bunlarla birlikdə qəti şəkildə bir ilahi varlıq fikrini irəli sürməməliyik, tanrıları əskiksiz xoşbəxtlik içərisində rahat buraxmalıyıq. Çünki əgər belə etməsək, göy cisimləri ilə bağlı bütün səbəb axtarışlarımız boşa getmiş olacaq, eynilə mümkünsüz metodlarla işləyənlərin başına gəldiyi kimi. Bunlar hadisələrin bir tək formada ortaya çıxdığını zənn edərək, bütün digər mümkün səbəbləri kənara atdıqda boş-boş danışmış olurlar. Beləliklə, ip ucu təşkil edəcək hadisələri nəzərdən keçirmədikləri üçün anlaşmazlığa sürüklənirlər.

Havanın necə olacağını göstərən işarələr ya bizdə görüldüyü kimi, zaman şərtlərinin üst-üstə düşməsi ilə ola bilər, ya da havanın dönməsindən və dəyişməsindən. Bunların ikisi də hadisələrlə ziddiyyət içərisində deyil. Amma hansı vəziyyətdə, səbəblərdən birinin ya da digərinin təsirli olduğunu ayırd etmək mümkünsüzdür.

Buludlar, istər havanın itələməsi nəticəsində havanın sıxlaşması, istərsə də bir-birinə yapışmış və nəticə əldə etməyə imkan verən atomların bir-birinə dolaşması ilə, istərsə də yerdən və sulardan gələn axıntıların toplanması ilə meydana gəlir və bir yerə toplanır. Amma bu formalaşmanın daha bir çox şəkildə də baş verməsi mümkündür. Yağış da bəzən bunların sıxlaşmasından, bəzən də dəyişikliyə uğramasından dolayı meydana gələ bilər. Ya da uyğun yerlərdən havaya yüksələn, nəmişliyin buxarlaşması ilə olur. Daha şiddətli sellər də, bu cür bir boşalmaya uyğun olan bir sıra yığnaqların nəticəsidir. Göy gurultusu, küləyin buludların çuxurlarında fırlanmasından qaynaqlanmış ola bilər. Bizim istifadə etdiyimin qabların içərisində sıxlaşmış hava da belə edir, ya da küləyin sovurması ilə içlərindəki odun guruldaması ilə, ya da buludların yarılıb yırtılmasından ya da yenə buz kimi qatılaşmış buludların bir-birinə sürtünüb çatlamasından qaynaqlanır. Bizim dünyamızdakı hadisələr ümumilikdə olduğu kimi, bu xırdalığın da birdən çox izahının olduğunu göstərir.

Eyni şəkildə şimşək də bir neçə səbəblə ortaya çıxır. Şimşəyi buludların sürtünməsi və toqquşması nəticəsində alova səbəb olan atomların atıldığı forma yaradır. Ya da küləyin təsiri ilə buludlardan bu parlaqlığı təmin edən hissəciklərin çıxması ilə meydana gəlir. Ya öz-özünə ya da küləyin təsiri ilə sıxılmış bulduların əzilməsi nəticəsində meydana gəlir. Ya da ulduzlardan yayılan işığın buludların içərisində tutulması, sonra da küləyin və buludların hərəkəti ilə onlarla birlikdə hərəkət edərkən buludların arasından qaçması nəticəsində yaranır.Ya da son dərəcə incə hissəciklərdən meydana gələn işığın buludlardan süzülməsi ilə (ya da buludlar odla alışır və göy gurultusu meydana gəlir) və bu işığın hərəkəti ilə yaranır. Ya da küləyin sıx təzyiq altında şiddətli hərəkəti nəticəsində alışması ilə yaranır.

