Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Antik yunanlar dezinformasiya ilə necə mübarizə aparırdılar? – Derek Beres

Sofistlər praktiki həqiqətə çatmaq üçün ritorika və müzakirədən istifadə edirdilər.

· Sofistlər praktiki doğruluğa ritorika ilə çatmağı mütləq Həqiqətə (Sofos) çatmaqdan üstün hesab edirdilər.

· Metodları Aristotel, Platon və Sokrat tərəfindən güclü şəkildə tənqid olunurdu.

· Aşa Ranqappa və Ceniffer Mersieka Sofist metodların xüsusilə də səhv məlumatlandırmanın fərqinə varmaq və ona qarşı mübarizə aparmaq baxımından faydalı olduğunu iddia edirdilər.

Oktavian Avqustun Mark Antoni ilə şəxsi intriqası var idi. Mark Antoni sevgilisi Kleopatra ilə Şərqi Romaya köçəndə haqq tələb etmişdi. Avqust isə bunu qəbul etməmiş və Antoninin şəxsi vəsiyyətnaməsini Roma Senatında oxumuşdu. Bu vəsiyyətnamədə Antoni hər şeyi Misirli sevgilisinə və ondan olan övladlarına vəsiyyət etmişdi ki, bu da romalıların güclü qadınlara qarşı qorxu və qərəzini tətikləmişdi. Yad olması Kleopatranın çox da işinə yaramamışdı. Mark Antoni isə bu vəsiyyətnaməyə görə vətən xaini elan edilmişdi.

Bəs problem nədən ibarət idi? Çox güman ki, vəsiyyətnamə saxta idi.

Əslində vəziyyətnamənin saxta olub olmadığı heç vaxt müəyyən edilə bilməyəcək. Buna baxmayaraq Avqustun təbliğatı öz məqsədinə çatmışdı. Oktavian rəqibinin nüfuzuna zərər  vurmaq üçün sikkələrə Antoni əleyhinə şüarlar dərc etməkdən belə çəkinməmişdi. Roma İmperiyasının taleyi ancaq onlar arasındakı mübarizədən asılı idi.

Səhv məlumatlandırma (dezinformasiya) yeni anlayış deyil. 1835-ci ildə “New York Sun” qəzeti ayda həyat tapıldığına dair böyük məqalə dərc etmişdi. H.G.Uelsin eyni adlı kitabına istinad edilən radio yayımı və “Dünyalar müharibəsi” də hələ uzun illər yaddan çıxmayacaq. Faşist təbliğatı o qədər güclü olmuşdu ki, hətta müasir dövrdə də yəhudilərə qarşı soyqırım törədilmədiyini düşünənlər var. İnsanlar peyvəndlərin autizmə səbəb ola biləcəyinə belə inanırlar.

Müasir dövrdə böyük güclərin toqquşması hədsiz böyük təbliğatlar və yanlış məlumatlandırma bumu yaradır: Siyasi manipulyasiya, məqsədyönlü cahillik, sosial şəbəkələr, anti-intellektualizm, elmi cəhalət, YouTube… Əsas məsələ yanlış məlumatlandırmanın hər zaman olub olmayacağı deyil (ki, dmövcud olacaqdır), buna qarşı necə mübarizə aparılacağıdır. Məhz bu məsələdə Sofistlərin metodlarını nəzərə almaq bizə kömək edə bilər.

Bu üsulu Yel Universiteti müəllimi cə CNN analitiki Aşa Ranqappa və Amerika siyasi fikir tarixçisi Cenifer Mersieka məsləhət görür. Onlar Platonun sofistiliyə qarşı skeptik yanaşmasının fərqində olsalar da, Sofistlər tərəfindən istifadə olunan “söz elminə aid ağıllı hiylələrin” daha effektiv demokratiya üçün vacib olduğuna inanırlar.

