Cümə axşamı, İyul 07, 2022

BLOG

Alber Kamyü və “Taun”

1941 yanvarında 28 yaşlı Əlcəzair əsilli fransız yazıçı Alber Kamü idarə oluna bilinməyən, heyvanlardan insanlara keçən və müasir təmsili bir şəhərin əhalisinin yarısını həlak edən bir virus haqqında roman yazmağa başladı. Bu roman “Taun” adlanırdı. Məhz həmin roman 1947-ci ildə çap olunmuşdu və müharibə dövründə Avropada çap olunmuş ən yaxşı roman hesab olunurdu. Kitab bizə virusu yoluxucu xəstəliyin katastrofik həddə yayıldığı Oran şəhərinin xəyali həkimi olan Ryönün gözündən göstərməyə çalışır, hansı ki, bu həkim romanın əsas obrazı idi. Əsərdə həkim Ryönün obrazı ilə Kamyünün təsviri əks olunurdu.

Romanın əvvəlində şəhərdə qeyri-adi heç nə müşahidə olunmur. “Oran adi siravi şəhərdir.”, yazır Kamü. Şəhər sakinləri öz həyatlarının dəyərini çox nadir hallarda xatırlayırlar. Tədricən şəhərdə həyəcan artmağa və Oranı qorxu bürüməyə başladı. Günlərin bir günü həkim Ryö ölmüş bir siçanla qarşılaşdı və bu hal durmadan təkrarlanmağa davam etdi. Günlər, həftələr keçdikcə şəhərdə minlərlə əsrarəngiz siçan ölümləri müşahidə olunmağa başladı, həmin siçanların burunlarından qan axırdı və bunun səbəbi heç cür açıqlana bilinmirdi.

Şəhər sakinləri hakimiyyəti lazımi tədbirləri görməməkdə günahlandırmağa başladı, tədricən siçan cəsədləri şəhər küçələrindən təmizləndi. Lakin həkim Ryö bunun son deyil başlanğıc olduğunun fərqindəydi. O, taun növlərinin quruluşu haqqında oxumuşdu və bu virusun heyvanlardan insanlara keçəcəyini təxmin edirdi. Çox keçməmiş virus böyük sürətlə şəhər hüdudlarında yayılmağa başladı. Şəhər küçələrində qorxu və təşviş ən pik həddə çatdı.

Kamü kitabında bir qayda olaraq keçmişdə baş vermiş epidemiya və pandemiyaları da qeyd etmişdir. Bunlara misal olaraq XIV əsrdə Avropada 50 milyon insanın həyatına son qoyan Qara Vəbanı, 1629-cı ildə Lombardiya və Veneto düzənliklərində 280 min insanı həyatdan qoparan İtalyan Taununu, 1665-ci ildəki Böyük London Taununu və Çinin sahil boyu ərazilərindəki əhalisinə böyük ziyan vermiş taunu misal göstərə bilərik. 

1942-ci ilin martında Kamü yazıçı Andre Malğuya taunun insanlıq üçün hansı dərəcədə məna kəsb etdiyini anlamaq istədiyini demişdir: “Dediyim sizin üçün qəribə səslənə bilər.” və əlavə edir: “Lakin bu mövzu mənə çox təbii görünür.”

Kamü xüsusilə taun haqqında yazmırdı, bəzən də təklif olunduğu kimi, Fransanın son faşist işğalı ilə əlaqədar metaforik bir nağıl deyilirdi. Kamü öz mövzusuna çəkildi, çünki onun fəlsəfəsində hamımızın əksi var – onsuz da biz vəba ilə yaşayırıq: bu geniş yayılmış, səssiz, görünməz bir xəstəlikdir ki, hər an hər hansı birimizi öldürə bilər və fərz etdiyimiz həyatları məhv edə bilər. Taun adlandırdığımız həqiqi tarixi hadisələr sadəcə bir universal şərtin konsentrasiyasıdır, onlar əbədi qaydanın dramatik hadisələridir: bizim bacarıq, qəza və ya insanlarımızın hərəkətləri ilə təsadüfi olaraq məhv olmaqdan həssas olduğumuzdur. 