Şimşək küləyin təsiri ilə buludların parçalanmasından və alova səbəb olan, dolayısı ilə də şimşək görüntüsü yaradan atomların kənara sıçramasından meydana gələ bilər. Gözün gördüyü hadisələrə bağlı qalaraq bunlara bənzər hadisələri nəzərə ala bilsək, bunun daha çoxsaylı səbəblə baş verə biləcəyini asanlıqla görə bilərik. Şimşək göy gurultusundan əvvəldir, çünki buludlar bu şəkildə meydana gəldiklərində küləyin buluda toqquşması ilə birlikdə şimşəyi yaradan forma kənara sıçrayır və ancaq bundan sonra buludun içərisində fırlanan külək bu gurultu səsini çıxardır. Ya da bu iki hadisə eyni anda baş verirsə, şimşək bizə daha böyük bir sürətlə gəlib çatır. Göy gurultusu isə arxasınca gəlir, eynilə bir-biri ilə vuruşan insanları uzaqdan izlədiyimiz zaman olduğu kimi. İldırımlar küləklərin dayanmadan bir yerə toplanmaları, sıxlaşması və şiddətlə alışması nəticəsində yaranır. Ya da bir parçanın qoparaq sürətlə aşağı düşməsi nəticəsində (bu qopmanın səbəbi sıxılmış bulduların özlərinə yaxın bölgələri daha sıx vəziyyətə gətirmələridir ya da göy gurultusunun yarandığı kimi, buludun içində fırlanan alovun genişlənib böyük bir güclə şişərək və buludlar (ildırımların xüsusilə düşdüyü yüksək dağlar qarşısında) sıxlaşdıqlarından yaxın yerlərə hərəkət edə bilmədiyi üçün buludu parçalayaraq kənara çıxması nəticəsində olur.

Amma ildırımlar daha bir neçə səbəblə də ortaya çıxa bilər. Yetər ki, əfsanə bu işə qarışmasın.. Əgər insan gözlə görülən hadisələri müşahidə edə və qaranlıq hadisələrlə bağlı ip uclarını da bunlardan çıxardarsa, heç qarışmayacaq da.

Burulğan külək topası tərəfindən və şiddətli küləklə hərəkət edən buludun bir sütün kimi aşağı enməsi ilə, bir yandan da kənardakı küləyin buludu yan tərəfdən itələməsi ilə yaranır. Ya da küləyin dairə kimi fırlanarkən havanı da yuxarıdan itələməsi nəticəsində baş verir. Ya da qüvvətli külək axını baş verir və ətrafındakı havanın sıxlığından dolayı bu axımın yanlara doğru yayıla bilməməsi nəticəsində.

Burulğan yerə endiyində qasırğaya səbəb olur və qasırğa küləyin hərəkətinə uyğun olaraq yaranır. Burulğan dənizə endiyində isə suda burulğan baş verir.

Zəlzələlər yerin daxilində qapalı qalmış külək səbəbindən yaranmış ola bilər. Bu külək kiçik torpaq parçalarının yanına yerləşib davamlı olaraq hərəkət edir və torpaqdakı sarsıntıya səbəb olur. Bu külək torpağa ya xaricdən daxil olur, ya da yer qatlarının yer altı mağaraların içərisinə düşməsi nəticəsində. Beləliklə içəridə qapalı qalmış hava küləyə çevirilir. Ya da zəlzələlər bir çox yer təbəqəsinin çökməsindən qaynaqlanan hərəkətin yayılması və yerin daha sərt hissələri ilə qarşılaşdığı zaman çırpılıb geri qayıtması nəticəsində baş verir.

Bu cür torpaq hərəkətləri bir çox digər səbəblə də olmuş ola bilər.

Küləklər vaxtaşırı yad bir maddənin az-az və davamlı olaraq havanın içərisinə girməsi ilə və bol suyun bir araya gəlməsi ilə yaranır. Geriyə qalan küləklər də bunlardan bir neçəsinin bir çuxura düşərək burdan yayılması ilə meydana gəlir.

Dolu küləyə bənzəyən bəzi parçaların şiddətlə donması, hər yandan bir araya toplanması və bölünməsi nəticəsində gerçəkləşir və suya bənzər olan bir sıra hissəciklərin daha yüngül formada donması və eyni anda parçalanması da dolunu meyada gətirir. Beləcə, parça parça və kütləvi olaraq donmaqla həm birləşmələri, həm də parçalanıb dağılmaları təmin edilmiş olur.

Dolunun yumru formasını kənarlarının hər yandan əriməsinə görə baş verməsi olmayacaq şey deyil və bu yumruluq yuxarıda qeyd etdiyimiz kimi deyil, istər suya bənzər, istərsə də küləyə bəzər hissəciklərin forma dəyişdirərkən (donarkən) dolunu hər tərəfədən bərabər şəkildə əhatələməsinin nəticəsidir

Buludlardan incə yağış yağdığı zaman qar meydana gələ bilər. Çünki ölçüləri bir-biri ilə uyğundur və şiddəti külək heç dayanmadan uyğun buludlara təzyiq edir. Sonra da yağış havada irəliləyərkən buludların altındakı yerlərdə şiddətli soyuma səbəbi ilə donur. Ya da üst-üstə sıxılmış və yan-yana gəlmiş nəm buludlardan gələn bu cür yağış, düzgün formada seyrəlmiş buludlardakı donmanın nəticəsidir. Bu buludlarda bir növ sıxılma olarsa, dolu meydana gəlir və ən çox ilk baharda görünür.

