Çərşənbə axşamı, Sentyabr 27, 2022

VİDEO

Epikür [The School of Life]

Epikür Tanrını xoşbəxt və ölümsüz bir varlıq olaraq izah edirdi. Onun fikrincə, belə bir varlıq nə özü dərd çəkə bilər, nə də bir başqasına dərd verə bilərdi. Çünki bu cür davranışlar ancaq zəiflər üçün xarakterik idi və dolayısı ilə Tanrıdan qorxmağa ehtiyac yox idi. Epikür həm də ölümün qorxunc olmadığını düşünürdü. Nə də olsa heç kim öldüyünün fərqində olmayacaq, ölüm var olduğunda biz, biz var olduğumuzda isə ölüm olmayacaqdı.

Onun fikrincə, yaxşı olan şeylər heç də əlçatmaz deyildi və bizi sonsuzluq qarşısındakı qorxularımızdan xilas edən ağıl hər kəsə mükəmməl bir həyat təmin edə bilərdi. Həyat insanın qarşısına dözülməz çətinliklər çıxarmırdı. Bunların öhdəsindən gəlmək və qorxunc olana qatlanmaq mümkün idi. Ən önəmlisi kim xoşbəxt deyilsə, onu əldə etmək üçün hər zəhmətə qatlanmalı idi.

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.