Bizim tauna olan münasibətimiz Kamünün qəlbində əsaslandırdığı termin ilə bağlı idi: “absurd”

Bu absurdluqların doğru formada tanınması bizi saf və sadə ümidsizliyə düçar etməməlidir. Həqiqətə uyğun olaraq anlaşılmalıdır – xilasedici bir düşüncə tərzinin başlanğıcı olmalıdır. Taun vüsət almamışdan əvvəlki Oran sakinləri kimi biz də ölümsüz olduğumuzu düşünürük və Kamünün nifrət bəslədiyi qəlb sərtliyi, statusa bağlılıq, xoşbəxtlik və şükretmənin rədd edilməsi, digər insanları daim tənqid etmə istəyi kimi xüsusiyyətlərə malikik.

Oran sakinləri Taunu keçmişlə əlaqələndirirdi. Çünki onlar telefon, tramvay, təyyarə və qəzet erasında yaşayırdılar və XVII əsr London vəya XVIII əsr Kanton fəlakətlərinin öz başlarına gələcəyini ağıllarına belə gətirmirdilər. 

“Bu vəba ola bilməz. Hamı bilir ki, o Qərbdən itib”. “Bəli, hamı bilirdi ki”, Kamyü, cəsarətlə əlavə edir, “ölülər istisna olmaqla.” Kamyü üçün ölüm mövzusunda tarixdə heç bir irəliləyiş yoxdur, biz kövrəkliyimizdən xilas olmuruq; diri olmaq həmişə fövqəladə vəziyyət olaraq qalıb və həmişədə elə qalacaqdır. Taunun var olub olmamasından savayı biz ani ölümün varlığından danışsaq, o hər an ortaya çıxıb həyatın absurdluğunu gözlər önünə sərə bilər.

Lakin Oran sakinləri öz qaçılmaz talelərini inkar etməyə davam edirdilər. Şəhər əhalisinin 1/4 həlak olsa belə sağ qalanlar xəstəliyin reallığını dərk etmək istəmir və bu bəlanın niyə özlərindən yan keçəcəyinin xəyali səbəblərini yaradırdılar. Kitab bizi vahiməyə salmağa çalışmır, çünki çaxnaşma, nəticədə təhlükəsizliyimizi tapa biləcəyimiz təhlükəli, lakin qısa müddətli bir vəziyyətə cavab təklif edir. Ancaq heç vaxt təhlükəsizlik ola bilməz və buna görə Kamü lənətlənmiş insanlarımızı sevməli və əzabın yaxşılaşdırılması üçün ümidli və ümidsiz formada çalışmalı olduğumuzu bildirir. Həyat bir xəstəxana deyil, düşkünlər evidir.

Kamü yazır: “Taun çox yayılmışdır, dünyada müharibələr olduğu müddət ərzində vəba da var olmuşdur, lakin taun və müharibələr həmişə insanları hazırlıqsız hiss etdirir. Müharibə başlayanda insanlar deyirlər: “Bu davam etməz, çox axmaqdır”. Müharibə əlbəttə çox axmaqdır, lakin bu onun davam etməsinə mane olmur. Oran vətəndaşları dünyanın digərləri kimi idilər, humanist idilər: vəba xəstəliyinə inanmırdılar. Xəstəliyin insan ölçüləri yoxdur, buna görə insanlar bunun gerçək olmadığını, bitəcək pis bir xəyal olduğunu söyləyirdilər. Şəhərimizin insanları heç kimdən daha günahkar deyildilər, sadəcə təvazökar olmağı unutdular və zərərvericinin mümkün olmadığını ifadə edən hərşeyin onlar üçün mümkün olduğunu düşünürdülər. Onlar səyahət və fikir mübadiləsi etməklə işlərə davam etdilər. Niyə gələcəyi ləğv edən, səyahətləri və mübahisələri rədd edən taun haqqında düşünməli idilər? Onlar özlərini azad hesab etdilər, lakin taun və aclıq olduğu müddətcə heç kim azad olabilməz.“