Və donmuş buludların bir-birinə sürtünməsi ilə bu qar yığını kənara çıxa bilər. Qar yağışı digər başqa səbəblərə görə də ola bilər.

Şeh, bu cür bir islaqlıq yaradacaq növdəki hissəciklərin gəlib bir-biri ilə birləşməsi nəticəsində meydana gəlir. Ya da hissəciklərin nəmli və sulu yerlərdən – şeh əsasən belə yerlərdə yaranır – yüksələrək eyni yerdə görüşmələri, islaqlıq yaratmaları, sonra yenə aşağı enmələri nəticəsində yaranır. Eynilə gözlərimizin önündə gerçəkləşdiyini gördüyümüz buna bənzər bir çox hadisə kimi.

Qırov da bu cür bir sıra hissəciklərin soyuq hava səbəbi ilə yenə bu cür donması ilə eynilə şeh kimi meydana gəlir. Buzun yaranması yumru formaya malik olan hissəciklərin sudan çıxarılmaları və suyun içərisində yer alan fərqli kənarlara malik və iti bucaqlı hissəciklərin sıxılması ilə gerçəkləşir. Ya da bu cür atomların kənardan birləşməsi ilə baş verir. Bunlar bir araya gəldiklərində bir sıra yumru şəkilli hissəcikləri kənara çıxararaq suyun donmasını təmin edirlər.

Göy qurşağı günəş islaq havada parladığı zaman yaranır. Ya da işıqla havanın xüsusi bir formada birləşməsi nəticəsində yaranır. Bu birləşmə sayəsində bu rənglərin keyfiyyətləri ya tək-tək ya da hamısı birdən ortaya çıxır və bu işığın əks olunması ilə havadakı qonşu təbəqələr işığın bu parçalar üzərindəki parıldamasına görə bizim gördüyümüz rəngləri alır.

Göy qurşağının yumru görüntüsü gözün uzaqlığı hər nöqtədən bərabər hiss etməsində meydana gəlir. Ya da bəlkə havadakı və ya bəlkə buludlardakı atomlar (aya doğru hərəkət edən) eyni havadan o dərəcədə təzyiqə məruz qalırlar ki, atomlar uzaqlaşmağa başladıqlarında birləşmə yumru forma almağa başlayır.

Ayın ətrafındakı halə havanın hər yanda aya doğru axmasından meydana gəlir, ya da havanın Aydan çıxan axıntıları bu buluda bənzəyən quruluşun ayın çevrəsində və aydan tam olaraq ayırd edilə bilməyəcəyi qədər yüksəklikdə bərabər formada yüksəlməsindən meydana gəlir. Ya da ayın ətrafındakı havanın yenə eyni çevrə üzrə yumru və qalın bir çevrə meydana gətirəcək şəkildə hər yerdən bərabər formada yüksəlməsindən yaranır.

Bu hadisə müəyyən bölümlərdə ya xaricdən bir axıntının təsiri ilə ya da bu istiliyin bu təsiri yaradacaq yollar tapması ilə gerçəkləşir.

Quyruqlu ulduzlar müəyyən zamanda və müəyyən yerlərdə odun uyğun şərtlər daxilində göy cimsləri arasında böyüməsi ilə meydana gəlir. Ya da göy üzü müəyyən vaxtlarda üzərimizdə bu cür ulduzların görünməsini təmin edəcək ölçüdə xüsusi hərəkət içərisində olduğu zaman yaranır, ya da bunlar müəyyən zamanlarda və müəyyən şərtlər daxilində bizim bölgəmizə girib ortaya çıxırlar, bir müddət sonra yoxa çıxmaları da bunun tam əksi səbəblərlə gerçəkləşir.