Sofistlər ilkin olaraq varlı dinləyiciləri cəlb edirdilər. Pul qarşılığında onlara təhsil verir, musiqi və digər mədəniyyət sahələri ilə birgə onlara ritorika öyrədirdilər. Sokrat, Aristotel və Ksenofont kimi filosoflar sofistləri sevmir, sofistliyin sözlərdə dərin məna yarada biləcək qədər güclü olduğuna inanmırdılar. Sokrat “Həqiqət” (Sofos) haqqında danışırdı; tələbəsi Platon da Sofist riktorikanın dinləyiciləri manipulyasiya etdiyini düşünürdü. Sofistilik “Sofos”-a bələdçilik edə bilməzdi.

Di gəl ki, Mersieka və Ranqappa Platon dialektikasının siyasi qərarları analiz etmək üçün kifayət etmədiyini iddia edirlər. Sokratın Həqiqət haqqındakı israrı onillərdir ki, yaddaş və şüur üzərində neyroloji araşdırmaların meydana gətirdiyi nəticələrə əsasən mübahisəlidir. Səkkiz milyarda yaxın insanın yaşadığı planetdə vahid Həqiqətə çatmaq mümkünsüzdür; bu həcmdə informasiyanı qəbul və həzm eləmək imkanımız yoxdur. 2500 il əvvəl də Sofistlər Fronesis və ya praktiki doğruluq üçün xeyli cəhd göstərirdilər. Bilirdilər ki, bu iki anlayış arasında kiçik fərq çox şeyi dəyişir.

Sofistlər demokratiyanın tətbiq olunması üçün doğruluq barəsində fikir birliyinə necə nail olunacağı kimi lazımlı biliklər verirdilər. İnsanlara dinləyiciləri öz tərəflərinə çəkərək mürəkkəb siyasi qərarların həlli üçün müzakirə yaratmağın sirrlərini öyrədirdilər

Professor Mersieka və hüquqşünas Ranqappa peşələrinin fəlsəfədən çox sofistliyə daha yaxın olduğunu iddia edirlər. Halbuki sofistlik əsasən səmimiyyətsiz hesab olunur və daha dəqiq desək, cəmiyyət içərisində təcrübə etdiyimiz ortaq reallığı əks etdirir.

Özümüzü Sofistliyin gündəlik istifadəsi ilə aldatmamalıyıq. Sözlərin mənaları vaxt keçdikcə dəyişir: Uğur simvolu sayılan Hindu svastikası alman faşistləri tərəfindən istifadə olunurdu; etimoloji mənası “əfsanə” və ya “hekayə” olan mifologiya, yalan hesab olunan “mif” ilə sinonim halına gəlib. Halbuki mifologiyalar yalan deyillər, onlar mədəniyyətlərin sütunlarıdır.

Sofistlik düzgün istifadə olunduğunda Son Həqiqət yox, praktiki doğruluğa aid arqument təqdim edir. Bu baxımdan Sofistlər və Buddistlər müzakirə haqqında ortaq fikirdədirlər. Keşişlərin tənqidi sorğulamanı əksər hallarda alqışlarla və ya yüksək səslə önə sürdükləri özlərinəməxsus mədəniyyətləri var. Alqış (hətta koan) kulağa bir yol ya da doğruluqdan bəhs edirmiş kimi görünməsə də, uyğun vəziyyətlərdə çox dərin məna kəsb edə bilir. Bütün elmlər məntiqli deyil.

Demokratiya üçün müzakirələr olduqca vacibdir. Amma təəssüf ki, sosial media platformaları daxili müşahidə və dialoq əvəzinə daha çox düşmənlik və trollinq üzərində qurulub. Monitorlar isə pantomimanın ucuz parodiyası təsiri bağışlayır. Müəllifin öz səsi əvəzinə öz səsimizlə oxuyur, onların müzakirələrindən anladığımızı əyib bükürük. Yaxın münasibətin çatışmazlığı öz növbəsində geriləməyə səbəb olur. Hələ birinci raund üçün zəng çalınmadan döyüşün bitdiyinə inanırıq.