Taun-un ən yüksək həddə çatdığı bir dövrdə həkim Ryönün romandakı sevmədiyi obrazlardan biri olan katolik rahib Panelu şəhərin mərkəzində dini nitqlər söyləməyə başlayır və bu nitqlərində taun-un tanrı tərəfindən göndərildiyini, onun əxlaqsızlığın cəzası olduğunu bildirir. Lakin Kamyünün qəhramanı həkim Ryö bu yanaşmaya nifrət edir və Taunun hansısa əxlaq prinsipinə əsaslandığı ilə razılaşmır. Kainatın hər hansısa etik və əxlaqi dəyərlərə əsaslandığını düşünmək olardı. Lakin həkim Ryö xəstəxanada azyaşlı bir xəstəsinin əzab içində ölümünü öz gözləri ilə izləyir və bu əzabın tamamilə təsadüfi olaraq paylandığını və heç bir məntiqə əsaslanmadığını, ən mədəni formada sadəcə absurd olaraq adlandırıla biləcəyini düşünür. 

Həkim ölümə qarşı vuruşmağa və xəstələrinin əzablarını azaltmağa var gücü ilə davam edir.

Lakin o bir əziz deyildi. Kitabın ən yadda qalan hissələrindən birində Kamü yazır: “Bütün bunlar qəhrəmanlıq ilə əlaqəli deyil, sadəcə nəzakət ilə əlaqəlidir. Bu biraz absurd görünə bilər lakin taun ilə mübarizənin yeganə yolu dürüst olmaqdır.”

Kitabdakı bir personaj Ryödən etikanın nə olduğunu soruşur və həkim cavabında deyir: “Ümumi olaraq deyə bilmərəm lakin mənim hal-hazırki vəziyyətimdə etikanın işimi görməkdən ibarət olduğunu bilirəm.”

Qorxuya baxmayaraq, Kamyü, həyatı davamlı edən hər şeyi xarakterik kəskin şəkildə anlamağımızı istəyir (əvvəllər bir məqalədə insanlığı Sizifin acınacaqlı xarakteri ilə müqayisə edən, lakin sonradan Sizifin “xoşbəxt” olduğunu təsəvvür etməyimizi istəyən). Həkim Ryö rəqsi, sevgini və təbiəti yüksək qiymətləndirir; o, çiçək qoxusunu, qürubda olan rəngləri və Kamyü kimi dənizdə üzməyi sevir, bir axşam dalğaların təsəlliverici intensivliyinə təslim olmaq üçün palatalarda yox olur. Sonda, bir ildən çox vaxtdan sonra vəba uzaqlaşır. Şəhər, xalq, bəlkədə əzabların sonunu qeyd edir. Həyat normala qayıda bilir. Lakin Kamyü bu şəkildə görmür. Həkim Ryö bu taun epidemiyasını dəf etməyə kömək etmiş ola bilər, amma həmişə başqalarının olacağını bilir: “Ryö bunun tarixin zəfər hekayəsi ola bilməyəcəyini bilirdi. Bu terrora qarşı yalnız edilməli olan və şübhəsiz ki, rekord ola bilərdi… Şəhər üzərində yüksələn sevinc qışqırıqlarını dinləyərkən Ryö bu sevincin daima təhdid altında olduğunu xatırladı. O xoşbəxt əhalinin kitablarda oxuduğu bir şeydən xəbərsiz olduğunun fərqində idi, yəni taun heç zaman ölmür, o daim zirzəmilərdə, köhnə qəzetlərdə və yataq otaqlarında yaşamağa davam edir və günlərin birində o yenə ölmüş siçanlarını şəhərə yenidən göndərə bilər.”

Kamyü ən yaxşı epidemioloqların edə bilməyəcəyi şəkildə xəstəliyi səmimi şəkildə izah edir, çünki o insan təbiətini çox yaxşı tərzdə təhlil etməyi bacarırdı və bunu kitabdakı personajlarından birinin dili ilə desək:

“Kamyü hər kəsin taunu öz içində daşıdığını bilirdi, çünki o heç kəsin bu bakteriyaya qarşı immun sistemi olmadığının fərqində idi.”

Müəllif: Hüseyn Cəfərov

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.