Cümə, May 20, 2022

FƏLSƏFƏ

Ədalətli müharibə nəzəriyyəsi – Rayan Cenkins

Rayan Cenkins San Luisdəki Kaliforniya Politexnik Universitetinin Əxlaq və İnkişaf etməkdə olan Elmlər Qrupunun baş elmi işçisi, fəlsəfə profesordur. Tədqiqat sahəsi inkişaf etməkdə olan texnologiyaların, xüsusən də avtomatlaşdırma, kiber müharibə, elektron silahlar və sürücüsüz maşınlarla bağlı əxlaqi problemləri əhatə edir.

Müharibə son dərəcə dağıdıcı bir məfumdur, ancaq bəzilərimiz hələ də yaxşı müharibələrin ola biləcəyinə inanırıq. Siseron kimi qədim və fərqli mədəni ənənələrdə yer alan yazarlar bu suala cavab verməyə cəhd göstəriblər. Müharibə nə vaxt ədalətlidir? Ədalətli müharibə ənənəsi (ya da sadəcə olaraq müharibə nəzəriyyəsi) hərbi əxlaqın alt çoxluğudur. Son zamanlarda ədalətli müharibə nəzəriyyəsinə olan maraq  Maykl Valzerin Vyetnam müharibəsindən sonra yayımlanmış kitabı “Just and Unjust War”(1977) ilə daha da atmağa başladı. Yaxın zamanlarda “revizyonizm” istiqaməti daxilində “ənənəvi” ədalətli müharibə nəzəriyyəsinə yönəlmiş çətinliklər, müharibə əxlaqının təməllərini sarsıtmışdı. Bu məqalə revizyonist məktəbin son tənqidlərini qısaca müzakirə etməmişdən öncə ənənəvi ədalətli müharibə nəzəriyyəsinin kriteriyalarını nəzərdən keçirəcək.

Haqlı müharibə doktrinası (Jus ad Bellum): müharibə meylində ədalət

Ənənəvi ədalətli müharibə nəzəriyyəsi iki sualla maraqlanır: 1. Müharibədə iştirak etmək hansı halda ədalətlidir? və 2. Bir müharibə necə ədalətli şəkildə aparıla bilər? Bu iki istiqamət ənənəvi olaraq latınca adları ilə anılır. Jus ad bellum və jus in bello “müharibə hüququ”. Bu şəkildə müharibənin elan edilməsinin ədalətli, amma müharibə formasının ədalətsiz olduğunu və ya tam əksini iddia edə bilərik.

Müharibəyə müraciət etmək nə vaxt ədalətlidir? (Bu əxlaqi sualın müharibənin nə vaxt ehtiyyatlı və ya populyar olduğu sualından ayrı olduğu diqqətə alınmalıdır) Ənənəçilər bir dövlətin bir neçə kirteriyanı qarşılamasına ehtiyac olduğunu düşünür: ədalətli səbəb, doğru niyyət, son çarə, proporsiyalılıq (nisbətlilik), uğur ehtimalı və uyğun hakimiyyət.

Nəzəriyyəçilər adətən müharibə elan etməyin tək səbəbinin özünü müdafiə olduğunu düşünür. Yəni həqiqi bir hücuma cavab olaraq. Önləyici müharibə isə – bir dövlətin özünə qarşı hücum olacağına inandığı üçün elan edilən müharibə – Pandoranın qutusu kimdir. Bunun əvəzinə əlimizdə müharibəni haqlı çıxarmaq üçün yüksək bir dəlil olmalıdır. Sadəcə şübhəli bir hücum yetərli deyil.

Bir müharibə elanının ədalətli olması üçün dövlətin müharibə etmək məsələsində doğru niyyətə sahib olması lazımdır. Birinin həqiqi məqsədi düşməninin bol sərvətlərini ələ keçirməkdirsə, özünümüdafiə üçün müharibəyə getmək təəsüratı yaratmaq ədalətli deyil.

Çünki müharibə çox böyük bir şərdir və sadəcə toqquşmanın qarşısını alacaq bütün yollar tükəndiyi zaman müraciət edilməlidir. Müharibə son çarə olmalıdır. Bundan başqa bir müharibənin həqiqətən öz məqsədinə çatmaq ehtimalı yüksək olmalıdır. Əgər zəfər şansı risklidirsə, böyük dağıntılara səbəb olmaq yanlış olardı.

Bir müharibə elanının ədalətli olması üçün axtarılan faydanın, verilməsi gözlənilən dağıntının miqdarı ilə mütənasib olması lazımdır. Məsələn, son dərəcə kiçik bir bölgəni idarə etmək haqqı uğrunda son dərəcə dağıdıcı müharibə aparmaq ədalətli olmaz.

Son olaraq yalnız uyğun bir hakimiyyət müharibə elan edə bilər. Bu səbəblə, məsələn Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Kofi Annan ABŞ-ın 2003-cü ildəki İraq işğalının qanunsuz olduğunu qeyd etdi. Beynəlxalq hüquqa görə, bir müharibənin haqlı olması üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən vəzifələndirilməsi lazımdır, digər bütün təhdidlər və güc istifadəsi qadağandır.