Bəzi ulduzlar eyni yerdə hərəkət edirlər. Bunun səbəbi yalnız dünyanın bu hissəsinin hərəkətsiz durması və – bəziləri belə deyir – geri qalanının onun çevrəsində dönməsi deyildir. Amma eyni zamanda bir hava burulğanın onun çevrəsini sarmasıdır. Bu da onun digər ulduzlar kimi, hərəkət etməsinə əngəl olur. Ya da onlara uyğun olan maddə yaxın çevrələrində yoxdur, amma içində olduqları və görüldükləri yerdə vardır. Bunu başqa digər səbəbləri də ola bilər, yetər ki, insan gözlə görülən hadisələrlə eyni istiqamətdə düşünə bilsin. Bəzi ulduzların hərəkət etməsi, əgər belə hərəkətləri varsa, bəzilərinin də bu cür hərəkət eməməsi əzəldən bəri dairəvi formada hərəkət etdikləri üçün çətinlik çəkmələrinə görə ola bilər. Beləliklə, bir qismi eyni nizamlı dairəvi hərəkət ilə hərəkət edir, bir qismi isə bəzi qeyri-müəyyənliklər göstərən dairəvi hərəkət içərisindədirlər. Amma bu cür də ola bilər: Hərəkət etdikləri yerlərdə onları irəli doğru istiqamətləndirən və bərabər şəkildə yandıran hava qatları vardır, bəzi yerlərdə də müşahidə etdiyimiz hərəkət dəyişikliklərini ortaya çıxaran nizamsız qatlar vardır. Hadisələr çox tərəfli izahlar tələb edərkən, bunlarla əlaqədar tək bir səbəb irəli sürmək dəlilikdir. Və boş münəccimlərə, bir sıra hadisələr üçün boş səbəblər irəli sürən kimsələrə məxsus uyğun olmayan davranışdır, çünki bunlar ilahi varlığı ağır yük altında qoymaqdan əl çəkmirlər.

Bəzi ulduzları digərlərinin arxasında olduğunu görməyimiz buna bağlı ola bilər: Bunlar digərləri ilə eyni istiqamətdə hərəkət etdikləri halda daha ağır getmiş ola bilərlər, ya da eyni dairəvi hərəkət tərəfindən tərs yönlərə çəkildikləri üçün tərs istiqamətdə çəkildikləri üçün tərs hərəkət edirlər, ya da eyni burulğan içərisində dönərkən biri daha böyük digəri isə daha kiçik sahədən keçirlər. Bu məsələlərlə bağlı tək tərəfli izah vermək kütlələri çaşdırmaq istəyənlərin işidir.

Axan ulduz deyilən ulduzlar bəzi vəziyyətlərə ulduzların bir-birinə sürtünməsi nəticəsində ortaya çıxır. Bəzən də şimşəklər mövzusunda dediyimiz kimi su, od və külək qarışığından meydan gəldiyi zaman bəzi parçalarının düşməsi zamanı. Ya da alova səbəb olan və bu təsiri yaratmağa imkan verən atomlar birləşir və başlanğıcda onları bir araya gətirən istəklərin olduğu yerdə hərəkət edirlər. Ya da külək bir sıra buluda bənzər kütlələrin içərisində toplanır və burada qapalı qaldığı üçün alışır sonra da onu əhatələyən hissələr çatlayır və hərəkət istəyinin onu apardığı istiqamətə doğru gedir. Amma bu təsir daha başqa formlarda da ortaya çıxa bilər.

Havanın necə olacağı ilə bağlı bəzi heyvanlarda nəzərə çarpan işarələr sadəcə olaraq zaman etibarilə təsadüfdür. Çünki heyvanlar bir fırtınanın ortaya çıxmasında hər hansı təsirə malik deyillər. İlahi bir varlıq da oturub bu heyvanların çıxışlarını izlədikdən sonra bu işarələrin gərəkdirdiyi şeyləri yerinə yetirməz.

Adi bir canlı bacarıqları az da olsa belə bir axmaqlığa düşməz, hələ əskiksiz xoşbəxtliyə sahib olanlar heç düşməz!

Bax, bütün bunları yaddında saxlamalısan, Pythokles. Beləliklə, əfsanələrdən xilas olacaq və bunlara yaxın olan mövzuları anlaya biləcəksən. Amma hər şeydən əvvəl özünün kaintın prinsipləri, sonsuzluq və bunlara yaxın mövzular ətrafında araşdırmalara həsr etməlisən. Ayrıca olaraq doğrunun ölçüləri, duyğular və bu araşdırmaların əsası üzərində durmalısan. Çünki birlikdə nəzərdən keçirəcəyin bu mövzular tək-tək hadisələrin səbəblərini asanca başa düşməyinə imkan verəcəkdir. Buna rəğmən, bu mövzulara ola biləcək ən böyük sevgi ilə əyilməyənlər bunları nə gərəkdiyi qədər anlaya bilər, nə də bu araşdırmaların məqsədini anlaya bilər.

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.