Yanlış məlumatlandırma xüsusilə rəqəmsal çağda daha hiyləgərdir. Sosial media platformaları konspirologiyanın sürətli yayılmasına imkan yaradır. Bu günlərdə razı salmağın xüsusən dəbdəbəli halı, peyvənd və 5G texnologiyası əleyhinə materiallar paylaşaraq “sadəcə sual verdiyini” iddia edən səhiyyə fenomenlərinin tez-tez etdiyi bir şeyə çevrilib. Sonra isə həmin adamlar “bitərəf olduqlarını” iddia edirlər. Mersieka və Ranqappanın da sonrakı düşüncələrində iddia etdikləri kimi problem; Corc Buş səbəbi ilə adı pisə çıxan bir düşüncənin dəstəkləyən, fəlsəfi fikir təəssüratı yaradan “ya bizimləsən, ya da qarşımızda” təbliğatıdır.

Təbliğat və yanlış məlumatlandırma razılıq almadan razı salmaq cəhdidir : Əslində müəlliflər “faktların” fərqli versiyalarını təqdim edərək bizi razı salmaq cəhdlərini bizdən gizlətməyə çalışırlar. Münasibətlərin bu vəziyyəti ağıl əvəzinə manipulyasiyaya əsaslanan nəticələr formalaşdıra bilir. Propoqanda və yanlış məlumatlandırma həqiqət axtarışında vahid təşəbbüs əvəzinə inancsızlığın sədaqətsizliyə çevrildiyi krallıq yaradır

Mersieka və Ranqappa sözlərinə “təbliğat, qrupların üstünlük verdikləri itaət vasitəsidir” deyərək davam edirlər. (Əslində Platon demokratiya tərəfdarı deyildi; hər kəsin həqiqətə çatmaq imkanlarının bərabər olmalı olduğu fikrinə qatılmırdı) İndiki dövrdə isə müəlliflər tvitterin Trampın yazdıqlarının düzgünlüyünə nəzarət etdiyini iddia edirlər: kralın nəyinisə sorğulamağın “tərəf tutmaq” mənasına gəldiyi dövrdə, Həqiqəti dərk etmək baxımından son dərəcədə yetərsiz olan birinin belə istifadə edə biləcəyi qədim demokratik üsuldur. Xarizmatik fiqurların bu “hər şey daxil” trendi bizi qeyri-müəyyənliklər içərisində qoyur. Kultlar da məhz belə formalaşır.

Mersieka və Ranqappa sağlam demokratiyanın maraq və müzakirəni, mütləq olsa belə etibarsız Həqiqət axtarışı əvəzinə Sofizmə daha uyğun metodları təşviq etməsinin lazım olduğu nəticəsində gəlir.

Müzakirələr əvəzinə ittihamlar, razı salmaq yerinə təslim olmaq demokratik dialoqa uyğun gələ bilməz. Antik yunanlar demokratik normaları yox, araşdırılmamış təbliğat və yanlış məlumatlandırmanı inkar edirlər. Biz də belə etməliyik

Amerika sağlam deyil. Dövrümüzün müasir Oktavian Avqustları metal sikkələrə şüarlar həkk etdirməkdən daha betərlərini edirlər. Bu üsul maraq əvəzinə sərt tənqidlə mükafatlandırılan ictimai şəraitin təbliğ edilməyinə xidmət etdi. Təbliğatı sorğulayan (texnoloji və ya bizə bəxş olunan əməliyyat sistemlərinin təbiətini yenidən formalaşdıracaq) bir sistem kəşf olunana qədər konstruktiv müzakirələr bizə daim antik tarixə aid kimi gələcək.

Mənbə: Düşünbil

Tərcümə: Şahlar Ruhi

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.