Jus in Bello: Müharibə vaxtı ədalət

Jus in Bello müharibədə kimin, nə vaxt hədəf alınacağı ilə bağlıdır. Nəzəriyyəçilər ümumi olaraq, müharibə dövründəki şiddətin strateji hədəfə çatmaq üçün gərəkli olduğunu, yalnızca hücuma uğramaqda məsul olanlara (yəni məsum olmayan hədəflərə) yönəldilməsi və mütənasib olmayan zərər və istiraba səbəb olmamasında həmfikridir.

Bu məhdudiyyətlər açıq şəkildə müharibənin verdiyi zərəri minimuma endirmək, sadəcə yaxşı səbəblərlə tətbiq olunduğundan əmin olmaq və xüsusilə də, günahsız insanlara qarşı təhdid yaradaraq onları hücuma məruz qalmaq məsuliyyətli vəziyyətə gətirən şeylər edənlərə qarşı durmaq üçündür. Bir çox insan, potensial qazancın ölçüsündən asılı olmayaraq döyüşçü olmayan insanlara hücum edilməsinin xoş olmadığını düşünür. (Nagel, 1972; Anscombe, 1981).

Son olaraq mala in se, yəni öz daxilində pis olan bütün silahlar qadağandır. Bu kateqoriyadakı silahlar: təbiəti etibarilə ayrıseçkilik etmirlər, çünki ya çox böyük miqyasda dağıntıya səbəb olurlar, ya da başqa ehtimal edilməyən təsirlərə sahibdirlər və müharibə üçün belə qorxunc zərər verirlər. Nüvə, biloloji və kimyəvi silahlar hər iki kriteriyanı tam şəkildə qarşılayır. Bu səbəblə də “kütləvi qırğın silahları” özülüyündə pis olaraq qəbul edilmənin təbii namizədələridir.

Ədalətli müharibə nəzəriyyəsində ortaya çıxan problemlər

MakMahan, Rodin və başqalarının “revizionist” əsərlərində yer alan bir sıra etirazlar ədalətli müharibə cəmiyyətini tənqid edir. Ənənəvi ədalətli müharibə nəzəriyyəsi ilə olan bu toqquşmanın mərkəzində döyüşçülərin əxlaqi bərabərliyi dayanır. Beynəlxalq hüquqla yanaşı, ənənəçilər müharibə zamanı hər iki tərəfindəki bütün hərbiçilərin legitim hədəf olduqlarını və bərabər əxlaqi müdafiəyə sahib olduqlarını iddia edirlər. Revizionistlər haqlı olmayan səbəb uğrunda mübarizə aparan hərbiçilərin haqsız təhdid yaratmaqda günahkar olduqlarını və bu səbəblə də heç bir əxlaqi müdafiədən yararlana bilmədikləri şəklində cavab verirlər. Bunu inkar etmək bir cinayətkarın və onu təqib edən polisin eyni dərəcədə legitim şiddət hədəfləri olduğunda israr etmək olardı. Ən nəhayətində istər haqlı olsunlar, istərsə də haqsız olsunlar revizyonistlərin arqumentlərinin çoxu ənənəvi baxışların nə üçün bu qədər uzun müddətdir sorğusuz, sualsız qaldığı sualına səbəb olan inandırma gücü var.

Bu “qanun sanksiyası” bənzətməsini müharibəyə də aid edən digərləri hərbiçilərin bir-birinə ölümcül şiddət tətbiq etmək səlahiyyətini sorğulayır. Hüquq mühafizə orqanlarının xüsusilə  polisin cinayətkarlara xəbərdarlıq etməsi və ya onlara qarşı şiddətə baş vurmadan əvvəl təslim olmaq fürsəti verməsi gərəkdiyini düşünürük. Revizyonistlər bir-birimizə qarşı əxlaqi vəzifələrimizin, liderlərimizin müharibə elan etməsi ilə ciddi şəkildə dəyişməyəcəyini müdafiə edirlər. Bu səbəblə, düşmən hərbiçilərini öldürmək üçün düşündüyümüzdən daha çox səbəbə ehtiyac var. (Statman, 2005; and Gross, 2006)

Revizyonistlərin arqumentlərinin mümkün nəticələri pozitiv pasifizmin mövqeyinin və populyarlığının artmasıdır. Bir pozitiv pasifist legitim ola biləcəyinə inanır, ancaq əslində bəlkə heç bir zaman deyildir. Revizyonistlər müharibəyə qarşı bir sıra yeni əxlaqi məhdudiyyətlər üçün arqumentlər təqdim etdikcə, bəzi filosoflar hər hansı bir müharibənin bu yüksək yükü qarşılama ehtimalının nə qədər az olduğunu anlamağa başladı.

Tərcümə: Araz Əliyev

Mənbə: 1000-World Philosophy

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.