Keçmişə səyahət edib həyatınızdakı bəzi qərarları dəyişmək istərdinizmi? Bəs bu zaman özünüzün və düşüncələrinizin də dəyişəcəyindən qorxmursunuz?
Bakı Fəlsəfə Akademiyası olaraq yeni video tərcümə və səsləndirmə layihəmizə davam edirik. Bu dəfə “Filosofix – düşüncə təcrübələri” seriyasını dilimizə tərcümə edir və səsləndiririk. “Baba paradoksu” adlı üçüncü videomuz artıq hazırdır.